25 Sentyabr 2026 21:17
845
CƏMİYYƏT
A- A+
Şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri, veteranlar və Vətən müharibəsi iştirakçıları ilə görüş olub

Şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri, veteranlar və Vətən müharibəsi iştirakçıları ilə görüş olub


Sentyabrın 25-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 27 Sentyabr - Anım günü, 1 oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, həmçinin Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin bərpasında və müasir Azərbaycanın qurulmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Baş prokuror çıxış edərək bildirib ki, müasir, müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasının əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsi olaraq Azərbaycanın müdafiə qüdrəti daha da möhkəmləndirilib, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm tarixi vəzifələr həyata keçirilib.

Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalına son qoyulub. Azərbaycan Ordusunun əldə etdiyi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin edib. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu tarixi hadisələr şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi və dövlətimizin gücü sayəsində mümkün olub.

Baş prokuror diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və həmin ərazilərdə zəruri infrastrukturun yaradılması qarşıda duran əsas vəzifələrdəndir.

Görüşdə Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşlarının döyüşlərdə göstərdikləri şücaət və xidmətlər xüsusi qeyd olunub. Həmçinin Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının dövlətçiliyimizin və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi naminə göstərdikləri fədakarlığın heç vaxt unudulmayacağı bildirilib.

Tədbirdə çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov, prokurorluğun veteranı Seyfulla Aslanov, Vətən müharibəsinin iştirakçıları – Bakı Hərbi Prokurorluğunun müstəntiqi Ayxan Əhmədov və Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə, habelə Vətən müharibəsi zamanı xidməti vəzifələrinin icrası ilə əlaqədar xəsarət almış Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Ozal Həsənov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına göstərdikləri diqqət və dəstəkdən, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, göstərilən dövlət qayğısından məmnunluqlarını ifadə ediblər.

Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların müraciət və qayğılarının diqqətdə saxlanılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib, prokurorluq orqanlarının şəhid ailələrinə, müharibə iştirakçılarına və prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb  

21:34
17 Oktyabr

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib  

21:13
17 Oktyabr

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

19:58
17 Oktyabr

Hörmüz boğazında daha bir tanker minaya düşüb  

18:13
17 Oktyabr

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!