17 Aprel 2025 09:15
638
İDMAN
A- A+
"Qızıl het-trik"li Olimpiya çempionumuz

"Qızıl het-trik"li Olimpiya çempionumuz


Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gəncliyinin idman sahəsində də irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Son 23 ilin idman yekunlarına nəzər saldıqda bunu aydın görmək mümkündür. Sözsüz ki, gənclərimizin yüksək nailiyyətlər qazandığı yarışlar sırasında ən nüfuzlusu dünyanın məşhur və 4 ildən bir keçirilən kütləvi idman müsabiqəsi - Yay Olimpiya Oyunlarıdır.

Ötən il Fransanın paytaxtı Parisdə təşkil edilən sonuncu Yay Olimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran  gənc idmançılarımızdan biri də cüdoçumuz Hidayət Heydərovdur. 

Hidayət Parisdə medal həsrətinə son qoydu. Dünya çempionumuz kolleksiyasına daha bir medal əlavə etdi. Özü də finalda fransalı həmkarını məğlub etməklə. Necə deyərlər, Fransa Azərbaycan bayrağının kölgəsində qaldı.  

73 kq çəkidə mübarizə aparan dünya reytinqinin birincisi Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verib. O, rəqibini məğlub edərək, yeni mərhələyə adlayıb.

H.Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma həmyerlimizin qələbəsi ilə bitib. İpponla qalib gələn Hidayət yarımfinalda   kosovalı Akil Qyakova ilə üz-üzə gəlib. Bu mərhələdə də rəqibini üstələyən cüdoçumuz adını finala yazdırıb. Həlledici mərhələdə isə rəqib fransalı Joan-Benjamin Qaban idi. Çətin keçən qarşılaşmada rəqibinə ippon fəndi ilə qalib gələn Hidayət Olimpiya çempionu oldu. Bununla da, Hidayət Heydərov bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olmaqla "qızıl het-trik"ə imza atdı.

Hidayət Heydərov 1997-ci ildə Qazaxıstanın Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçaydandır. Hidayətin üç yaşı olarkən ailəsi Bakıya köçüb. Kiçik yaşlarından aktivliyi ilə seçilən, idmana marağı olan qəhrəmanımız altı yaşında olarkən cüdoya başlayır. Onun ilk müəllimi Tərlan Həsənov olub.

Əzmkarlığı ilə diqqət çəkən Hidayət tezliklə cüdoda uğur qazanmağa başlayır. O, 2008-ci ildə Bakı çempionluğunu, bir il sonra isə Azərbaycan çempionluğunu qazanır. 60 kq çəki dərəcəsində iki dəfə Azərbaycan çempionluğunu əldə edən yeniyetmə idmançının ayağı bundan sonra beynəlxalq arenaya açılır. 2010-cu ildə Tbilisidə keçirilən beynəlxalq turnirdə ikinci yerə çıxan Hidayət növbəti il Ankarada keçirilən Avropa kuboku uğrunda turnirdə birinci yeri tutur. 2012-ci ildə Hidayət yeniyetmələrdən ibarət Azərbaycan yığmasına dəvət alır. Antalyada yeniyetmələrin Avropa kubokunda yarışan Hidayət turniri birinci pillədə başa vurur.

Heydərov sonradan yarışlara 73 kq çəki dərəcəsində qatılır. Hansı ki bu çəkidə Elnur Məmmədli, Rüstəm Orucov kimi idmançılar böyük uğurlar əldə edib, Olimpiya Oyunlarında medal qazanıblar. Hidayət hazırda dördqat Avropa çempionudur. O, 2017-ci ildə Varşavada, 2022-ci ildə Sofiyada, 2023-cü ildə Monpelyedə, ötən il isə Zaqrebdə bütün rəqiblərini üstələyib. O, qitə birinciliyində iki bürünc, bir gümüş əldə etməyi də bacarıb.

Hidayətin dünya çempionluğu arzusu isə gec reallaşdı. O, bəzən hakim haqsızlığından, bəzən xırda səhvlərdən qızıla çata bilmirdi. Daha əvvəl Bakı, Tokio və Daşkənddə qızıla iddia edən cüdoçu yekunda bürünc medalla kifayətlənib. Ötən il o, çoxdankı arzusuna çatıb. Abu-Dabidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa və dünya çempionluqlarından əlavə, Heydərov Avropa Oyunlarında, Yay Universiadasında, İslam Həmrəyliyi Oyunlarında medal qazanmağa müvəffəq olub.

Azərbaycan dövləti idmançılara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər. Hər gün şahidi oluruq ki, Azərbaycan idmançıları qazandıqları qələbələrlə öz dövləti və lideri, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

Müstəqil və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin ən parlaq təcəssümüdür

14:56
13 İyun

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

14:36
13 İyun

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib  

14:25
13 İyun

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

13:58
13 İyun

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

13:18
13 İyun

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq  

12:59
13 İyun

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

12:49
13 İyun

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

12:23
13 İyun

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

12:10
13 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

12:08
13 İyun

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

11:58
13 İyun

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

11:53
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

11:13
13 İyun

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!