01 Oktyabr 2024 08:50
374
SİYASƏT
A- A+
Kanada və Fransanın rəzilliyi

Kanada və Fransanın rəzilliyi


Biri yerli xalqların soyqırımı nəticəsində yaranıb, digəri isə hələ də müstəmləkəçidir


Antiterror tədbirlərindən sonra Qarabağda yaşayan erməni sakinlər öz istəkləri ilə ölkəmizi tərk etdilər. Həmin ermənilər yerli, beynəlxalq KİV-ə verdikləri müsahibələrdə də bu addımı könüllü atdıqlarını, onlara Azərbaycan tərəfindən heç bir təzyiqin edilmədiyini dilə gətirdilər. 

Hətta həmin zaman çəkilən videokadrlarda Azərbaycan polisinin erməni sakinlərə su və digər ərzaqlar paylamasının görüntüləri beynəlxalq aləmdə böyük maraqla qarşılandı. 


Riyakarlığın pik nöqtəsi


Lakin tarixin uzaq əsrlərində yox, cəmi bir il əvvəl hamının gözü qarşısında baş verən bu hadisələri Fransa və Kanada rəsmiləri riyakarlıqla, qərəzli şəkildə, özlərinə sərf edən formada şərh edir, ermənilərin guya etnik təmizləməyə məruz qalması barədə qışqır-bağır salırlar. 

Ancaq tarixi soyqırımlar üzərində qurulan, bu günə qədər də müxtəlif əraziləri öz müstəmləkəsi altında saxlayan və insanların azadlıq səslərini qanla boğan müstəmləkəçi Fransanın, özü yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanadanın Azərbaycanı "etnik təmizləmə"də günahlandırması tragikomediyadır, sözün əsl mənasında, həyasızlığın pik nöqtəsidir. 


Fransa xalqların müstəqillik tələbini qanla boğur 


Əli bir milyondan çox əlcəzairlinin qanına batan Fransa dənizaşırı əraziləri müstəmləkə altında saxlamaq üçün hər cür iyrənc vasitələrdən istifadə edir, xalqların müstəqillik tələblərini qanla boğur. Uzun illərdir ki, Fransa hökuməti minlərlə miqrantı qanunsuz yolla Yeni Kaledoniyaya yerləşdirərək yerli sakin olan kanakları assimilyasiya edir və bu yolla adanı müstəmləkəsi altında saxlamağa çalışır. Buna etiraz edən kanakları öldürür. 

Fransa müstəmləkəsi altında inləyən və müstəqillik arzusunda olan ölkələrdən biri də Maohi Nuidir (Fransız Polineziyası). Fransa beynəlxalq qanunları heçə sayaraq Maohi Nui xalqının hüquqlarını heçə sayır, adadakı kolonial siyasətini davam etdirir.

Eyni zamanda Fransa Martinik xalqının öz müqəddəratını təyinetmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin maddələrini pozur. Belə ki, BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir. Ancaq Fransa beynəlxalq hüququ tapdalayaraq müstəmləkə siyasətini davam etdirir. 

1946-cı il qanunsuz referendum nəticəsində Martinik Fransanın dənizaşırı departamenti statusunu alıb. Bununla Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi tanınır və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilir.

2003-cü və 2010-cu il referendumlarının nəticələri saxtalaşdırılıb və Fransanın ərazidə qeyri-qanuni fəaliyyəti daha da gücləndirilib, müstəmləkəçi ölkə Martinik xalqının iradəsinə zidd addımlar atıb və onların hüquqlarını daha da məhdudlaşdırıb.

Martinik xalqının iqtisadi və sosial ədalət haqları repressiyaya məruz qalır, onların iqtisadi haqları ciddi şəkildə pozulur. Martinik xalqının ədalət və bərabərlik tələbləri repressiv tədbirlərlə boğulur. 


Kanadanın bitməyən insanlıq cinayətləri


Özünü insan haqlarının "keşikçi"si hesab edən Kanadanın qanlı əməllərinə bir neçə fakt göstərək. Kanadada 1876-cı ildə yerli xalqların rezervasiyalarda yerləşdirilməsi etnik təmizləmə və mədəni soyqırımı aktı olaraq qiymətləndirilir. 1831-1996-ci illərdə kilsə tərəfindən idarə olunan yerli xalqlar üçün 130 məktəb-internat fəaliyyət göstərib. Yerli xalqların assimilyasiyası siyasəti yeridilib. Həmin məktəblərdə ən azı 3200 uşaq soyuq hava, pis qidalanma və xəstəliklər səbəbindən vəfat edib. 

