10 Dekabr 2024 01:47
1255
Qanunlar
A- A+
"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493; № 7, maddə 744) 51-ci maddəsində "partiyada rəhbər orqanlarının" sözləri "partiyanın" sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 125.2-ci maddəyə "nizamnaməsinə" sözündən sonra ", proqramına" sözü əlavə edilsin;

2.2. 126-cı maddə üzrə:

2.2.1. adına, 126.1-ci maddəyə və 126.2-ci maddənin birinci cümləsinə "ləğv" sözündən əvvəl "fəaliyyətinin dayandırılması və" sözləri əlavə edilsin;

2.2.2. aşağıdakı məzmunda 126.2-1-ci maddə əlavə edilsin:

"126.2-1. Məhkəmə ərizəçinin iddiası əsasında "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı qərarlardan birini qəbul edə bilər:

126.2-1.1. siyasi partiyanın fəaliyyətinin 2 aydan 6 ayadək müddətinə dayandırılması barədə;

126.2-1.2. siyasi partiyanın ləğvi barədə.";

2.2.3. 126.3-cü maddənin birinci cümləsində "126.2-ci" sözləri "126.2-1.2-ci" sözləri ilə əvəz edilsin və həmin cümləyə "fəaliyyətini" sözündən sonra "mahiyyəti üzrə qərar qüvvəyə minənədək" sözləri əlavə edilsin.

Maddə 3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci maddənin ikinci cümləsinə "publik hüquqi şəxslər," sözlərindən sonra "siyasi partiyalar," sözləri əlavə edilsin;

3.2. 5.4-cü maddə üzrə:

3.2.1. 5.4.1-ci maddəyə "nizamnaməsi," sözündən sonra "siyasi partiyalara münasibətdə, həmçinin proqramı," sözləri əlavə edilsin;

3.2.2. 5.4.5-ci maddədə "partiyada rəhbər orqanlarının" sözləri "partiyanın" sözü ilə əvəz edilsin;

3.2.3. aşağıdakı məzmunda 5.4.5-1-ci maddə əlavə edilsin:

"5.4.5-1. siyasi partiyalara münasibətdə üzvlərinin reyestri;";

3.3. 11.3-cü maddə üzrə:

3.3.1. 11.3.2-1-ci maddəyə "nizamnamələrində" sözündən sonra "(siyasi partiyalara münasibətdə əlavə olaraq proqramlarında)" sözləri əlavə edilsin və həmin maddədə "və yerli özünüidarə orqanlarının" sözləri ", yerli özünüidarəetmə orqanlarının və vəzifəli şəxslərin" sözləri ilə əvəz edilsin;

3.3.2. aşağıdakı məzmunda 11.3.3-3-cü maddə əlavə edilsin:

"11.3.3-3. siyasi partiyanın adı, olduğu halda qısaldılmış adı və rəmzləri "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələblərə cavab vermədikdə;";

3.4. 12.8-ci maddə üzrə:

3.4.1. 12.8.3-2-ci maddədən "siyasi partiyaların," sözləri çıxarılsın;

3.4.2. aşağıdakı məzmunda 12.8.3-3-cü maddə əlavə edilsin:

"12.8.3-3. siyasi partiyaların fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə, habelə onlara edilmiş yazılı xəbərdarlıqlar və onların icrası barədə məlumatlar;";

3.5. 14-cü maddə üzrə:

3.5.1. 14.1.2-ci maddədə "partiyada rəhbər orqanlarının" sözləri "partiyanın" sözü ilə əvəz edilsin;

3.5.2. 14.2.3-cü maddəyə "sayı," sözündən sonra "siyasi partiyaların üzvlərinin reyestri," sözləri əlavə edilsin;

3.6. 17-ci maddə üzrə:

3.6.1. mətni 17.1-ci maddə hesab edilsin və  həmin maddədə "orqanı" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə, "orqanına" sözü "orqanının müəyyən etdiyi orqana (quruma)" sözləri ilə əvəz edilsin;

3.6.2. aşağıdakı məzmunda 17.2-ci maddə əlavə edilsin:

"17.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə apellyasiya məhkəməsinin qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə, həmçinin siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.";

3.7. 18-ci maddə üzrə:

3.7.1. 18.1-ci maddənin birinci cümləsinə "payları" sözündən sonra ", siyasi partiyaların üzvlərinin reyestri" sözləri və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Siyasi partiyaların üzvlərinin reyestri barədə məlumatlar sorğu əsasında bu Qanunun 15.9.1-ci, 15.9.2-15.9.4-cü və 15.9.7-ci maddələrində nəzərdə tutulmuş hallarda verilir.";

3.7.2. 18.2-ci maddəyə "payları" sözündən sonra ", siyasi partiyaların üzvlərinin reyestri" sözləri əlavə edilsin.

Maddə 4. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820 (Cild I) 1.0.5-ci maddəsinə "şəxslər," sözündən sonra "siyasi partiyalar," sözləri əlavə edilsin. 


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb  

12:07
17 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb  

11:39
17 Yanvar

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

11:15
17 Yanvar

Rusiya ilə Ukrayna arasında Zaporojye AES-lə bağlı atəşkəs elan edilib

11:00
17 Yanvar

Əmək qanunvericiliyində yeniliklər-SİYAHI  

10:56
17 Yanvar

Venesuelanın müdafiə naziri: ABŞ-ın əməliyyatında 83 nəfər ölüb  

10:08
17 Yanvar

Bilmək istəyirəm

09:25
17 Yanvar

Uşaqlar cəmiyyətin sabahıdır

09:20
17 Yanvar

Rəssamın uğurlu bədii yaradıcılıq yolu

09:15
17 Yanvar

Qloballaşan dünyada milli kimlik konsepsiyası

09:10
17 Yanvar

Təzə ilin ilk günlərindən Lənkəran abadlaşmaqda davam edir

09:05
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!