02 Oktyabr 2024 16:33
505
CƏMİYYƏT
A- A+
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunsuz tələblə üzləşən vətəndaşlara müraciət edib  

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunsuz tələblə üzləşən vətəndaşlara müraciət edib  

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötən ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ-hüquqi və maddi-texniki bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər ardıcıllıqla davam etdirilir.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, bu ilin 9 ayı ərzində isə 181 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22, bu ilin müvafiq dövründə isə 36 fakt üzrə 70 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident İlham Əliyevin 6 sentyabr 2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barələrində 4 yararsızlıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi bu il iyulun 1-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Həmin prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və optimallaşdırılması, bu sahədə normativ bazanın təkmilləşdirilməsi, habelə cavabdehlik hissinin artırılması və nəzarətin gücləndirilməsi korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verir.

Xidmətin strukturunda korrupsiya, hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Barnye hökumətinə etimadsızlıq

23:53
04 Oktyabr

Lukaşenko helikopterinə hücuma görə müharibə ilə hədələyib

23:52
04 Oktyabr

Həndbolçularımız Avropa Kuboku oyunlarına başlayır

23:35
04 Oktyabr

Səfirlik Gürcüstandakı Amerika vətəndaşlarına xəbərdarlıq edib

23:11
04 Oktyabr

Rusiyanın xarici işlər naziri Azərbaycanın yeni səfiri ilə görüşüb

23:02
04 Oktyabr

Gürcüstanda Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunan yeni uşaq bağçası istifadəyə verilib

23:02
04 Oktyabr

Əli Əhmədov: Azərbaycanla Gürcüstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir

22:08
04 Oktyabr

Cəbrayılda Şəhər Günü qeyd olunub

21:58
04 Oktyabr

Türkiyə ilə Azərbaycanın prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələr yüksək səviyyədə inkişaf edir

21:54
04 Oktyabr

Kristofer Çop: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı debatlarda iştirak etməməsi təəssüf doğurur

21:10
04 Oktyabr

Azərbaycanın müdafiə naziri Türkiyədə işgüzar səfərdədir

20:57
04 Oktyabr

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Şuşada və Xankəndidə erməni vandalizminin ağır nəticələrini müşahidə edib

20:50
04 Oktyabr

Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

20:49
04 Oktyabr

ABŞ mətbuatı: Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?

20:27
04 Oktyabr

Parlamentdə daha bir komitənin bu ilin payız sessiyası üçün iş planı təsdiqlənib

20:26
04 Oktyabr

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

20:23
04 Oktyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib

20:19
04 Oktyabr

Hərbi əməliyyatlarda fədakarlıq göstərmiş tibb heyəti təltif edilib

20:17
04 Oktyabr

Türkiyənin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsində olub

20:15
04 Oktyabr

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib

20:14
04 Oktyabr

Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub

19:51
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!