09 Oktyabr 2024 17:53
226
SİYASƏT
A- A+
Səməd Seyidov: ABŞ-ın Azərbaycana münasibəti ikili standartlarla dolu və qeyri-səmimidir

Səməd Seyidov: ABŞ-ın Azərbaycana münasibəti ikili standartlarla dolu və qeyri-səmimidir

ABŞ faktiki öz qərarlarına hörmətsizlik göstərərək, onlardan sui-istifadə edərək Azərbaycana qarşı təzyiqə başladı. Dünyanın supergüc dövləti beynəlxalq səviyyədə qəbulolunmaz addım atır.

Bu sözləri amerikalı konqresmenlərin Dövlət katibi Antoni Blinkenə müraciətinə cavab olaraq bir qrup azərbaycanlı deputatın xarici işlər naziri Ceyhun Bayramova ünvanlandığı müraciəti AZƏRTAC-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. ABŞ-ın münasibətinin tamamilə ikili standartlarla dolu və qeyri-səmimi olduğunu qeyd edən deputat bildirib ki, tarixən ölkəmizə tətbiq edilən sanksiyalar məntiqsiz və ədalətsiz olub. Halbuki Azərbaycan hər zaman beynəlxalq öhdəliklərini ən yüksək səviyyədə yerinə yetirib.

“Biz Amerika Birləşmiş Ştatlarının maraqlarını ən yüksək səviyyədə ödəmişik. Ancaq təəssüflər olsun ki, onların münasibəti tamamilə ikili standartlarla dolu və qeyri-səmimidir. Bu gün Azərbaycanın xarici siyasəti özünü başqa bir səviyyədə göstərməkdədir. Biz onu da başa düşməliyik ki, bu, Azərbaycana qarşı ilk ədalətsiz qərar deyil, tarixən belə qərarlar hər zaman olub. Nə qədər də faciəvi, dəhşətli görünsə də, faktiki olaraq belə idi. Bizə qarşı Xocalını törədirdilər, 1 milyondan çox qaçqın və məcburi köçkün bizdə idi, Qarabağ və ətraf yeddi rayonumuz işğal altında idi, ancaq sanksiyaları bizə tətbiq edirdilər”, - deyən S.Seyidov Bakıda keçiriləcək COP29 kimi mötəbər tədbir ərəfəsində Azərbaycana qarşı atılan bu addımı səciyyələndirən önəmli xüsusiyyətin olduğunu söyləyib. Deyib ki, belə görünür, Amerika bu yüksək səviyyəli tədbirdən sui-istifadə edərək Azərbaycana qarşı yenidən təzyiq göstərmək üçün fürsət qazanıb. Belə olan halda Azərbaycan özünü sığortalamalıdır.

“Bir müddət əvvəl ABŞ COP29-la bağlı müsbət rəyini bildirmiş, bu tədbirin Azərbaycanda uğurla keçirilməsi ilə bağlı əlindən gələcəyini əsirgəməyəcəyini bəyan etmişdi. Biz ABŞ-a bu nöqteyi-nəzərdən inanırdıq. Söhbət dünyanı ən çox narahat edən məsələlərin Azərbaycanda müzakirəsindən gedir. ABŞ-ın belə bir məsələyə müsbət rəy verməsi müsbət qarşılanmışdı. Azərbaycan olaraq ciddi düşünməliyik, nəticə çıxarmalıyıq ki, ABŞ kimi böyük dövlət hansısa müsbət fikir söyləyirsə və sonra bu fikrin arxasında dayana bilmirsə, yaxud dayanmaq istəmirsə, ən faciəvisi verilmiş bu qərarı alətə çevirib ölkəyə təzyiq edirsə, biz milli maraqlarımızı qorumaq, onları yüksək səviyyədə müdafiə etmək, ABŞ-dan bu əlaqələrə yenidən baxılmasını xahiş etmişik”.

Biz milli maraqlarımızı qorumaq üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə əlaqələrimizə də yenidən baxmalıyıq”.

S.Seyidov hesab edir ki, beynəlxalq səviyyədə qəbulolunmaz davranış sərgiləyən ABŞ-da başa düşməlidirlər ki, bu siyasət onların regionda mövcudluğunun üstündən xətt çəkir və bu davranışdan hər bir ölkə nəticə çıxarmalıdır.

“Sabah bu istiqamətdə hətta Azərbaycana xoş gəlsin deyə qərar verilsə belə düşünməliyik ki, birigün bu qərar geri götürülə bilər, bu qərardan imtina oluna bilər. Axı beynəlxalq əlaqələr sistemində ən əsas məsələ inamdır. Azərbaycan Prezidenti dünyada xüsusi çəkiyə və nüfuza malikdir, dediyi hər sözün arxasında dayanır. Onun sözü imzası qədər güclüdür. İmzası çəkildisə, hamı bilməlidir ki, bu, reallaşacaq. Azərbaycan artıq etibarlı tərəfdaş kimi özünü sübut edib. Əslində, biz bu nümunəni dünyanın supergüc dövlətlərindən görməliyik. Ancaq biz dünyanı idarə edən dövlətlərdən başqa davranış görürük. Görürük ki, söz verir, etmir, imza çəkir, geri götürür. Guya dostluq edir, dostluğun içərisində xəyanət edir”, - deyə komitə sədri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qaribaşvili: Avropa Parlamentinin Gürcüstanla bağlı qətnaməsi daxili işlərimizə “həyasız müdaxilədir”

19:45
09 Oktyabr

Ekspert: Erməni xalqının rifahı yalnız Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır

19:25
09 Oktyabr

Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi: COP29-a aparan yollar

19:24
09 Oktyabr

Müdafiə xərcləri 70 milyard dollaradək artırıldı - Bloomberg

19:03
09 Oktyabr

Tramp məğlub olsa, həbs olunacam - Maskdan açıqlama

18:59
09 Oktyabr

Rusiyada “Discord” qadağan edildi

18:47
09 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib YENİLƏNİB

18:03
09 Oktyabr

Səməd Seyidov: ABŞ-ın Azərbaycana münasibəti ikili standartlarla dolu və qeyri-səmimidir

17:53
09 Oktyabr

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

17:41
09 Oktyabr

Yeni məhkəmə hakimləri and içiblər

17:33
09 Oktyabr

Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib

17:23
09 Oktyabr

Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək

17:09
09 Oktyabr

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib YENİLƏNİB

17:01
09 Oktyabr

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır

17:00
09 Oktyabr

Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçiləri Azərbaycana dəvət olunub  

16:59
09 Oktyabr

 Papa Zelenskini qəbul edəcək

16:53
09 Oktyabr

Fransanı şiddətli fəlakət gözləyir

16:52
09 Oktyabr

Türk Hava Yollarının pilotu uçuz zamanı öldü

16:50
09 Oktyabr

Viktor Orban: Avropa Komissiyası siyasi alət rolunu oynayır

16:30
09 Oktyabr

Məşhur oyunçu futboldan ömürlük uzaqlaşdırıla bilər - İDDİA

16:24
09 Oktyabr

Somalidə "Əş-Şəbab"ın 59 silahlısı zərərsizləşdirilib

16:23
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!