31 Iyul 2024 17:13
125
İDMAN
A- A+

Şimali Koreya və Cənubi Koreyadan olan Olimpiya mükafatçıları selfi çəkdiriblər

 

KXDR, Cənubi Koreya və Çindən olan qarışıq cütlüklər üzrə Olimpiya stolüstü tennis turnirinin medalçıları yarış başa çatdıqdan sonra podiumda birgə selfi çəkdiriblər.
Bir gün əvvəl stolüstü tennis üzrə qarışıq cütlüklərin medalları oynanılıb. Çinli Vanq Çuqin və Sun Yinqşa qızıl, KXDR-dən Ri Çon Sik və Kim Kum Yonq gümüş, Cənubi Koreyadan Lim Çonq-hun və Şin Yu-bin isə bürünc medal qazanıblar.
Mükafatlandırılma mərasimində Şimali və Cənubi Koreyalı idmançılar əl sıxma zamanı bir-birlərinə yüngülcə toxunaraq, Koreya dilində “Təbriklər” deyiblər və Limin BOK-un tərəfdaşı tərəfindən təqdim edilən Samsung Galaxy  telefonu ilə selfi çəkdiriblər.
"The Korea Helard" qəzeti yazır ki, Lim  sonradan KXDR-dən olan rəqiblərinə artıq heç nə demədiyini söyləyib.
 Qeyd edilir ki, ölkələr arasında münasibətlərdə yaranan gərginlik səbəbindən idmançıların mükafatlandırma mərasimində davranışları ilə bağlı bəzi narahatlıqlar olub. 2023-cü ildə KXDR komandası Xançjouda keçirilən Asiya Oyunlarında əl sıxma və birgə fotoşəkillər zamanı Cənubi koreyalılarla eyni tərzdə soyuqqanlı davranıb.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video