Azərbaycan ilə Avropanın digər hissəsi arasındakı əməkdaşlığın əhəmiyyəti gedərək artır. Burada yaşıl enerjini də qeyd etmək yerinə düşər. Azərbaycan ilə Sloveniya arasında konstruktiv münasibətlər qurulub. Biz müəyyən dərəcədə kiçik ölkəyik və enerji asılılığımız var. Enerji təchizatının vacibliyini anlayır və bilirik ki, bu, iqtisadi inkişafın əsas meyarıdır.
AZƏRTAC xəbər verir ki, bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
O bildirib ki, son illər ərzində siyasi vəziyyət xeyli dəyişib və bununla da enerji ehtiyatlarının və marşrutlarının şaxələndirilməsi heç vaxt olmadığı qədər vacib olub.
“Bu yeni reallıqdan baxaraq, etibarlı tərəfdaşlıq çox əhəmiyyətlidir. Azərbaycan dəqiqliklə bunu sübuta yetirdi. Sloveniya bu tərəfdaşlığa sadiqdir və Avropa Komissiyasının bu əməkdaşlığın gücləndirilməsindəki səylərini alqışlayır”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, Cənub Qaz Dəhlizi çox mühüm marşrutdur və Xəzər dənizi regionunu Avropa bazarlarına bağlayır: “Əgər biz gələcəyə nəzər salsaq etiraf etməliyik ki, bizim enerji təhlükəsizliyimiz yalnız təbii qazla məhdudlaşa bilməz. Azərbaycanın COP29-da sədrliyi aydın bir siqnala çevrildi ki, biz iqlim dəyişmələri ilə bağlı hərəkətə keçməliyik, bununla bağlı olan mövcud çağırışları aradan qaldırmalıyıq. Beləliklə, biz qətiyyətlə addımlar atmalıyıq və təmiz yaşıl enerji, həmçinin hidrogen sahəsində əməkdaşlığı gücləndirməliyik. Sloveniya Azərbaycanla əməkdaşlığın gücləndirilməsini səmimiyyətlə arzulayır, xüsusən də qaz təchizatı sahəsində tərəfdaşlığın daha da gücləndirilməsinin tərəfdarıdır. Bundan əlavə, digər təmiz enerji texnologiyalarında da maraqlıyıq və enerji sahəsində əməkdaşlığımızı genişləndiririk”.
DYP: Qeyri-sabit hava şəraitinə baxmayaraq, ötən gün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb
FHN: Su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
Şuşada I İslam Dünyası Mədəniyyət Forumu keçirilir
Azərbaycan nefti bahalaşıb
Tədqiqatçılar insanlarda yeni qan qrupu sistemi aşkarlayıblar
Paşinyanın dedikləri ilə əməli düz gəlmir
Çempionlar Liqası: Son yarımfinalçılar “Arsenal” və “İnter” olub
Kompüter tomoqrafiyası səbəbindən xərçəngin sayının artması halları aşkar edilib
Paris 12 əlcəzairli diplomatı ölkədən çıxarır
Qızılın qiyməti yeni rekorda imza atıb
Güclü küləyin və intensiv yağışın fəsadları aradan qaldırılır
"Azərişıq" ASC ölkə ərazisində güclü külək və yağışın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır
"Kitabla dostluq edənin yolu işıqlı olar"
"Qızıl het-trik"li Olimpiya çempionumuz
BP və tərəfdaşları sosial proqramlarını əsas əməliyyatlarının ayrılmaz hissəsi hesab edirlər
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının reinteqrasiyası: yol xəritəsi və nailiyyətlər
Hemofiliyasız dünya naminə
Görkəmli ictimai xadimin ömrü nəsillərə nümunədir
Vətən müharibəsindən sonra 493 hərbçi son nəsil protezlərlə təmin edilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalanıb
Qoşulmama Hərəkatının ən səmərəli fəaliyyəti Azərbaycanın sədrliyi dövründə olmuşdur
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!