26 Dekabr 2025 15:44
154
CƏMİYYƏT
A- A+
Seyidbəyli kəndinə növbəti köç: Daha 11 ailə doğma yurduna qovuşdu  

Seyidbəyli kəndinə növbəti köç: Daha 11 ailə doğma yurduna qovuşdu  


Dekabrın 26-da Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç prosesi baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu mərhələdə kəndə 48 nəfərdən ibarət 11 ailə köçürülüb. Köç edən ailələr bu gün yeni mənzillərinə yerləşiblər.

Mənzillərin açarlarının təqdimatı mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Xasay Cahangirov sakinlərə Seyidbəyli kəndində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, kənddə müasir tələblərə cavab verən fərdi yaşayış evləri bərpa olunub, qaz, elektrik və su xətləri tam yenilənib, eyni zamanda digər sosial infrastruktur obyektləri yenidən qurulub.

Qeyd edək ki, Xocalı rayonunun Seyidbəyli kəndi 1992-ci ildən 2020-ci ilədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19–20 sentyabr 2023-cü il tarixində keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Seyidbəyli kəndi işğaldan azad edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici işlər naziri: Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur  

17:55
26 Dekabr

Ruben Vardanyanın məhkəməsi dekabrın 30-da davam etdiriləcək  

17:53
26 Dekabr

Azərbaycanın xarici işlər naziri: David Babayana Qərb ölkələrinə 10 illik viza verilməsi ikili standartların bariz nümunəsidir

16:23
26 Dekabr

Nazir: Beynəlxalq qurumlar Azərbaycanla təzyiq dili ilə danışmağın mümkün olmadığını dərk edirlər  

16:09
26 Dekabr

Milli Paralimpiya Komitəsinin 2026-cı il üçün hədəfləri açıqlanıb

16:06
26 Dekabr

Ceyhun Bayramov: Hazırda TDT çərçivəsində 35-ə yaxın əməkdaşlıq sahəsi mövcuddur  

16:01
26 Dekabr

Azərbaycan XİN: Bu gün Cənubi Qafqazda tamamilə yeni geosiyasi və iqtisadi mühit formalaşıb  

15:53
26 Dekabr

Azərbaycanın xarici işlər naziri: Ukraynaya dəyəri 71 milyon manatdan və 44 milyon dollardan artıq humanitar yardım göndərilib  

15:52
26 Dekabr

Avropa Siyasi Birliyinin 12-ci zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək  

15:51
26 Dekabr

Ceyhun Bayramov: Azərbaycan xarici siyasət kursu nəticəsində beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib  

15:50
26 Dekabr

Vəkil Günü peşə bayramına həsr olunmuş ağacəkmə aksiyası keçirilib  

15:48
26 Dekabr

Seyidbəyli kəndinə növbəti köç: Daha 11 ailə doğma yurduna qovuşdu  

15:44
26 Dekabr

İsveç-Azərbaycan Federasiyasının sədri Sevda Dadaşovadan  

15:12
26 Dekabr

AZAL: Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələb olunacaq  

15:09
26 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir  

15:05
26 Dekabr

Almaniyada fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri Yaşar Niftəliyevdən

14:51
26 Dekabr

Rusiyanın Stavropol vilayətində fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi “Odlar Yurdu” diaspor təşkilatının rəhbəri Fəxrəddin Yarıyevdən  

14:43
26 Dekabr

Ağdamın Xıdırlı kəndinə növbəti köç: Daha 64 ailə doğma yurduna qayıdıb  

14:36
26 Dekabr

Qazaxıstanda fəaliyyət göstərən “Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucovdan

14:26
26 Dekabr

Leyla Əliyevanın təşəbbüsü ilə Gəncədə uşaq evində Yeni il tədbiri keçirilib  

14:06
26 Dekabr

Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib YENİLƏNİB  

14:01
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!