01 Oktyabr 2024 08:15
396
SİYASƏT
A- A+
Qərb Ermənistanı yenə maliyyələşdirdi 

Qərb Ermənistanı yenə maliyyələşdirdi 


Ermənistanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdədir. Bütün bunların fonunda Moskva ilə İrəvan arasında vəziyyət daha da kritik hədd alıb. Yəni Ermənistanda anti-Rusiya ab-havası zaman keçdikcə daha da güclənir. 

İrəvan düşdüyü vəziyyətə görə bir çox xarici dövləti, o cümlədən də əsas müttəfiqi olan Rusiyanı ittiham edir. Elə buna görədir ki, bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən daha da sərt addımlar atır.

Göründüyü qədərilə rəsmi İrəvan hərbi müttəfiqi Rusiyaya qarşı çıxaraq Qərbin verdiyi vədlərə güvənir.  Hər halda Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasətlə konkret seçim etdiyi görünür. 

Bunun nəticəsi olaraq ötən gün rəsmi şəkildə məlum olub ki, ABŞ hökuməti Ermənistana 20 milyon dollar verəcək. "Joğovurd" nəşrinin yazdığına görə, bu, böyük məbləğ kimi görünsə də, Nikol Paşinyan hakimiyyətinin uğursuzluqları fonunda azalmaqdadır. Qeyd edilib ki, ABŞ Dövlət katibi Entoni Blinken və USAID-in rəhbəri Samanta Pauer ABŞ-nin Ermənistana 20 milyon 600 min dollar yardım edəcəyini açıqlayıblar. 20 milyon 600 min dollar təqribən 7 milyard 981 milyon drama ekvivalentdir. 

Nəşr yazıb ki, ABŞ-nin Ermənistana bu qədər yardım göndərməsi yaxşı haldır, lakin hökumətin bu pulları necə istifadə edəcəyi çox şübhəlidir: "Ermənistan hökumətinin qərarına əsasən, 2019-cu ilin may ayında "Ermənistanın Dövlət Maraqları Fondu" QSC (ANİF) yaradılıb, onun layihələri üçün Ermənistanın dövlət büdcəsindən 4 milyard 734 milyon dram, təxminən 13 milyon dollar investisiya qoyulub. Yəni dövlət külli miqdarda sərmayə qoyub, bu, uğursuz olub və 5 ildən sonra dövlət öhdəliklərini ödəmək üçün ANİF-ə təmənnasız olaraq daha 1 milyard 700 milyon dram ayırıb. Başqa sözlə, ANİF 13 milyon dollar sərmayə ilə açıldıqdan sonra 5 il faydasız fəaliyyət göstərib və daha 5 milyon dollar ayrılıb ki, ləğv olunsun". 

Politoloq Suren Surenyants isə qeyd edib ki, Paşinyan hər sözü ilə həyasızlığın hədd-hüdudunun olmadığını təsdiq edir. O, 44 günlük müharibənin 4-cü ildönümünün yalnız ertəsi günü Yerablurda olub. Lakin o, susmaq əvəzinə yenidən danışıb. "Ölən erməni əsgərləri bizim üçün yeni imkan yaratdı", - deyə Paşinyan burada belə bir cümlə işlədib. 

Deyəsən, revanşist politoloqu özündən çıxaran elə bu sözlər olub. "Bu səfehin (Paşinyanı nəzərdə tutur - red.) xəstə təxəyyülünə görə, fəlakət gətirən müharibə ermənilərə dövlətlərinə sahib olmaq üçün yeni imkan verib. Eyni məntiqlə Paşinyan 27 sentyabrı, 9 noyabrı Ermənistan dövlətçiliyinin bərpası günləri elan etməlidir. Reallıq isə tamamilə bunun əksidir: Paşinyan müharibədən əvvəlki siyasəti ilə savaşı bizim qapıya gətirdi və Ermənistanın subyektivliyinin ləğvinə səbəb oldu", - deyə Surenyants qeyd edib.

Bu arada erməni analitik Karen Naumyan deyib ki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı atdığı addımlarla Moskvaya qara bir "quş" qoydu, digər tərəfdən də dünyaya Ermənistanı Qərbə doğru çevirdiklərini göstərdi. Ermənistan vasitəsilə regiona nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir: "Bəs İrəvanın xarici siyasətini Moskvadan Brüsselə dəyişməsində günahkar kimdir? 44 günlük müharibədə və ondan sonrakı dövrdə Ermənistana xəyanət edən yalnız Rusiyanın özüdür. Kreml Azərbaycan və Türkiyəni razı salmaq üçün regionda yeganə müttəfiqinin maraqlarını heçə saydı. Doğrudanmı, Moskva bu qədər sadəlövh idi ki, İrəvanda heç bir əks tədbir görülməyəcəyini düşünürdü? Hətta küncə sıxışdırılmış siçan vəhşi heyvana çevrilir. Təbii ki, Rusiyanın hələ də Ermənistana qarşı çoxlu təzyiq rıçaqları var". 

Beləliklə, Ermənistanda hazırda baş verənlər bu ölkəni daha sürətlə hərtərəfli iflasa doğru aparır. Çünki İrəvan xarici himayədarları olmadan yaşaya bilmək iqtidarında deyil.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyan İranın vitse-prezidentinə Azərbaycanla sülh danışıqlarının gedişi barədə məlumat verib  

19:26
01 Oktyabr

NATO-nun yeni Baş katibindən ilk açıqlama gəldi

19:09
01 Oktyabr

Azərbaycanın və Braziliyanın prokurorluq orqanları əməkdaşlığı genişləndirir  

18:55
01 Oktyabr

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Eternity-2024” komanda-qərargah təlimində iştirak edib  

18:54
01 Oktyabr

Dünyanın ən güclü boksçularının adları açıqlandı  

18:37
01 Oktyabr

Səudiyyə Ərəbistanı Palataları Federasiyası: Azərbaycanla investisiya sahəsində yeni imkanlar yaradılır

18:23
01 Oktyabr

Sosial təcrid ölüm riskini artırır

18:23
01 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib

18:20
01 Oktyabr

Monqolustan korrupsiya ilə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

18:17
01 Oktyabr

BMT-nin keçmiş Baş katibi Bakı İqlim Fəaliyyəti Həftəsinə videomüraciət ünvanlayıb

18:07
01 Oktyabr

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:53
01 Oktyabr

Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb

17:40
01 Oktyabr

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirib

17:39
01 Oktyabr

Yunanıstanda NATO-nun aviasiya təlimləri başlayıb

17:38
01 Oktyabr

Prezident İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsinə həsr olunan tədbir keçirilib

17:35
01 Oktyabr

ANAMA: Sentyabr ərzində 3 min 301 partlamamış hərbi sursat zərərsizləşdirilib  

17:17
01 Oktyabr

Londonda Aida Mahmudovanın “Mənzərəyə açılan otaq” adlı fərdi sərgisi başa çatıb

17:15
01 Oktyabr

Qərbi Azərbaycan milli ideyanın əsas hədəflərindəndir  

16:47
01 Oktyabr

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq daha da güclənib

16:38
01 Oktyabr

İranda silahlı hücum: komandir öldürüldü

16:33
01 Oktyabr

Milli Məclis komitələrinin yeni tərkibi bəlli olub 

16:19
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!