17 Aprel 2025 09:10
554
İQTİSADİYYAT
A- A+
BP və tərəfdaşları sosial proqramlarını əsas əməliyyatlarının ayrılmaz hissəsi hesab edirlər

BP və tərəfdaşları sosial proqramlarını əsas əməliyyatlarının ayrılmaz hissəsi hesab edirlər


BP və tərəfdaşlarının ölkəmizdə həyata keçirdiyi geniş sosial sərmayə proqramları insanlara əhəmiyyətli faydalar gətirir, onların həyatının daha da yaxşılaşdırılmasına dəstək verir. Sosial sərmayələr yerli potensialın yaradılması, təhsilin, idmanın və sahibkarlığın inkişafı, ətraf mühitin qorunması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəldilib. 

Əvvəla qeyd edək ki, indiyədək BP öz tərəfdaşları ilə birlikdə Azərbaycanda neftin və qazın kəşfiyyatı, işlənməsi və nəqli layihələrinə, təxminən, 85 milyard dollar sərmayə qoyub. Onlar, eləcə də sosial dəstək proqramlarına 111 milyon dollardan çox vəsait xərcləyiblər ki, bunu da əsas əməliyyatlarının ayrılmaz hissəsi sayırlar.

Sosial layihələr illərdir davam edir və geniş coğrafi ərazidə həyata keçirilir. Belə ki, bu layihələr paytaxtda dəniz qurğularının inşa olunduğu müəssisələrin, Səngəçal terminalının ətrafından başlayaraq Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri boyu yerləşən çoxsaylı yaşayış məntəqələrini əhatə edir. Onlardan demək olar ki, əhalinin bütün təbəqələri bəhrələnir. Məsələn, uğurla tamamlanmış "Sahibkarlığın İnkişafı Proqramı"nı (SİP) xatırlayaq. Milyonlarla dollar dəyərində olan bu layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyırdı. SİP Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsi idi.

BP və tərəfdaşlarını Azərbaycan gəncləri ilə də möhkəm dostluq telləri bağlayır. Gənclərlə bağlı son dövrdə həyata keçirilən layihələrdən bir neçəsini göstərmək kifayətdir. Sumqayıt Dövlət Universitetində keçən il başlanan layihə ali təhsillə sənaye arasında yeni tərəfdaşlıq imkanı yaratmağa xidmət edir. 

Kimya mühəndisliyi üzrə yeni magistr proqramı iri bir təhsil layihəsidir. Bu, ölkəmizin yüksəkixtisaslı kimya mühəndislərinə tələbatının təmin edilməsinə bir töhfə olacaq. Layihə, əsasən, Sumqayıt şəhərinin əmək bazarının, sənaye potensialının və xidmət sahələrinin ehtiyaclarını nəzərə alaraq düşünülüb. Sənayenin tələblərinə uyğunlaşdırılmış yeni tədris proqramına kimyəvi proseslər, istehsal prosesləri və ekoloji dayanıqlılıq kimi sahələr daxildir. Proqramın təlim materialları xüsusi olaraq Sumqayıt şəhərinin sənaye və texnoloji müəssisə və şirkətlərinin ehtiyacları üçün hazırlanıb.

Bakı Mühəndislik Universitetində isə BP şirkəti ölkə üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə yeni laboratoriya açıb. Laboratoriya şirkət tərəfindən xüsusi olaraq alınıb və 30 müasir və innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz olunub. 

BP-nin öz tərəfdaşları adından həyata keçirdiyi bir sıra sosial layihələr isə orta məktəblər üçün nəzərdə tutulub. Bunlardan biri artıq keçən ilin payızında başa çatıb. Azərbaycanda şagirdlərin riyaziyyat fənni üzrə fəallığını və motivasiyasını artırmağı hədəfləyən bu təşəbbüsün məqsədi məktəbliləri, o cümlədən kənd yerlərində yaşayan və əlilliyi, yaxud xüsusi təhsilə ehtiyacı olan gəncləri əlçatan, müasir təhsil resursları ilə təmin etməkdir. Layihə çərçivəsində əsas diqqət beşinci-doqquzuncu sinif şagirdləri üçün riyaziyyat üzrə müfəssəl onlayn təhsil məzmununun hazırlanmasına yönəldilib. Yeni hazırlanmış materiallar ictimaiyyətə açıqdır və öyrənmə prosesini təkmilləşdirmək üçün özündə bir sıra vasitələri birləşdirir. Yeni məzmun şagirdlərə məşq etmək və riyazi bacarıqlarını gücləndirmək üçün əlavə imkanlar yaratmaqla ənənəvi sinif dərslərini tamamlayır. 