2012-ci ildə yerli xalqların 325 nümayəndəsi Kanada hökumətinə qarşı maddi təzminat tələbi ilə iddia qaldırıb. 2015-ci ildə Həqiqətin Tapılması və Barışıq Komissiyası açıqladığı hesabatda həmin internat-məktəblər sistemini mədəni soyqırımı adlandırıb. 2021-ci ildə Kanadanın Saskaçevan vilayətindən bu tip internat-məktəb həyətinin yanında 751 nəfərə aid məzarlıqlar tapılıb. 

1950-ci ildə Kanada hökuməti Amerikanın bir qrup yerli sakinini öz tarixi torpaqlarından köçürməyə qərar verib. Onlar izolyasiyada olan adaya köçürülüb və insanlara yaşamaq üçün yemək, infrastruktur və ya tikinti üçün avadanlıq verilməyib. Köçürülmə zamanı onların bir çoxu ölüb. Daha sonra onlar 1957-ci ildə yenidən başqa yerə köçürülüblər. Bundan sonra daha 3 köçürülmə olub. Proses zamanı icmanın yarısından çoxu məhv olub. 

Siyahını uzatmaq da olar, amma elə bu qanlı cinayət əməllərinə dair faktlar da göstərir ki, Kanada özü tarixboyu etnik təmizləmə ilə məşğul olub. Buna görə də bu ölkə başqalarına böhtan atmaqdansa, öz keçmişinə baxsın. Bəlkə utanar...

Göründüyü kimi,  Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratması və bölgədə dayanıqlı sülhə yol açması məhz Fransa və Kanada kimi etnik təmizləmə, yerli xalqlara qarşı qətliam, soyqırımı törətmiş və hələ də bu cinayət əməllərini davam etdirən dövlətləri qane etmir.  Buna görə də dünyanın o başında oturub Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür, olmayan yalanlar quraşdırıb tirajlayırlar. 

 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyan İranın vitse-prezidentinə Azərbaycanla sülh danışıqlarının gedişi barədə məlumat verib  

19:26
01 Oktyabr

NATO-nun yeni Baş katibindən ilk açıqlama gəldi

19:09
01 Oktyabr

Azərbaycanın və Braziliyanın prokurorluq orqanları əməkdaşlığı genişləndirir  

18:55
01 Oktyabr

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Eternity-2024” komanda-qərargah təlimində iştirak edib  

18:54
01 Oktyabr

Dünyanın ən güclü boksçularının adları açıqlandı  

18:37
01 Oktyabr

Səudiyyə Ərəbistanı Palataları Federasiyası: Azərbaycanla investisiya sahəsində yeni imkanlar yaradılır

18:23
01 Oktyabr

Sosial təcrid ölüm riskini artırır

18:23
01 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib

18:20
01 Oktyabr

Monqolustan korrupsiya ilə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

18:17
01 Oktyabr

BMT-nin keçmiş Baş katibi Bakı İqlim Fəaliyyəti Həftəsinə videomüraciət ünvanlayıb

18:07
01 Oktyabr

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:53
01 Oktyabr

Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb

17:40
01 Oktyabr

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirib

17:39
01 Oktyabr

Yunanıstanda NATO-nun aviasiya təlimləri başlayıb

17:38
01 Oktyabr

Prezident İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsinə həsr olunan tədbir keçirilib

17:35
01 Oktyabr

ANAMA: Sentyabr ərzində 3 min 301 partlamamış hərbi sursat zərərsizləşdirilib  

17:17
01 Oktyabr

Londonda Aida Mahmudovanın “Mənzərəyə açılan otaq” adlı fərdi sərgisi başa çatıb

17:15
01 Oktyabr

Qərbi Azərbaycan milli ideyanın əsas hədəflərindəndir  

16:47
01 Oktyabr

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq daha da güclənib

16:38
01 Oktyabr

İranda silahlı hücum: komandir öldürüldü

16:33
01 Oktyabr

Milli Məclis komitələrinin yeni tərkibi bəlli olub 

16:19
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!