16 May 2024 09:30
3051
Oxucu məktubları
A- A+

Subartezian quyusu təmir olundu

 

Təsərrüfat işlərinin qızğın çağında suyu ilə pay torpaqlarımızı suvardığımız subartezian quyusu sıradan çıxmışdı. Bu vəziyyət kənd sakinlərini çox narahat edirdi. Çünki belə getsə, cari ildə torpaqlarımızdan məhsul götürə bilməyəcəydik. Əlimiz boşda qalacaqdı.
Rayon rəhbərinə müraciət olundu. Tezliklə subartezian quyusunun yanmış nasosu dəyişdirildi, 153 metr yeni kabel verildi və subartezian quyusundan yenidən sahələrimizə dirilik suyu axdı.
Onu da bildirim ki, kəndimizə yeni internet xətti çəkilir. Bunun üçün dirəklər  və avadanlıqlar gətirilib. İndiyəcən internetdən yalnız bəzi ailələr istifadə edə bilirdilər. Yeni xətt çəkiləndən sonra isə internet hər bir ailədə olacaq. Kənd sakinləri bundan çox məmnundurlar. Bütün bu xeyirxah işlərdə əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk. 

Rəqiyyə İSMAYILOVA, 
Tərtər rayonunun Mamırlı kəndi,
şəhid anası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video