30 Yanvar 2022 00:50
1438
Mədəniyyət
A- A+
Sınaqlarla dolu ömür

Sınaqlarla dolu ömür

 

1887-ci ildə Şuşada dünyaya göz açan və 1943-cü ildə Rusiyanın şəhərlərindən birində həyatdan köçən Yusif Vəzir Çəmənzəminlini hamı hələ sovet dönəmindən istedadlı yazıçı, mahir qələm ustası kimi tanıyırdı. Çünki geniş ictimaiyyətə çatan onun yalnız kitabları idi. İnsanların bu ziyalının həyat və fəaliyyəti haqqında bildikləri tam deyildi.

Sovet dövrünün sərt ideoloji rejimi bu şəxsiyyətin ömür salnaməsinin müəyyən səhifələri barədə açıqlamalar verməyi qadağan etmişdi. Əslində isə Y.V.Çəmənzəminli həm də görkəmli ədəbiyyatşünas, tarixçi-etnoqraf, təcrübəli hüquqşünas, bacarıqlı müəllim, peşəkar tərcüməçi, ictimai-siyasi xadim, dövlət adamı idi. Yaşadığı dövrün keşməkeşləri onun da həyatından yan keçməmişdi. Çəmənzəminli bir çox görkəmli həmvətənləri və müasirləri kimi Stalin repressiyalarının qurbanı olmuşdu.

Yusif Mirbaba oğlu Vəzirov Şuşa bəylərindən olan bir ailədə doğulmuşdu. Atasının bəyliyi 1873-cü ildə Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmişdi. Vəzirov soyadı isə XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın yüksək savada, biliyə malik nüfuzlu, adlı-sanlı vəzirlərindən olan Mirzə Əliməmmədağanın tutduğu vəzifə titulu ilə bağlı olaraq nəsildən-nəslə keçmişdi.

Belə bir nəslə mənsub olan Yusifə hərtərəfli istedadı da irsən keçmişdi. Atası Məşədi Mirbaba bir çox ölkəni gəzmiş, İranda, Orta Asiyada, Türkiyədə olmuş, fars və türk dillərini mükəmməl öyrənmişdi. Ədəbiyyata böyük maraq göstərmiş, Füzulini, Firdovsini çox sevərmiş,  xanəndələrə muğamatdan dərs deyərmiş. Cavan vaxtlarında yaxşı dolanışığı, var-dövləti olan Məşədi Mirbaba xeyli keçəndən sonra kasıbçılıqla üzləşmişdi. Ağdamda əttar (dərman və ədviyyat satan) dükanı açmış və bu dükan sayəsində ailəsini dolandırmışdı.

Yusif Vəzir əvvəlcə Şuşada “Kor Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyur. Lakin burada təhsilin səviyyəsinin aşağı olduğunu görən atası Yusifi Ağdama gətirir. Ona türk və fars dillərini öyrədir. Lakin ata oğlunun həm də rus dilini bilməsini arzulayırdı. Buna görə Yusif Muradbəylidə oxumaq məcburiyyətində qalır. Bir il rus məktəbində təhsil aldıqdan sonra realnı məktəbə hazırlaşmaq üçün 1896-cı ildə yenidən Şuşaya qayıdır.

O dövrdə Şuşa realnı məktəbi tədris və təchizat baxımından bütün Qafqazın orta məktəbləri sırasında birinci yeri tuturdu. Yusif bu məktəbə daxil olsa da, çox yüksək nəticələr qazana bilmir. Digər tərəfdən Yusif əvvəlcə qardaşını, 19 yaşında olanda isə atasını itirir. 

1905-1907-ci illərdə Şuşada baş verən milli ədavət, erməni daşnaklarının təbliğatı ilə törədilən qırğınlar Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə vadar edir. Onlar Aşqabada köçürlər.

Mübahisələr, keşməkeşli hadisələr, çətinliklər, bəzən hətta şər və böhtanlar gənc yaşlarından Yusifin yaradıcılığını da addım-addım, qarabaqara izləmişdir. 1907-ci ildə o, “Şahqulunun xeyir işi” adlı hekayəsini yazır. Bundan sonra 20 yaşlı müəllif “Molla Nəsrəddin” jurnalında Qarabağın pir və ocaqlarını kəskin tənqid edən “Müridi-möhtəşəm” sərlövhəli məqalə ilə çıxış edir. Bu, böyük bir qalmaqala səbəb olur.

