27 May 2026 17:40
128
CƏMİYYƏT
A- A+
28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə Haaqada rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin, parlamentinin, əyalət və şəhər meriyalarının nümayəndələri, Haaqada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri, işgüzar və akademik dairələrin, media və dini icmaların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının və Niderland Krallığının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə 28 May – Müstəqillik Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrildiyini bildirib.

Səfir çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası istiqamətində əldə olunan nailiyyətlərdən, regionda dayanıqlı sülhün təmin olunması məqsədilə həyata keçirilən təşəbbüslərdən də bəhs edib. O, Azərbaycan ilə Niderland arasında siyasi dialoqun, qarşılıqlı səfərlərin, ticarət əlaqələrinin və investisiya əməkdaşlığının son illərdə nəzərəçarpacaq dərəcədə genişləndiyini diqqətə çatdırıb.

M.Əhmədzadə bir neçə gün əvvəl nüfuzlu şirkətlərin təşəbbüsü ilə yaradılmış Azərbaycan–Niderland Ticarət Palatasının təqdimatının tədbir çərçivəsində keçirilməsini iki ölkə arasında münasibətlərin inkişafının mühüm göstəricisi kimi dəyərləndirib. Diplomat, həmçinin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasını və Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkilini xüsusi vurğulayıb.

O, Niderlandın forumda geniş nümayəndə heyəti ilə iştirakını yüksək qiymətləndirib, forumun təşviqi məqsədilə Niderlandın müxtəlif əyalət və şəhərlərinə səfərləri zamanı Azərbaycan bayrağının rəsmi binalar önündə dalğalandırılmasını dostluq münasibətlərinin təzahürü kimi dəyərləndiribdir.

Niderland Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik Veststrate çıxışında Azərbaycan dilində Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycanı Niderland üçün mühüm tərəfdaş adlandıraraq, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Veststrate Yaxın Şərqdəki gərginlik fonunda Niderland diplomatlarının İrandan Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.

Niderland rəsmisi iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərin əsas sütunlarından biri olduğunu qeyd edərək, yeni yaradılmış Azərbaycan–Niderland Ticarət Palatasının bu əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə inandığını bildirib. O, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm platformaya çevrildiyini də vurğulayıb.E. Veststrate bir neçə gün əvvəl Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla təşkil olunduğunu bildirib.

Tədbirdə çıxış edən Haaqa şəhərinin meri Yan van Zanen isə Bakıda keçirilmiş WUF13-də iştirakından danışaraq, forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Mer Azərbaycanın inkişafından, Bakının zəngin tarixi-mədəni irsindən və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan təsirləndiyini bildirib.

Daha sonra tədbir iştirakçılarına Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində yeni yaradılmış Azərbaycan–Niderland Ticarət Palatasının təqdimatı da keçirilib. Təqdimatda NEQSOL Holding, Royal Dutch LV Logistics, Damen Shipyards, Royal Haskoning, Signify, Van Oord, TAMM Solutions, TRAST BV, AZ Legal Services və BDO kimi şirkətlərin rəhbərləri iştirak ediblər.

Çıxış edən natiqlər qeyd ediblər ki, təsisçi şirkətlərin əksəriyyəti uzun illərdir Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Bildirilib ki, Palatanın əsas məqsədi biznes dairələri arasında əlaqələri genişləndirmək, yeni tərəfdaşlıqların qurulmasını təşviq etmək və iqtisadi əməkdaşlıq üçün institusional platforma yaratmaqdır.

Tədbirin mədəni hissəsində Amsterdamdan olan “Watergang Kwartet” musiqi qrupu çıxış edib. Bir müddət əvvəl Azərbaycan xalq mahnısı “Qalalı”nı özünəməxsus tərzdə ifa etməklə sosial şəbəkələrdə böyük maraq doğuran kollektiv tədbir üçün xüsusi musiqi proqramı hazırlayıb.

Konsert proqramında “Qalalı” xalq mahnısı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Əsgərin mahnısı”, “O olmasın, bu olsun” operettasından “Darçını” rəqsi, Fikrət Əmirovun “Göygöl” əsəri və Pieter Goemansın məşhur “Aan de Amsterdamse Grachten” əsəri səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edilib

22:41
27 May

Azərbaycan müstəqillik tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır

22:38
27 May

DTX rəisi Əli Nağıyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib

21:58
27 May

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

18:27
27 May

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

18:09
27 May

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

17:54
27 May

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

17:40
27 May

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub

17:31
27 May

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

15:58
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

14:08
27 May

Sabah hava əsasən yağmursuz olacaq

13:29
27 May

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir  

13:17
27 May

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

11:47
27 May

Şuşada bayram namazı qılınıb

11:44
27 May

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib  

10:57
27 May

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

10:43
27 May

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB

10:41
27 May

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub  

10:34
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!