26 İyun 2026 15:17
153
CƏMİYYƏT
A- A+
Şeyxülislam Allahşükür Paşazadə: Süni intellekt ibadətdə insanı əvəz edə bilməz  

Şeyxülislam Allahşükür Paşazadə: Süni intellekt ibadətdə insanı əvəz edə bilməz  


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin Mavriki Respublikasına səfəri davam edir.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının “Müştərək Mübarək Tərəqqiyə Doğru Yolların Qurulması” mövzusunda toplantısında şeyxülislam A.Paşazadə çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını dualarını tədbir iştirakçılarına, Mavriki dövlətinə və xalqına yetirən QMİ sərdi Azərbaycan dövlətinin sivilizasiyalar və dinlərarası dialoq və əməkdaşlıq prosesinin, habelə beynəlxalq sülh təşəbbüslərinin fəal iştirakçısı olduğunu və ölkəmizin bu istiqamətlərdə mötəbər beynəlxalq tədbirlərə mütəmadi ev sahibliyi etdiyini vurğulayıb. Dünyanın ən böyük beynəlxalq dinlərarası sülhməramlı qurumunun işində həmprezident olaraq iştirakını Azərbaycana və şəxsinə böyük etimad olaraq dəyərləndirən şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh Naminə” təşkilatında təmsil olunmağının dünyanın əlahiddə ehtiyac duyduğu sülh quruculuğu, sülhün təmin olunması işinə töhfə vermək, təcrübəsini bölüşmək imkanı kimi qiymətləndirib.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, qarşıdurmalar və artmaqda olan insan qırğını ilə səciyyələnən, geosiyasi, iqtisadi maraqlar müstəvisində, habelə etnik, dini, irqi zəmində toqquşmalar, nifrət çağırışları, nüvə təhdidi, silahlanma yarışı, humanitar fəlakətlər və iqlim dəyişiklikləri insan nəslinin mövcudluğunu sual altına almaqda olduğu müasir dövrdə bəşəriyyətin varlığına təhlükə yaradan problemlərin əsas mənbəyinin ilahi düzənin pozulması cəhdləri, fəsadlar törədilməsi, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasıdır. O bildirib ki, biz dünyada sülhün bərpası üçün dualar edirik və dini mərkəz olaraq, dinlərarası dialoq və əməkdaşlıq müstəvisində bütün beynəlxalq platformalarda bu mövqeni fəal müdafiə edirik.

QMİ sədri çıxışında vurğulayıb ki, zəmanəmizdə mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də süni intellekt fenomeninin həyatımıza nüfuz etməsi ilə bağlıdır: “Rəqəmsal texnologiyaların hədsiz inkişafı dövründə bu yeniliklərin həyatımızın bütün sahələrinə sərhədsiz sirayət etməsi yeni imkanlarla yanaşı bir çox fəsadlar yaradır. Bu məsələdə ən mühüm olan mənəvi-etik hədlərin gözlənilməsi, yaranma ehtimalı yüksək olan fəsadların önlənməsi və ən əsası, şəri-dini hökmlərin verilməsi zamanı insan intellektinə üstünlük verilməsidir. İslam elm və maarifi təşviq edən mütərəqqi dindir. Biz, din xadimləri, dindarlar da süni intellektin imkanlarından istifadə etməliyik. Süni intellekt insan hüquqları müstəvisində nəzərdən keçirilərkən mühüm məqam, dini dəyərlərin süni intellektə inteqrasiyası zamanı Allahla bəndəsi arasında olan ibadət azadlığına xələl gəlməməsidir. Biz din xadimləri insanlara bu həqiqəti çatdırmalıyıq ki, süni intellekt ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz. Süni intellektin elm, təhsil, texnika, tibb, xidmət sektoru, istehsal və sair sahələrdə olduqca böyük imkanları var və bəşər övladı bu imkanlardan yararlanmalıdır”.

Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda multikulturalizm və məzhəblərarası anlaşmanın unikal modeli bizim həyat tərzimiz, dövlətimizin siyasəti və bütün dünya üçün uğurlu birgəyaşayış örnəyidir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş Qarabağda quruculuq işləri və əhalinin qayıdış layihələrini həyata keçirir, ekosid və urbisidin nəticələrini aradan qaldırır, bölgəmizdə sülh və tərəqqi yönündə real səy göstərir.

QMİ sədri Mavrikidə beynəlxalq tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

“Dinlər Sülh Uğrunda” (DSU) təşkilatının Baş katibi Frensis Kuria ilə görüş zamanı qurumun rəhbəri şeyxülislam Allahşükür Paşazadənin DSU-nun Ümumdünya Şurasının həmprezidenti qismində tədbirdə iştirak etməsindən məmnunluğunu bildirib. Azərbaycanın zəngin multikulturalizm və tolerantlıq ənənələrinin rəhbəri olduğu qurumun fəaliyyətində faydalı ola biləcəyinə əminliyini ifadə edib.