 

O, heç vaxt siyasətçi olmaq istəməyib

 

Yeniyetməlik dövründən taleyi Yusif Vəziri şəhərdən-şəhərə atırdı. Bakıda realnı məktəbdə oxumağa ona Hacı Zeynalabdin Tağıyev kömək edir. O, 1909-cu ildə buranı bitirib Sankt-Peterburqa gedir, sənədlərini Mülki Mühəndislər İnstitutuna verir. Bir aydan sonra fikrini dəyişib Daşkəndə üz tutur. Nəhayət, 1910-cu ildə Kiyevə gəlib Müqəddəs Vladimir adına İmperator Universitetinin Hüquq fakültəsinə qəbul olunur.

Yusif Vəzir heç vaxt siyasətçi olmaq istəməyib. Lakin yollar onu bu axara qovuşdurub. Belə ki, 1915-ci ildə universiteti bitirən Y.V.Çəmənzəminli Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunur. Lakin bu, maaşsız vəzifə olduğu üçün iş axtarmağa yenidən Kiyevə dönür. “Müsavat”ın üzvü olan Çəmənzəminli burada azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəmi Mərkəziyyə firqəsinin - “Müsavat”ın Kiyev şöbəsini yaradır və ora sədr seçilir. Bolşevikləri daim tənqid edən Çəmənzəminli bu dövrdə “Azərbaycanın muxtariyyatı”, “Biz kimik və istədiyimiz nədir?” kitablarını yazır, Krımdakı “Millət” qəzetində “Azərbaycan və azərbaycanlılar” məqaləsini çap etdirir.

1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyətin yaradılması ərəfəsində çox çətinliklə Bakıya gəlir. 1919-cu ildə Türkiyədə Azərbaycan səfirliyi yaradılır və Çəmənzəminli oraya səfir göndərilir. İstanbulda diplomatik fəaliyyəti ilə yanaşı, Yusif Vəzir ədəbi yaradıcılıqla da məşğul olur, kitablarını nəşr etdirir.

Lakin tezliklə Azərbaycanda sovet hakimiyyəti qurulur və o, öz missiyasını bitmiş hesab edərək könüllü surətdə vəzifədən çıxır. Bir faktı da qeyd edək ki, cümhuriyyətin süqutu Çəmənzəminlinin bütün həyatını alt-üst edir.

Azərbaycanda Yusif Vəzir yazıçı, hüquqşünas və müəllim kimi fəaliyyət göstərir. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və pedaqoji fakültələrində, daha sonra isə pedaqoji, tibb və neft institutlarında Azərbaycan və rus dillərini tədris edir. Qeyd edək ki, Yusif Vəzir 10-a yaxın Şərq və Avropa dillərini mükəmməl bilirdi.

Ümumiyyətlə, 1930-1935-ci illər yazıçının yaradıcılığının qızğın dövrü sayılırdı. O,  “Studentlər”, “1917-ci il” və s. romanlarını nəşr etdirir. 1935-ci ildə “Həzrəti-Şəhriyar” adlı komediyasını yazıb bitirir. L.Tolstoyun, Turgenevin, Neverovun, Qoqolun, Lavrenevin, Seyfulinanın, Hüqonun əsərlərini rus dilindən azərbaycancaya tərcümə edir.

Çəmənzəminlinin iki romanı - “Qızlar bulağı” (1934) və “Qan içində” (əsl adı “İki od arasında”, 1936-1937) əsərləri Azərbaycan ədəbiyyatının roman tarixində öz orijinallığı ilə fərqlənir. Ona görə də ədəbiyyatşünaslar, tədqiqatçılar Yusif Vəzir haqqında söz deyəndə, ilk növbədə, ədibin roman janrının təşəkkülü və inkişafındakı xidmətlərini yüksək qiymətləndirirlər.

