17 Yanvar 2025 08:25
229
CƏMİYYƏT
A- A+
Sosial sahədə islahatlar davamlı olaraq həyata keçirilir

Sosial sahədə islahatlar davamlı olaraq həyata keçirilir


Bu, əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir


İqtisadiyyatımız inkişaf etdikcə, ölkəmizin potensialı artdıqca başqa sahələrdə olduğu kimi, sosial sahədə də uğurlu dövlət siyasəti aparılır, insanların rifah halının davamlı yüksəlməsinə xidmət edən islahatlar həyata keçirilir, müsbət nəticələr əldə olunur. 

Sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin rifah halı, güzəranı  gündən-günə yaxşılaşır. Gələcək firavan günlərin təməli qoyulur. Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində son illər ciddi irəliləyişlərə nail olunmuşdur. Əhalinin sosial müdafiəsi nəzərəçarpacaq dərəcədə gücləndirilmiş, sosial ödənişlərin və əməkhaqlarının artırılması istiqamətində uğurlu addımlar atılmışdır. Atılan bu addımlar isə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına əlverişli zəmin yaratmışdır. Dövlətimizin uğurla həyata keçirdiyi sosial siyasət nəticəsində əhalinin rifahının yüksəlməsi sayəsində yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. 

Əhalinin sosial rifahının artırılması istiqamətində nəzərdə tutulmuş bütün dövlət proqramları, layihələr uğurla və vaxtlı-vaxtında həyata keçirilir. Prezident İlham Əliyev çıxışlarının birində bu vacib məsələyə toxunaraq demişdir: "Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik".

Sosial sahədə islahatlar davamlı olaraq həyata keçirilir. Bu islahatların həyata keçirilməsində əsas məqsəd xalqımızın güzəranının daha da yaxşılaşdırılmasıdır. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi ildən-ilə artırılır. Buna görə də xalqımızın sosial müdafiəsi gündən-günə güclənir. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin başlıca məqsədini təşkil edir.

Ölkəmizdə həyata keçirilən sosial layihələr, proqramlar vətəndaşlarımız tərəfindən də böyük razılıq və rəğbətlə qarşılanır. Başqa sahələrdə olduğu kimi, əhalinin sağlamlığının qorunması istiqamətində də mühüm addımlar atılır, bir-birindən səmərəli layihələr həyata keçirilir. Uğurla icra olunan bu layihələr əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində mühüm rol oynayır. Əməkhaqları və pensiyalar, sosial müavinətlər, təqaüdlər mütəmadi olaraq artırılır. Şəhid ailələrinin, əlillərin və müharibə veteranlarının həyat tərzinin yaxşılaşdırılması istiqamətində olduqca zəruri tədbirlər həyata keçirilir. Bütün bu müsbət dəyişikliklər, qazanılan uğurlar dövlət başçımızın  xalqımıza olan sonsuz sevgisinin, diqqət və qayğısının parlaq göstəricisidir.

Hər il həm əməkhaqları və təqaüdlər artırılır. Prezident İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibəsində bu vacib məsələyə də toxunmuşdur. Dövlət başçısı demişdir ki, bildiyiniz kimi, bu il yanvarın 1-dən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda böyük problemi olan ölkədə bu sahəyə də diqqət yetirmək, əlbəttə ki, bizim siyasətimizin mahiyyətini göstərir. Yəni Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. "Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca biz ilk növbədə bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik".

Ölkəmizdə sosial sahənin inkişaf etdirilməsinə böyük önəm verilir. Bu sahənin inkişafı, tərəqqisi daim diqqətdə saxlanılır, müəyyən layihələr həyata keçirilir. Zamanında reallaşdırılan layihələr, aparılan islahatlar müsbət nəticələr əldə etməyə əlverişli şərait yaradır. Sosial müdafiə sahəsinə ayrılan dövlət büdcəsinin həcmi daim artırılır. Sosial siyasət dövlət tərəfindən müvafiq qanun və dövlət proqramları ilə tənzimlənir və vaxtlı-vaxtında icra olunur.

İldən-ilə ölkə büdcəsinin artırılması sosial proqramların həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bu barədə də danışıb. Dövlətimizin başçısı deyib: "Əlbəttə ki, büdcə parametrləri də hər bir ölkənin iqtisadi potensialını əks etdirir: həm parametrlər, həm dinamika. Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni iqtisadi cəhətdən, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən. Ona görə bütövlükdə, əlbəttə ki, bir çox digər parametrlər var. Amma əsas iqtisadi göstəricilər bundan ibarətdir. Təbii ki, bu, bizə imkan verir ki, sosial proqramları daha fəal icra edək".

Göründüyü kimi, 2025-ci il büdcəsinin artırılması sosial sahənin inkişafına, dövlət proqramlarının uğurla həyata keçirilməsinə böyük təkan verəcək. Deməli, bu il əhalinin sosial rifahı daha da yüksələcək, xalqımızın güzəranı günbəgün yaxşılaşacaq.   


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar  

22:26
10 Fevral

Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəlib

22:25
10 Fevral

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib

22:23
10 Fevral

Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

22:20
10 Fevral

Bakıda İranın milli bayramı qeyd olunub  

22:19
10 Fevral

Türkiyədə 2024-cü ildə 842 terrorçu zərərsizləşdirilib

19:49
10 Fevral

Keniyanın gənclər çempionu Azərbaycanın bu ölkədəki səfirliyində olub  

19:48
10 Fevral

Səudiyyə Ərəbistanı uşaqları Həcc ziyarətinə gətirməyi qadağan etdi

19:21
10 Fevral

Kənd təsərrüfatı naziri bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub  

19:20
10 Fevral

Polşalı musiqiçilər “Qış nağılı” festivalında

19:18
10 Fevral

Dövlət katibi: Sloveniya Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirməkdə maraqlıdır  

18:32
10 Fevral

Premyer Liqa: "Araz-Naxçıvan" - "Kəpəz" oyunu qolsuz başa çatıb

18:20
10 Fevral

Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən 

18:19
10 Fevral

Bakıda sahibsiz heyvanlar probleminə həsr olunmuş tədbir keçirilib  

18:17
10 Fevral

ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb  

18:14
10 Fevral

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib  

18:13
10 Fevral

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin binası mükafata layiq görülüb  

18:12
10 Fevral

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb  

18:11
10 Fevral

Kənd Təsərrüfatı Nazirliyi: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir  

18:10
10 Fevral

Qazaxıstan ordusunun arxa cəbhə təminatının modernləşdirilməsi məsələsi müzakirə olunub  

18:08
10 Fevral

“DeepSeek”in istifadəçi sayı rekord həddə çatıb

17:59
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!