26 Dekabr 2025 14:01
2294
Tədbirlər
A- A+
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib YENİLƏNİB  

Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib YENİLƏNİB  

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.


Prezident İlham Əliyevin

çıxışı


-Əziz idmançılar. Əziz dostlar.

Ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.

Əlbəttə ki, bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır.

Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.

Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.

Təbii ki, bundan sonrakı illərdə bu siyasət davam etdiriləcək. İdmanla məşğul olan bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.

Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir. Bu da dünya miqyasında ən populyar idman yarışıdır və adətən bu yarışların əksər mərhələləri Amerikada keçirilir, yaxud da ki, ən inkişaf etmiş ölkələrdə. Bakını da bu siyahıya salmağımız, ilk növbədə, ölkəmizin potensialını göstərir. Eyni zamanda, onu göstərir ki, biz artıq bu sahədə də öz fəaliyyətimizi göstəririk. Yenə də turnirin təşkilatçıları ilə görüşüm zamanı onlar da qeyd edirdilər ki, Bakının bu cür inkişaf etmiş şəhər olmasını, bu dərəcədə gözəl şəhər olmasını heç təsəvvür edə bilmirdilər, heç gözləmirdilər. Yəni minlərlə iştirakçının, xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən işıqlandırılan belə bir yarış ölkəmizin təqdimatının bir növüdür.

Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. Sonra təbii ki, aşağı düşdü. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir.

Onu da deməliyəm ki, son vaxtlar bir neçə aparıcı ölkənin şəhəri Formula 1 yarışını keçirmək üçün təşkilatçılara müraciət etmişdir və xüsusilə şəhər yarışlarını daha çox xahiş etmişdir. Çünki Bakının timsalında hər kəs görür ki, şəhər yarışı böyük dərəcədə fərqlənir. Bir sözlə, bu kimi idman tədbirləri ölkəmizin imicini böyük dərəcədə ucaldır.

Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir. Xüsusilə mən ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur və Azərbaycanın burada da olması, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il biz yeni traslar, yeni xizək zolaqları istifadəyə veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Amma hazırda bu, bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, - indi özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir,- bütövlükdə o bölgədə minlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb. Təkcə Şahdağ Xizək Mərkəzi bundan faydalanmır, bütün ətraf kəndlər, şəhərlər, orada işləyən, yaşayan insanların bir çoxu turizmin bu sektoruna da cəlb edilib.

Yəni bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıbdır. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir.

Əlbəttə ki, bu il daha bir önəmli hadisə baş vermişdir. Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Mən əminəm ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq.

Əlbəttə, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da qeyd etdiyim kimi, bir ənənəyə çevrilib. Bu, çox gözəl ənənədir, artıq 30 ilə yaxındır ki, davam edir və hər şey ədalətli olmalıdır. Azərbaycanın idman şöhrətini ucaldan insanlar əlbəttə ki, dövlət tərəfindən qiymətləndirilməlidir və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir.

Mən sizi qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, qələbələr arzulayıram. Sağ olun.


x x x


Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi oldu.

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Mövlud Mirəliyevə, Ələkbər İmaməliyevə, Zöhrab Gözəlbəyliyə və İlahə Qədimovaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının vəsiqələrini təqdim etdi.

Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Elmira Aslanova, Vəfa Musayeva, Nurəddin Rəcəbov, Eduard Məmmədov, Azər Məhərrəmov, Yaqub Abdullayev, Cahangir Ağarəhimov, Fikrət Hüseynov, Cahangir Bayramov və Coşqun Əliyev “Tərəqqi” medalları ilə təltif olundular.

Dövlətimizin başçısı 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə - Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə yeni mənzillərin orderlərini təqdim etdi.

Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tərlan Həsənova, Asim Xudiyevə və Qərib Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev idmançılarla söhbət etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman: “Amnesty International”ın Ruben Vardanyan barədə bəyanatı yanlış, qeyri-obyektiv və qərəzlidir  

15:16
19 Fevral

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA

13:51
19 Fevral

NATO-nun mobil təlim qrupunun heyəti ilə görüş keçirilib  

13:39
19 Fevral

Bu gecə bəzi yerlərdə yağış və qar yağacaq, yağıntılar sabah səhər tədricən kəsiləcək 

13:23
19 Fevral

Data mərkəzlərinin ölkələr üzrə coğrafiyası – İnfoqrafika  

13:11
19 Fevral

Vaşinqtonda Özbəkistan ilə ABŞ arasında sənədlər paketi imzalanıb  

12:37
19 Fevral

Əlcəzairli müəllim: Mübarizəmiz insan ləyaqəti və ədalət uğrunda aparılır

12:16
19 Fevral

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir  

12:11
19 Fevral

ABŞ-nin dövlət qurumlarında süni intellektin tətbiqi üçün min proqramçı işə götürüləcək  

11:54
19 Fevral

Media: Ukraynada demilitarizasiya zonasının yaradılması ilə bağlı müzakirələr gedir  

11:43
19 Fevral

Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib  

11:31
19 Fevral

Ötən ay dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxil olan vəsait 27 faiz artıb  

11:23
19 Fevral

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib  

11:13
19 Fevral

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib  

11:06
19 Fevral

Çin dünyanın ən mürəkkəb dəmir yolu layihəsini 2030-cu ilədək başa çatdıracaq  

11:03
19 Fevral

İsrail təhlükəsizlik xidmətləri üçün ən yüksək hərbi hazırlıq elan edib  

10:54
19 Fevral

Neftin bahalaşma dövrü başlayıb

10:51
19 Fevral

"Azərsilah"ın Şirvan şəhərində yerləşən zavodunda qəza olub  

10:46
19 Fevral

bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib  

10:38
19 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb 

10:36
19 Fevral

DİN vətəndaşları azyaşlıların sağlamlığına və təhlükəsizliyinə biganə qalmamağa çağırır 

10:28
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!