 

Odlu illər

 

Yüksək səviyyədə oxunan, tarixi romanları ilə tanınan, rəğbətlə qarşılanan Yusif Vəzirə münasibət 30-cu illərin ortalarında qəflətən pisləşir. Onu sıxışdırmağa başlayırlar. O dövrdə Stalin repressiyası, “xalq düşmənləri”nin aşkarlanması prosesi bütün Azərbaycan ərazisində həyata keçirilirdi. Yaradıcılıq təşkilatlarında da eyni ab-hava davam edir, ittifaq üzvləri bir-birinə qarşı qaldırılır, iclas və yığıncaqlarda yaradıcılıq işlərindən çox siyasi mövqe ortaya qoyulurdu.

1937-ci ilin martında Yazıçılar İttifaqının plenumu keçirilir. Burada dörd məsələ müzakirəyə qoyulur: H.Cavidin, M.Müşfiqin, Ə.Cavadın, Y.Vəzirin məsələsi. Üç gün davam edən plenumda Yusif Vəzirin “Studentlər” romanı “kontrrevolyusion” mahiyyətli əsər hesab edilir. Bir müddətdən sonra o, işdən çıxarılır. Eyni zamanda dərs dediyi ali təhsil ocaqlarından uzaqlaşdırılır. Yazıçılar İttifaqının üzvlüyündən azad olunur. Yusif Vəzir 1937-ci ilin aprelində tamamladığı “İki od arasında” romanını işdən çıxarıldığı üçün çap etdirə bilmir.

 

Bir müddət ona dəymirlər

 

1938-ci ildə “Kommunist” qəzetində çıxan bir elan Y.Vəzirin diqqətini cəlb edir. Orada bildirilirdi ki, Özbəkistan SSR-in Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji İnstitutunda rus dilindən dərs deməyə müəllim yeri tutmaq üçün müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-ci ilin avqustunda Urgəncə yola düşür. O, Pedaqoji İnstituta baş müəllim və eyni zamanda təhsil ocağının kitabxanasına müdir təyin olunur.

Bir müddət ona dəymirlər. 1940-cı ildə Çəmənzəminli yenidən yada düşür.

Üstəlik də 1937-1938-ci illərdə Azərbaycanın repressiyaya məruz qalmış bir sıra elm və mədəniyyət xadimlərinin verdikləri ifadələrdə Yusif Vəzirin adı çəkilir. 1940-cı il yanvarın 25-də bu ifadələr əsasında Vəzirov Yusif Mirbaba oğlunun həbs olunması haqqında qərar çıxarılır. Yanvarın 27-də onu Urgəncdə tutub Bakıya gətirirlər. Fevralın 13-də Vəzirovun istintaqına başlanır.

1940-cı il aprelin 16-da ittiham qərarı çıxarılır. İyun ayının 11-də xüsusi müşavirə Vəzirovu antisovet fəaliyyətinə görə 8 il müddətinə islah-əmək düşərgəsində həbs cəzasına məhkum edir.

Görkəmli yazıçının, azadlıq mücahidinin ən böyük nigarançılığı övladlarından və həyat yoldaşı Bilqeyis xanımdan idi. Bir də əsərlərinin, əlyazmalarının itib-batacağından, məhv ediləcəyindən qorxurdu. “Bəraət almış yazıçı” adlı əsərini Özbəkistanda tələbəsi ilə birgə yazmışdı. Həmin əsər Azərbaycana gəlib çatır, sonra isə yoxa çıxır. “İki od arasında” romanını və başqa əlyazmalarını qayınanası Kiçikxanım qoruyub saxlayır.

Y.V.Çəmənzəminli 1943-cü il yanvarın 3-də 55 yaşında Nijni-Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir. Ölümündən 13 il sonra 1956-cı ilin fevralında ona bəraət verilir.

Xalqını ürəkdən sevən, onun üçün çalışan, yazıb-yaradan görkəmli Azərbaycan ziyalıları sırasında Y.V.Çəmənzəminlinin xüsusi yeri var. Çox təəssüflər olsun ki, zəmanəsinin bir çox şəxsiyyəti kimi, o da nəinki layiqli qiymətini almamış, hətta sürgünə göndərilmiş, əslində, məhv edilmişdir.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!