Şeyxülislam Allahşükür Paşazadə DSU təşkilatının sülhpərvər məram və təşəbbüslərinə hərtərəfli dəstək verməyə hazır olduğunu ifadə edib, DSU-nun gələcək tədbirlərindən birinin Azərbaycanda keçirilməsi təklifini həmsöhbətinin diqqətinə çatdırıb.

İyunun 23-də şeyxülislam Allahşükür Paşazadə Ekumenik Patriarxlığının Xalkedon Mitropoliti Emmanuel Adamakis və Müsəlman Ağsaqqalları Şurasının (MAŞ) Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.

Görüşlərdə QMİ-nin Ekumenik Kilsə və Müsəlman Ağsaqqalları Şurası ilə əlaqələrinin gələcək inkişaf perspektivləri və cari il ərzində müxtəlif ölkələrdə keçiriləcək beynəlxalq dinlərarası tədbirlərdə iştirak məsələləri müzakirə olunub. Şeyxülislamın müvafiq təklifi ilə MAŞ Baş katibi cari ilin sentyabrında Bakıda keçiriləcək Azərbaycanın tanınmış orta əsrlər alim-mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq elmi-praktik konfransın həmtəşkilatçısı qismində MAŞ-ın iştirakına hazır olduğunu ifadə edib.

Beynəlxalq tədbir çərçivəsində QMİ sədri Ümumdünya Kilsələr Şurasının sədri Jerri Pilley ilə görüşüb. Şeyxülislam Allahşükür Paşazadə Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin gündəmdə olmasını xüsusi vurğulayaraq, Qafqaz Müsəlmanları İdarəsinin bu istiqamətdə hər zaman səylərini əsirgəmədiyini diqqətə çatdırıb. Təəssüflə vurğulayıb ki, erməni kilsəsi sülh quruculuğu işinə nəinki dəstək olmur, əksinə, revanşist mövqeyindən geri çəkilmir. Ümumdünya Kilsələr Şurasının yeni, sülhyönümlü reallıqlar müstəvisində bu mövzuya həssas münasibətinin vacibliyinə diqqəti çəkən QMİ sədri, bundan sonra ÜKŞ-nin tədbirlərində və qəbul olunan qərarlarında bu məqamın nəzərə alınacağına ümidvar olduğunu bildirib.

Görüş ikitərəfli əlaqələrin inkişaf perspektivləri baxımından məhsuldar xarakter daşıyıb.

Ümumdünya Kilsələr Şurasının sədri dinlərarası dialoq və əməkdaşlıq sahəsində qabaqcıl rol oynayan, bu işə əməli töhfələr verən Azərbaycan dövlətinin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə dini mərkəz – QMİ-nin dəvəti ilə iştirak etməkdə maraqlı olduğunu ifadə edib.

Şeyxülislam A.Paşazadə beynəlxalq tədbir çərçivəsində ABŞ Dini və Ənənəvi Sülhməramlılar Şəbəkəsinin direktoru Məhəmməd əl-Baqir əl-Sanusi, Avropa Ravvinləri Konqresi icraçı komitəsinin üzvü, Saloniki ravvini İzhak Dayan, Dinlər Sülh uğrunda təşkilatının sabiq baş katibi Vilyam Vendli və digər tanınmış forum iştirakçıları ilə ikitərəfli görüşlər keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Seneqal İraqı darmadağın edib

02:21
27 İyun

Futbol üzrə dünya çempionatı: Fransa Norveçi məğlub edib

01:44
27 İyun

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub

22:53
26 İyun

Zelenski: Ukrayna Rusiyaya müharibənin sona çatması ilə bağlı təkliflər verib

22:17
26 İyun

Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir  

21:57
26 İyun

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

21:46
26 İyun

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

21:30
26 İyun

Tramp: İranın dron hücumu atəşkəs sazişinin pozulmasıdır

20:41
26 İyun

Peskov Rusiyanın ABŞ-nin gələcək vasitəçilik səylərinə açıq olduğunu bildirib  

19:37
26 İyun

Bakı AQEM Gənclər Şurasının 9-cu iclasına ev sahibliyi edib

19:17
26 İyun

Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

18:26
26 İyun

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir  

17:47
26 İyun

MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

17:33
26 İyun

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

16:57
26 İyun

Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub

16:53
26 İyun

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib

16:34
26 İyun

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib  

16:08
26 İyun

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Silahlı Qüvvələr Günü Bərdədə hərbçilərin yürüşü ilə qeyd edilib

15:47
26 İyun

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub

15:41
26 İyun

Türkiyə hökuməti və iqtidar partiyası Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

15:28
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!