09 Oktyabr 2024 08:55
495
SİYASƏT
A- A+
Erməni xalqı müharibə canilərini dəstəkləmir

Erməni xalqı müharibə canilərini dəstəkləmir


Uğursuz keşiş Paşinyanı məhkəməyə verdi


Keçmiş hərbi xunta sülh müqaviləsinin imzalanması prosesinin baş tutmaması üçün məkrli niyyətlərini gizlətmədən aşkarda nümayiş etdirir. Xaricdəki siyasi dairələrin ssenarisi əsasında Kanada vətəndaşı olan Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi altında revanşist qüvvələrin Ermənistanda keçirdikləri etiraz aksiyaları dünən də davam edib.

Əsas niyyət "Müqəddəs Hərəkat" adı altında təşkil edilən etirazlar nəticəsində hakimiyyətə qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla ölkədə xaotik durumun yaradılmasına nail olmaqdır. Bundan sonra güc yolu ilə olsa belə hakimiyyəti qəsb etməkdir. Ancaq geridə qalan müddət ərzində bəlli oldu ki, ermənilər revanşistlərin oyunlarına inanmır. Çünki son 30 ildə ölkə elə bir uçuruma yuvarlanıb ki, xilası mümkün deyil. Əgər ermənilər regionda işıqlı gələcək arzulayırsa, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.

Bu arada yerli medianın yazdığına görə, Baqrat Qalstanyan baş nazir Nikol Paşinyana qarşı iddia qaldırıb. Bildirilib ki, Qalstanyan iyulun 15-də Müqəddəs Anna kilsəsinin həyətində tərəfdarları ilə görüşündə Paşinyana qarşı iddia qaldırmağın əsaslarını qeyd edib. "Mən şəxsən bu şərlə (Paşinyanı deyir - red.) bağlı məhkəmə prosesinə başlayacağam. Məlum olur ki, bu qalstuklu dəllal parlamentdə mənə böhtan atır. Guya mən iyunun 12-də xüsusi olaraq təhlükəsizlik qüvvələrini dəbilqələrini çıxarmağa çağırmışam, sonra isə hərəkat iştirakçılarına onları daşa basmağı əmr etmişəm. Bu böhtan və yalandır. Bu hiyləgər və qorxaq parlamentin tribunasından belə bir açıqlama verib. Biz indi Ermənistanda məhkəmə sisteminin işləyib-işləmədiyini yoxlayacağıq", - deyə Qalstanyan bildirib. 

Erməni siyasi ekspert Akop Badalyan deyib ki, yepiskop Baqratın və ya hazırda ona rəhbərlik edən siyasi qrupun əsas məqsədinin nə olduğunu qiymətləndirmək çətin deyil. Məqsəd təbii ki, hakimiyyət dəyişikliyidir, bu, başa düşüləndir. Bununla belə, hansı vaxt və resurs imkanlarının nəzərə alınması çox nisbidir: "Mənim qiymətləndirməmə görə, yepiskop Baqrat çox yaxşı başa düşür ki, hazırda Ermənistanda birbaşa ictimai resursların cəlb edilməsi ilə hakimiyyət dəyişikliyinə nail olmaq mümkün deyil. Geniş mənada hesab edirəm ki, hazırda Ermənistanda hakimiyyət dəyişikliyi üçün qurulmuş konyunktura yoxdur".

Diqqətçəkən məqamlardan biri də Qarabağdan Ermənistana köçən ermənilərin fəallaşmalarıdır. Onlar hesab edirlər ki, Ermənistan nə vaxtsa əvvəlki mövqeyinə  qayıda biləcək. Qondarma rejimin İrəvana sığınan üzvləri Ermənistanda son vaxtlar bir qədər fəallaşıb.  

Keçmiş qondarma rejimin funksionerlərindən Vahram Balayan Ermənistan hakimiyyətindən vəziyyətə nəzarəti ələ almağı istəyib. O qeyd edib ki, Ermənistan hazırda çətin durumdadır və gec-tez Azərbaycanın şərtləri ilə razılaşmalı olacaq. 

Erməni şair Husik Aran isə deyib ki, ümidləri son hərəkatadır. Əlavə edib ki, hərəkat mitinq şəklində daha da aktivləşib, insanlar yenidən toplaşır, ən azından ümid var ki, bu, son deyil: "Çünki bu gün, əslində, xalqımız üçün fəlakətli vəziyyətdir, indiki kimi heç vaxt bu qədər ümidsiz olmamışıq".

Həftələrdir revanşistlər kilsənin imkanlarından istifadə etməyə çalışırlar. Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən daxili siyasi böhrana qədəm qoyur.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qaribaşvili: Avropa Parlamentinin Gürcüstanla bağlı qətnaməsi daxili işlərimizə “həyasız müdaxilədir”

19:45
09 Oktyabr

Ekspert: Erməni xalqının rifahı yalnız Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır

19:25
09 Oktyabr

Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi: COP29-a aparan yollar

19:24
09 Oktyabr

Müdafiə xərcləri 70 milyard dollaradək artırıldı - Bloomberg

19:03
09 Oktyabr

Tramp məğlub olsa, həbs olunacam - Maskdan açıqlama

18:59
09 Oktyabr

Rusiyada “Discord” qadağan edildi

18:47
09 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib YENİLƏNİB

18:03
09 Oktyabr

Səməd Seyidov: ABŞ-ın Azərbaycana münasibəti ikili standartlarla dolu və qeyri-səmimidir

17:53
09 Oktyabr

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

17:41
09 Oktyabr

Yeni məhkəmə hakimləri and içiblər

17:33
09 Oktyabr

Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib

17:23
09 Oktyabr

Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək

17:09
09 Oktyabr

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib YENİLƏNİB

17:01
09 Oktyabr

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır

17:00
09 Oktyabr

Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçiləri Azərbaycana dəvət olunub  

16:59
09 Oktyabr

 Papa Zelenskini qəbul edəcək

16:53
09 Oktyabr

Fransanı şiddətli fəlakət gözləyir

16:52
09 Oktyabr

Türk Hava Yollarının pilotu uçuz zamanı öldü

16:50
09 Oktyabr

Viktor Orban: Avropa Komissiyası siyasi alət rolunu oynayır

16:30
09 Oktyabr

Məşhur oyunçu futboldan ömürlük uzaqlaşdırıla bilər - İDDİA

16:24
09 Oktyabr

Somalidə "Əş-Şəbab"ın 59 silahlısı zərərsizləşdirilib

16:23
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!