01 Oktyabr 2026 15:03
484
SİYASƏT
A- A+
Sözün sərhədi yoxdur

Sözün sərhədi yoxdur



Prezident İlham ƏLİYEV: “Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir”


Dünyanın siyasi xəritəsi dəyişdikcə dövlətlər arasında münasibətlərin xarakteri də dəyişir. Bir tərəfdən iqtisadi və nəqliyyat əlaqələri ölkələri bir-birinə  yaxınlaşdırır, digər tərəfdən geosiyasi rəqabət, təhlükəsizlik çağırışları və informasiya müharibələri qarşılıqlı etimad məsələsini aktuallaşdırır. Belə bir şəraitdə dövlətlərin bir araya gələrək fikir ayrılıqlarını müzakirə etməsi, ortaq maraqları müəyyənləşdirməsi və əməkdaşlıq imkanları yaratması üçün beynəlxalq platformalara ehtiyac yaranır.

Məhz bu ehtiyacdan doğan təşəbbüslərdən biri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir (AQEM). Platforma müxtəlif siyasi və iqtisadi mövqelərə malik Asiya dövlətlərini bir araya gətirərək, qarşılıqlı etimadın möhkəmləndirilməsini, təhlükəsizlik və əməkdaşlıq məsələlərinin dialoq yolu ilə müzakirəsini məqsəd qoyub.

Bəs AQEM konkret olaraq nədir, nə məqsədlə yaradılıb və üzv ölkələr üçün hansı imkanları yaradır? AQEM-in yaradılması ideyası 1992-ci ildə Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb. Bu təşəbbüsün əsas məqsədi Asiyada təhlükəsizlik məsələlərinin həlli üçün dövlətləri dialoq ətrafında birləşdirən effektiv və universal platformanın formalaşdırılması olub. Bu gün AQEM-in 28 üzvü, 10 müşahidəçi dövləti və tərəfdaş təşkilatları var.  Təşkilat Asiya qitəsinin böyük hissəsini əhatə edən geniş coğrafi məkanı birləşdirir. 

Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə sədrlik edib. Sədrliyin əsas istiqaməti “Daha güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarı ilə müəyyənləşdirilib. Azərbaycanın sədrliyi dövründə diqqət çəkən məsələlərdən biri AQEM-in institusional baxımdan gücləndirilməsi və gələcəkdə daha strukturlaşmış beynəlxalq təşkilata çevrilməsi məsələsidir. Bu ilin iyulunda keçirilən AQEM- in Yüksək Səviyyəli Şəxslər Komitəsinin iclasında qurumun beynəlxalq təşkilata transformasiyası, nizamnamə layihəsi və Katibliyin strukturunun inkişafı ilə bağlı məsələlər müzakirə olunub. 

Bu geniş əməkdaşlıq gündəliyində media da xüsusi yer tutur və  oktyabrın 1-də Bakıda keçirilən AQEM Media Forumu məhz informasiya və kommunikasiya sahəsində yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından diqqət çəkir. Forumun mövzusu təsadüfi seçilməyib: “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması”. Müasir dünyada informasiya artıq yalnız baş verən hadisələri cəmiyyətə çatdıran vasitə deyil. Media dövlətlər, xalqlar və cəmiyyətlər arasında təsəvvürlərin formalaşmasına, qarşılıqlı anlaşmaya və ictimai diplomatiyaya ciddi təsir göstərir.

Bu reallıqlar fonunda Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində medianın roluna dair səsləndirdiyi fikirlər AQEM-in qarşısında duran daha geniş məqsədlərlə üst-üstə düşür.  Prezident müraciətində AQEM-i regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, üzv ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən dialoq platforması kimi xarakterizə edib. Eyni zamanda AQEM-in genişləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkib: “Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir”. 

Müraciətdə maraqlı məqamlardan biri də medianın rolunun ənənəvi informasiya funksiyasından daha geniş müstəvidə təqdim edilməsidir. Göründüyü kimi, söhbət yalnız xəbərin hazırlanması və yayılmasından getmir. Burada media dövlətlər və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın formalaşmasına təsir edən mühüm vasitə kimi nəzərdən keçirilir.

Müraciətdə dezinformasiya və süni intellekt texnologiyalarından sui-istifadə yolu ilə saxta informasiya və materialların hazırlanması məsələsinə xüsusi diqqət yetirilməsi də məhz bu reallıqla bağlıdır: “Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir”.

Dövlət başçısının müraciətindəki bir məsələni burdaca qeyd etməsək fikrimiz yarımçıq  qalmış olur. Bu,  etimadın yalnız jurnalistlərin üzərinə qoyulan məsuliyyət kimi təqdim edilməməsidir. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın zəruriliyi vurğulanır. “Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Media savadlılığının artırılması və yeni texnologiyaların məsuliyyətli tətbiqi də etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir”, - deyə İlham Əliyev sağlam informasiya mühitinin formalaşmasının yalnız bir tərəfin fəaliyyəti ilə mümkün olmadığını vurğulayır. 

Qeyd edək ki, Prezident İlham Əliyevin müraciətində üç əsas xətt bir-biri ilə əlaqələndirilir: AQEM-in institusional inkişafı, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və medianın etimad quruculuğundakı rolu. Bakı Media Forumunun əhəmiyyəti də məhz bu üç istiqamətin kəsişməsində ortaya çıxır. AQEM çərçivəsində media əməkdaşlığının genişləndirilməsi, əslində, daha geniş məqsədə - ölkələr və cəmiyyətlər arasında dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edə bilər.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında müdafiə sənayesi sahəsində müqavilə imzalanıb  

15:22
22 Oktyabr

Moskva Stiv Uitkoffun Ukraynaya dair təkliflərini təhlil edir

15:16
22 Oktyabr

Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanacağı qənaətindədir  

15:05
22 Oktyabr

Ağdərəyə qayıdan sakin: Kəndimizdə yeni həyat quracağıq

15:04
22 Oktyabr

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq genişlənir  

15:03
22 Oktyabr

“El nino” hadisəsi güclənir  

15:01
22 Oktyabr

Zamanın musiqisi  

14:57
22 Oktyabr

Salyanda aşıq Pənahın 100 illiyi qeyd olunub  

14:53
22 Oktyabr

Azərbaycanın siyasətində insan hüquqları amili prioritetdir  

14:39
22 Oktyabr

“Bundan böyük xoşbəxtlik ola bilməz”

14:19
22 Oktyabr

Orta Dəhlizdən keçən yüklərin həcmi 2040-cı ilədək 4 dəfə arta bilər  

14:12
22 Oktyabr

Rusiya hökumətində kadr dəyişiklikləri olub

14:01
22 Oktyabr

Daha 176 keçmiş məcburi köçkün doğma yurda qovuşub – YENİLƏNİB

13:52
22 Oktyabr

Lerikdə və Yardımlıda Prezidentin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirələr keçirilib  

13:36
22 Oktyabr

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək

12:48
22 Oktyabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq  

12:37
22 Oktyabr

O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

12:23
22 Oktyabr

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

12:17
22 Oktyabr

Azərbaycan nefti cüzi bahalaşıb VİDEO

12:07
22 Oktyabr

Raket zərbələri nəticəsində Kiyevin körpü və metro infrastrukturu dağılıb, yaralılar var 

12:05
22 Oktyabr

Ermənistanda Rusiya qazının bahalaşmasının ÜDM üçün nəticələrini hesablayıblar  

11:57
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!