28 Iyun 2024 08:50
132
İQTİSADİYYAT
A- A+

Sel sularının yol infrastrukturuna vurduğu ziyan aradan qaldırılır

 

İki gün əvvəl ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti cənub bölgəsinin avtomobil yollarında fəsadlara səbəb olub.
İntensiv yağıntılar nəticəsində cənub bölgəsində, o cümlədən Lənkəran-Lerik, Masallı-Yardımlı, Cəlilabad-Yardımlı, Vəlixanlı-Alçabulaq, Gölyeri-Ləzir, Porsova, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz, Horavar-Əngövül-Vərov-Keçələkəran avtomobil yollarında sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək, yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşmüş, suötürücü borular sıradan çıxmışdır. Bununla da yol infrastrukturuna və yol qurğularına ziyan dəymişdir. 
Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnika və canlı qüvvələri səfərbər edilmişdir. Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl  təmizlənmiş, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunmuşdur. 

S.CAVADOV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video