BP şirkəti məktəblilərə Azərbaycan dilində "Uşaqlar üçün "yaşıl bilik"lər adlı kitab da hədiyyə edib. Kitab ətraf mühitə əhəmiyyətli təsir göstərmək istəyən valideynlər, təhsil işçiləri, şagird və tələbələr üçün mühüm bir mənbə kimi nəzərdə tutulub. 

Əməliyyatçı şirkət bu təhsil layihəsinin artıq uğurla tamamlandığını elan edib. Layihənin məqsədi şagirdlərə sahibkarlıq və biznes liderliyinin əsaslarını aşılamaqda məktəblərə dəstək verməkdir. Layihəyə səkkizinci və doqquzuncu sinif şagirdləri üçün biznes və sahibkarlığın əsas prinsipləri haqqında təhsil materiallarının hazırlanması daxil idi. Bundan əlavə, proqram çərçivəsində kurs təlimatçılarına, eləcə də məktəb müəllimlərinə təlim keçmək məqsədilə kitabça da tərtib olunmuşdu.

"Gələcək üçün bacarıqlar" layihəsi isə innovasiya, texnologiya, rəqəmsallıq və sahibkarlığın əlçatan olmasına bir dəstəkdir. Bu layihəni həm də cəsarətlə ölkəmizin startap ekosisteminə töhfə adlandırmaq olar. Sonuncu mərhələsi uğurla başa çatan bu təhsil layihəsi Azərbaycanda startap mühitinin yaxşılaşdırılması və innovasiya ekosisteminin genişləndirilməsinə yönəlib. 2023-cü ildən başlanan layihə ümumilikdə ölkə ərazisində uğurlu startap ideyalarını potensial investorlarla əlaqələndirmək məqsədli "TUSİ" inkubasiya proqramı kimi tanınan startap təhsili təşəbbüsünün effektivliyinin artırılması fəaliyyətlərinə dəstək vermək üçün nəzərdə tutulmuşdu.

Layihə üzrə iş həcminə startap təşəbbüslərinin, inkubasiya proseslərinin və investisiyadan əvvəl ümumi hazırlıq işlərinin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş təlim, mentorluq və digər fəaliyyətlərdən ibarət inkubasiya proqramı daxil idi. 

Bunlar BP və tərəfdaşlarının ölkəmizdə gerçəkləşdirdiyi sosial proqramlardan yalnız bir neçəsidir. Həmin çoxsaylı sosial dəstək layihələrinin sonunculardan birini də xatırladaq. BP Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan 13 illik rəsmi tərəfdaşlığının 2028-ci ilin sonuna qədər uzadıldığını elan edib. 

İlkin tərəfdaşlıq sazişi London Oyunlarından əvvəl 2012-ci ilin yanvarında imzalanıb. O vaxtdan bəri bu sazişin müddəti əvvəl 2013-cü, 2016-cı və 2022-ci illərdə olmaqla artıq dördüncü dəfədir ki, uzadılır.

10 ildən çoxdur ki, bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə BP-nin hər iki komitə ilə sıx əməkdaşlığı üçün geniş imkan yaradıb.

İndiyədək bu tərəfdaşlıq çərçivəsində BP Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, o cümlədən 2012-ci il London Oyunlarında, "Bakı-2015" Avropa Oyunlarında, "Rio-2016" Oyunlarında, "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarında, "Tokio-2020" Oyunlarında və "Paris-2024" Oyunlarında iştirakını dəstəkləyib.

Tərəfdaşlığın bir hissəsi olaraq, BP həmçinin Azərbaycanın 10 aparıcı olimpiya və paralimpiya idmançısının hazırlığına və 2011-2020-ci illərdə onların beynəlxalq tədbirlərdə iştirakına dəstək verərək, onlar üçün fərdi inkişaf imkanları yaradıb.

Bakıda tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkət tərəfindən ölkənin dayanıqlı gələcəyinə və icmaların inkişafına dəstəyin davamlı olduğunu bir daha vurğulayıb: "30 ildən artıqdır ki, BP milli komandaların və idmançıların inkişafı və ölkənin iri beynəlxalq tədbirlərdə uğurlu iştirakı üçün daha çox imkanlar yaratmaq məqsədilə Azərbaycanda milli idmana dəstək verən digər tərəflərlə səylərini birləşdirir. Uğurlu tərəfdaşlıq fəaliyyətlərimizlə yanaşı, BP Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, turnirlərdə və çempionatlarda iştirakına qürurla dəstək verir. BP bundan sonra da ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək öhdəliyinə uyğun olaraq, icmaları gücləndirməyə və Azərbaycanda milli idmanın inkişafına töhfələrini davam etdirəcək".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!