09 Fevral 2025 11:23
385
DÜNYA
A- A+
Serbiya prezidentinin avtomobili qəza şəraiti ilə üzləşib

Serbiya prezidentinin avtomobili qəza şəraiti ilə üzləşib


Serbiya Prezidenti Aleksandar Vuçiç xidməti avtomobili ilə hərəkətdə olarkən qəza şəraiti ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç fevralın 8-də ölkənin şimalındakı Mokrin kəndinə gedən yolda avtomobilin təkərinin bir hissəsinin qopması ilə nəticələnən insident baş verib. Avtomobil hərəkətdə olarkən təkəri partlayaraq yarasız vəziyyətə düşüb və qoparaq diskdən ayrılıb. Hadisə zamanı xəsarət alan olmayıb, Aleksandar Vuçiç başqa maşına keçib və səfərini davam etdirib.

Serbiya Prezidenti bunun böyüdüləcək məsələ olmadığını deyib: “Melenci kəndini ziyarət etdikdən sonra Kikindadakı böyük mitinqdən əvvəl öz avtomobilimlə Mokrin kəndinə gedirdim. Bunu sizə bir neçə cümlə ilə izah edəcəyəm. Avtomobilin təkəri partladı, yoxsa bütün təbəqələri ilə yarasız vəziyyətə düşdü? Bunu səlahiyyətli orqanlar müəyyənləşdirəcək”.

Serbiya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Hadisənin videosu mediada və sosial şəbəkələrdə paylaşılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!