01 Oktyabr 2024 08:20
403
SİYASƏT
A- A+
İlham ƏLİYEV: "Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını həyata keçirir"

İlham ƏLİYEV: "Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını həyata keçirir"


Düşmənin 200 tankı, 228 artilleriyası sıradan çıxarılıb


Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21:30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Bu müddət ərzində düşmənin ümumi itkiləri belə olub:  


* 200-dək tank və digər zirehli texnika;

* 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri;

* 30 ədəd hava hücumundan müdafiə vasitələri;

* 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

* 5 silah-sursat anbarı; 

* 110-dan artıq avtomobil texnikası; 

* 1 ədəd "S-300" zenit-raket kompleksi.


Qarşı tərəfin hərbi kolonları darmadağın edilib


Oktyabrın 1-də Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları uğurla davam edib. 

Düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən darmadağın olunub. 

Səhər saatlarından etibarən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulub.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfindən tələb edib ki, ölkəmizin ərazisinin atəşə tutulmasını dərhal dayandırsın. Əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.


Erməni əsgəri ön xəttə təminat aparmaqdan boyun qaçırıb


Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verib.

İşğal olunmuş ərazilərimizdə yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşib. Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhədəki hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina ediblər.


Düşmənin bir neçə alayına atəş zərbələri endirilib


Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut qəsəbəsindəki Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayın infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.

Azərbaycan Ordusunun bölmələri düşmənin daha bir neçə hava hücumundan müdafiə vasitələrini və yaylım atəşli reaktiv sistemlərini məhv edib.


İlham Əliyev Aleksandr Lukaşenkoya həqiqətləri açıqlayıb


Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə telefonla zəng edərək təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb.

İlham Əliyev belaruslu həmkarına məlumat verərək bildirib ki, Ermənistanın sentyabrın 27-də səhər saatlarında başladığı hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli ağır artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində bu günə kimi hərbi qulluqçularımız, 17 mülki şəxs həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-dən çox ev dağıdılıb. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını həyata keçirir.

Dövlət başçısı əlavə edib ki, artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulub ki, bu da qəti şəkildə yolverilməzdir. Ermənistan tərəfi şüurlu şəkildə danışıqlar prosesini pozur və hərbi təxribatlara rəvac verməklə yanaşı, danışıqlar prosesinə də böyük zərbə vurur.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyan İranın vitse-prezidentinə Azərbaycanla sülh danışıqlarının gedişi barədə məlumat verib  

19:26
01 Oktyabr

NATO-nun yeni Baş katibindən ilk açıqlama gəldi

19:09
01 Oktyabr

Azərbaycanın və Braziliyanın prokurorluq orqanları əməkdaşlığı genişləndirir  

18:55
01 Oktyabr

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Eternity-2024” komanda-qərargah təlimində iştirak edib  

18:54
01 Oktyabr

Dünyanın ən güclü boksçularının adları açıqlandı  

18:37
01 Oktyabr

Səudiyyə Ərəbistanı Palataları Federasiyası: Azərbaycanla investisiya sahəsində yeni imkanlar yaradılır

18:23
01 Oktyabr

Sosial təcrid ölüm riskini artırır

18:23
01 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib

18:20
01 Oktyabr

Monqolustan korrupsiya ilə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

18:17
01 Oktyabr

BMT-nin keçmiş Baş katibi Bakı İqlim Fəaliyyəti Həftəsinə videomüraciət ünvanlayıb

18:07
01 Oktyabr

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:53
01 Oktyabr

Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb

17:40
01 Oktyabr

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirib

17:39
01 Oktyabr

Yunanıstanda NATO-nun aviasiya təlimləri başlayıb

17:38
01 Oktyabr

Prezident İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsinə həsr olunan tədbir keçirilib

17:35
01 Oktyabr

ANAMA: Sentyabr ərzində 3 min 301 partlamamış hərbi sursat zərərsizləşdirilib  

17:17
01 Oktyabr

Londonda Aida Mahmudovanın “Mənzərəyə açılan otaq” adlı fərdi sərgisi başa çatıb

17:15
01 Oktyabr

Qərbi Azərbaycan milli ideyanın əsas hədəflərindəndir  

16:47
01 Oktyabr

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq daha da güclənib

16:38
01 Oktyabr

İranda silahlı hücum: komandir öldürüldü

16:33
01 Oktyabr

Milli Məclis komitələrinin yeni tərkibi bəlli olub 

16:19
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!