03 Aprel 2022 00:16
2664
Səhiyyə
A- A+
Şəfalı otlar

Şəfalı otlar

 

Dərman bitkiləri haqqında ilk məlumatlara hələ eramızdan 6 min il əvvəl qədim şumerlərin əlyazmalarında rast gəlinib. Qədim tarixə malik Çin təbabətində də dərman bitkilərindən geniş istifadə olunub.

Mənbələrə görə eramızdan 3 min il əvvəl Çində 230-dək dərman bitkisindən istifadə olunub. “Təbabətin atası” Hippokratın “Kompus Hyppokraticum” adlı külliyyatındakı dərman bitkiləri haqqında məlumatlar tibb elminin inkişafinda mühüm rol oynayıb. Bu gün alimlər dünya xalqları tərəfindən 21 min növ bitkinin müalicə məqsədilə istifadə edildiyini müəyyənləşdiriblər.

Dərman bitkiləri minilliklər boyu yaralanmaların və müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib. Elə bu gün də müasir tibbi müalicə ilə yanaşı, dərman bitkilərindən və bitki mənşəli digər vasitələrdən sağlamlıq üçün istifadə edilir. Bitkilərin insan sağlamlığına təsiri də müasir tibb mütəxəssisləri tərəfindən daim araşdırılır və bu istiqamətdə yeni kəşflər edilir.

Dərman bitkilərinin müalicəvi xassəsi onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin - alkaloidlər, qlikoidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, kumarinlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlərin olması ilə əlaqədardır.

 

Hərəsinin öz faydası var

 

Dərman bitkiləri arasında müxtəlif otların da sınanmış müalicəvi təsirləri var. Məsələn, xalq təbabətində geniş istifadə olunan dəvədabanının tərkibində 2,63 faiz acı qlyukozid mövcuddur. Bu bitkinin yarpaqları bişirmə və dəmləmə şəklində bəlğəmgətirici və öskürəyi sakitləşdirici dərman kimi işlədilir.

Çobanyastığı çox güclü antiseptik, mikrob və virus əleyhinə xüsusiyyətlərə malikdir. Angina, faringit zamanı çobanyastığı dəmləməsinin istifadəsi çox yaxşı effekt verir. Zökəm, haymorit, sinusitlər zamanı çobanyastığı dəmləməsi ilə burun boşluğunu yumaq və buruna çobanyastığı yağı (hər burun yoluna 1-2 damcı) damcılamaq çox effektlidir. Qastrit, kolit, mədə və onikibarmaq bağırsağın xorası xəstəliklərinin müalicəsi zamanı çobanyastığı dəmləmələri çox faydalıdır. Çobanyastığı insanın sinir sisteminə çox yaxşı sakitləşdirici təsir edir. Məhz bu səbəbdən çobanyastığı uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş bir çox sakitləşdirici preparatın tərkibinə daxildir.

Qantəpər bitkisinin çiçəklərindən dəmləmə (çay) şəklində qədimdən bəri soyuqdəymədə, daxili qanaxmalarda, eləcə də ürək-damar və böyrək-sidik yolu xəstəliklərinin müalicəsində istifadə olunur.

Bağayarpağının yarpaqları yarasağaldıcı məlhəmdir. Onun toxumlarında zülal, selik, aşı maddələri, piyli yağlar var ki, ondan bişmiş halda qarın boşluğu xəstəliklərində dərman kimi istifadə edilir.

Qatırquyruğunu dəmləyib içmək böyrəklərdə və sidik yollarında olan daşlaşmanı, kirəcləşməni, oynaqlardakı duzlaşmanı və ağrıları azaldır, sidik ifrazını asanlaşdırır.

Ödqovucu və sidikqovucu təsirə malik solmazçiçəyi qaraciyər xəstəlikləri, az turşuluqlu qastrit və ateroskleroz zamanı faydalıdır.

Amma müalicəvi bitkilərdən kortəbii istifadə sağlamlığa ciddi zərər vura bilər. Hansısa orqana faydalı bildiyiniz bir bitkidən kortəbii istifadə orqanizminizdə digər fəsada yol aça bilər. Buna görə də ilk əvvəl araşdırmaq məsləhətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!