27 May 2026 19:34
121
SİYASƏT
A- A+
Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi Sofiya şəhərində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə fəxri qonaq qismində Bolqarıstan Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat, sərmayə və sənaye naziri Aleksandr Pulev, energetika naziri İva Petrova, innovasiya və rəqəmsal transformasiya naziri İvan Vasilyev, turizm naziri İlin Dimitrov, xarici işlər nazirinin müavini səfir Kristo Polendakov və digər bir sıra nazirliklərdən nazir müavinləri, Prezident və Baş nazirin administrasiyalarının yüksək vəzifəli nümayəndələri, parlamentin deputatları, şəhərlərin merləri, universitetlərin rektorları, Bolqarıstanda akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər üzvləri, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, iş adamları, media rəhbərləri, eləcə də Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Bolqarıstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elmar Məmmədov və Bolqarıstan Respublikasının Baş nazirinin müavini Aleksandr Pulev çıxış ediblər.

Səfir Elmar Məmmədov çıxışında bu il müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdıraraq, Cümhuriyyətin dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müstəsna rolunu xüsusi qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və quruculuq işlərinin başlandığını, eləcə də davamlı sülhün təmin edilməsi məqsədi ilə Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülh sazişinin paraflandığını bildirib.

İkitərəfli münasibətlərə toxunan səfir Elmar Məmmədov Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı etimada, yüksək səviyyəli siyasi dialoqa və enerji, nəqliyyat, rəqəmsal bağlantılar, ticarət, mədəniyyət və təhsil sahələrində genişlənən əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın mövcud olduğunu vurğulayıb. Bu xüsusda o, 2015-ci ildə Sofiyada imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni və 2024-cü ildə Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannaməni ikitərəfli münasibətlərin mühüm mərhələləri kimi qeyd edib.

Çıxış zamanı humanitar və mədəni əməkdaşlığın inkişaf edən istiqamətlərinə xüsusi diqqət yetirilib, Şuşa və Veliko Tırnovo şəhərləri arasında qardaşlaşma münasibətləri, eləcə də Veliko Tırnovo şəhərində inşa olunacaq “Şuşa Parkı” layihəsinin iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın rəmzi olacağı vurğulanıb. Daha sonra bir neçə gün öncə Bakıda uğurla təşkil edilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yaratdığı qlobal və regional miraslara, ölkədə “Şəhərsalma və Memarlıq İli”çərçivəsində görülən işlərə, Bakının və Azərbaycanın regionlarının tarixi, mədəni və dini memarlıq irs abidələrinə dair ətraflı məlumat verilib və Bolqarıstan Prezidentinin, merlərinin və akademik dairələrinin WUF13-də fəal iştirakına görə təşəkkür edilib.

Fəxri qonaq qismində iştirak edən Baş nazirin müavini Aleksandr Pulev çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və Azərbaycanın Bolqarıstanın etibarlı strateji tərəfdaşı olduğunu vurğulayıb.

Aleksandr Pulev Azərbaycanın Bolqarıstanın enerji mənbələrinin şaxələndirilməsinə və regional enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib, həmçinin Trans-Xəzər nəqliyyat dəhlizinin və Avropa ilə Asiyanı birləşdirən rəqəmsal bağlantı təşəbbüslərinin strateji əhəmiyyətini xüsusi olaraq qeyd edib. O, iki ölkə arasında ticarət-iqtisadi və qarşılıqlı sərmayə əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib.

Qəbul zamanı qonaqlara xüsusi videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın zəngin tarixi, mədəni və dini memarlıq irsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də Azərbaycanda elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bakı şəhərinin və Azərbaycanın regionlarının tarixi və müasir memarlıq üslublarının vəhdətini əks etdirən görüntülər təqdim olunub.

Tədbir tanınmış bolqar bəstəkarı və pianoçusu Minko Lambov və vokalist Valentina Dimitrova tərəfindən Azərbaycan musiqi əsərlərinin ifa olunduğu mədəni proqramla davam edib, daha sonra qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edilib

22:41
27 May

Azərbaycan müstəqillik tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır

22:38
27 May

DTX rəisi Əli Nağıyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib

21:58
27 May

Rubio: TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir

21:37
27 May

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

20:47
27 May

Tramp: İran razılığa gəlməyi çox istəyir

20:39
27 May

Havanada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

20:09
27 May

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

19:49
27 May

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

19:44
27 May

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

19:34
27 May

Ukraynanın Prezidenti Volodimir Zelenskidən

19:02
27 May

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

18:47
27 May

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

18:27
27 May

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

18:09
27 May

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

17:54
27 May

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

17:40
27 May

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub

17:31
27 May

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

15:58
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!