16 Sentyabr 2025 12:18
11118
Səhiyyə
A- A+
Səhiyyə Nazirliyinin mütəxəssisi uşaqlarda immuniteti gücləndirən qidaları açıqlayıb  

Səhiyyə Nazirliyinin mütəxəssisi uşaqlarda immuniteti gücləndirən qidaları açıqlayıb  


İmmunitet sistemi körpəlik dövründə anadan körpəyə keçən anticisimlər vasitəsilə inkişaf edir və körpənin infeksiyalardan qorunmasına kömək edir. Üçüncü aydan etibarən səviyyəsi azalan bu antikorların yerinə körpənin antikor yaratması və bədənin immunitet qabiliyyətini qazanması lazımdır. Bəzi körpələrin öz antikorlarını yaratmağa başlaması daha uzun müddət tələb edir və ya anticisim səviyyələri daha aşağı olur. Bu vəziyyət adətən müvəqqəti olsa da, uşaqda tez-tez inkişaf edən infeksiyalar, ailədə immun xəstəlik tarixi, uzunmüddətli sətəlcəm, davamlı halsızlıq, bədən temperaturunun tez-tez 38 dərəcə üzərində izlənməsi, stres və narahatlıq halları, ağızda və ya dərinin digər bölgəsində inkişaf edən göbələk infeksiyaları kimi əlamətlər görünərsə, mütəxəssis həkim müayinəsindən keçilməsi və immun sistem xəstəliyi ehtimalının araşdırılması lazım ola bilər.

AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri pediatr Gülnaz Ağayeva deyib.

Pediatr qeyd edib ki, immuniteti zəif olan uşaq xəstəliyi ağır keçirə bilər. Qorunmaq üçün isə gigiyenik qaydalara mütləq şəkildə riayət edilməlidir. Həmçinin düzgün qidalanma olduqca mühüm şərtdir: “Bəzən bir çox hallarda uşaqlar zərərli qidalara meyil göstərirlər ki, bu da onların mədə-bağırsaq sisteminə mənfi təsir göstərir. Qəbul edilən qidaların tərkibindəki vitamin, mineral, şəkər, su, lazım olan maddələr, eyni zamanda, dərmanlar bağırsaqda sorulur. Hansısa bir uşağın bağırsaq və həzmsizlik problemləri varsa, həmin uşaqda immunitet zəifliyi və çəki azlığı olur. İmmunitet zəifliyi olanda uşaq hər bir xəstəliyi ağır keçirə bilər”.

Gülnaz Ağayeva bildirib ki, uşaqların immun sisteminin güclənməsi üçün valideynlər onların bol vitamin və minerallarla zəngin qidalar qəbul etməsini diqqətdə saxlamalıdırlar: “Uşaqların gündəlik qidalanmasında səhər yeməyinin önəmi çox vacibdir. Səhər yeməyində daha çox yumurta, süd məhsullarından pendir, yağ və bu kimi qidalara üstünlük verilməli, mütləq şəkildə mövsümi meyvə, tərəvəzlərdən istifadə edilməlidir. Eyni zamanda, uşaqların qida menyusunda ətdən, balıq və toyuqdan istifadəsi tövsiyə olunur. Hər birindən həftənin iki günündə istifadə edə bilərlər və bir qida qəbulunda yaxşı olar ki, 2 fərqli heyvan ətindən istifadə etməsinlər. Belə olan halda həzm prosesi zəifləyir, qəbul olunan qidalar doğru şəkildə həzm edilmir. Eyni zamanda, balıq, dəniz məhsulları Omeqa-3, yağ turşuları, D vitamini ilə zəngindir. Bu da uşaqların inkişafında çox böyük rol oynayır. Bundan başqa, uşaqları çox tünlük, havalandırmanın zəif olduğu qapalı məkanlara aparmaq məsləhət görülmür. Bu cür sadə və vacib qaydalara əməl etməklə uşaqları xəstəlikdən qorumaq mümkündür”.

Pediatrın sözlərinə görə, gündəlik rasionda mütləq istifadə edilən rəngli meyvə və tərəvəzlər, zülal baxımından isə zəngin qidalar, süd və süd məhsulları immunitetin güclənməsi üçün vacibdir: “Tam taxıllar (yulaf, qarabaşaq, qara çörək) uşağın enerji balansını saxlayır. Qoz, badam, fındıq, ərik qurusu, kişmiş kimi quru meyvə və çərəzlər həm enerji verir, həm də dəmir, maqnezium, sink kimi minerallarla zəngindir. Uşağın gündəlik maye qəbulu vacibdir, su içməyi vərdiş halına gətirmək lazımdır. Şəkərli içkilər, qazlı sular, çoxlu şokolad və paketlənmiş fast-food məhsulları immun sistemini zəiflətdiyi üçün uzaq tutulmalıdır”.

Gülnaz Ağayeva diqqətə çatdırıb ki, uşaqlara qida mütləq müəyyən rejimlə, kiçik porsiyalarla və gündə 4-5 dəfə verilməlidir. “Axşam yeməkləri yüngül, amma vitamin-mineral baxımından balanslı olmalıdır. Qidalanma ilə yanaşı, normal yuxu rejimi, təmiz havada gəzmək, fiziki aktivlik də immun sistemini gücləndirən əsas amillərdəndir”, - deyə pediatr vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

11:17
10 May

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

11:02
10 May

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

11:02
10 May

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir  

10:19
10 May

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

Heydər Əliyevin ideyaları ilə formalaşan gənclik

08:40
10 May

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

08:35
10 May

Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

08:30
10 May

Heydər Əliyev düşüncəsində milli ideologiya konsepti

08:25
10 May

Milli dəyərlər, ictimai mühit və dövlətçilik ideologiyası

08:20
10 May

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

08:15
10 May

Azərbaycanın quruculuq salnaməsinin müəllifi

08:10
10 May

Müasir dövlətçilik tariximizin müəllifi

08:05
10 May

Zamanın fövqündə duran dahi

08:00
10 May

Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib

01:15
10 May

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib  

01:02
10 May

“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub

00:48
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!