03 Dekabr 2025 18:04
418
SİYASƏT
A- A+
Son illərdə Azərbaycanda rəqəmsal ordu konsepsiyası çərçivəsində əhəmiyyətli addımlar atılıb  

Son illərdə Azərbaycanda rəqəmsal ordu konsepsiyası çərçivəsində əhəmiyyətli addımlar atılıb  


Son illərdə Azərbaycanda rəqəmsal ordu konsepsiyası çərçivəsində əhəmiyyətli addımlar atılıb. Rəqəmsal ordunun əsasını təşkil edən elementlərdən biri də məhz rəqəmsal xəritələr, rastr və vektor məlumatlarıdır. Müasir müharibələrdə müştərək əməliyyatların aparılması, habelə asimmetrik və hibrid müharibə konsepsiyalarının həyata keçirilməsi üçün vahid rəqəmsal xəritələrin, müharibə və təhlükəsizlik təyinatlı məkan, məlumat və informasiya sistemlərinin tətbiqi əsas şərtdir. Bundan başqa, coğrafi informasiya sistemlərinin yaradılması da artıq günümüzün tələbidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin “Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclasında çıxışı zamanı deyib. "Dünyada baş verən qlobal rəqəmsallaşma prosesi xəritəçiliyi də əhatə edir və onun fəaliyyət sahələrini genişləndirir. Bu zəruri texniki imkanların, müvafiq proqram təminatının və ixtisaslı kadrların mövcudluğunu şərtləndirir. Bu mənada TDT-yə üzv ölkələrin səylərini birləşdirməsi və təcrübə mübadiləsinin aparılması çox mühüm əhəmiyyətə malikdir. Dost və qardaş ölkələr olaraq vahid xəritələrdən istifadə edilməsinin üstünlüyü danılmazdır. Bu, təkcə texniki uyğunluq məsələsi deyil, bu, qarşılıqlı anlaşma, əməkdaşlıq imkanlarının genişlənməsi, məlumat mübadiləsinin sürətləndirilməsi və birgə təhlükəsizlik mühitinin gücləndirilməsi deməkdir", - deyə A.Əliyev qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

10:03
10 Mart

Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi 

10:01
10 Mart

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

09:58
10 Mart

Abbas Əraqçi: İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür

09:41
10 Mart

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

09:33
10 Mart

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

Tramp: Putinlə çox yaxşı söhbətimiz oldu

09:21
10 Mart

Donald Tramp Rusiya Prezidentinə zəng edib YENİLƏNİB

09:14
10 Mart

Tramp: İranla müharibə demək olar ki, başa çatıb

23:39
09 Mart

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!