17 Yanvar 2025 08:05
138
CƏMİYYƏT
A- A+
Seçicilər laqeyd deyillər

Seçicilər laqeyd deyillər


Yanvarın 29-na təyin edilmiş 6-cı bələdiyyə seçkilərinə çox qalmayıb. Ölkəmizdə ilk dəfə 1999-cu ildə keçirilmiş bələdiyyə seçkilərindən ötən illər ərzində yerli özünüidarəetmə strukturlarında böyük uğurlara imza atılmış, bu sahədə xeyli təcrübə qazanılmışdır. 

Budəfəki seçkilərdə bir sıra ciddi yeniliklər də var. Bu sırada ən başlıcası odur ki, ötən dövr ərzində bələdiyyələrin birləşdirilməsi həyata keçirilib. Faktlara nəzər salaq: ölkənin ərazi və əhali baxımından iri rayonlarından sayılan Bərdədə son dövrəcən 67 bələdiyyə mövcud idi. Qarşıdakı seçkilərdən sonra isə rayonda 25 bələdiyyə formalaşacaq.

99 saylı Bərdə Seçki Dairəsində hazırlıq işləri son mərhələyə daxil olub. Dairə 60 seçki məntəqəsini əhatə edir. Bunun 58-i açıq, 2-si qapalı məntəqədir. Seçicilərin ümumi sayı isə 52 min 994 nəfərdir. Seçici siyahıları yeniləndikdən sonra məntəqələrə çatdırılmışdır.

Yeni formalaşacaq 7 bələdiyyə üzrə 157 nəfərin namizədliyi qeydə alınmışdır. Müxtəlif siyasi partiyaları və tərəfsizləri təmsil edən müşahidəçilərin sayı isə hələlik 730 nəfərdir. Seçkilərdə demokratik tələblərin, şəffalığın, qayda-qanunun təminatına böyük önəm verilir. 11 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır.

Dairə seçki komissiyasının sədri Dilsuz Nəcəfov söhbət zamanı dedi ki, Bərdədə seçki öncəsi siyasi fəallıq yüksək səviyyədədir. Yerlərdən dairəyə edilən müxtəlif məzmunlu müraciətlər onu göstərir ki, rayon sakinləri həyatlarında mühüm rol oynayacaq bələdiyyə seçkilərinə laqeyid deyillər.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşılarını açıqlayıb

17:42
17 Yanvar

Pakistan ilk yerli istehsal olan peykini kosmosa buraxıb

17:27
17 Yanvar

Prezident: Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır  

16:59
17 Yanvar

Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında: Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz  

16:54
17 Yanvar

Prezident İlham Əliyev: Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır  

16:51
17 Yanvar

Prezident İlham Əliyev: Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər  

16:46
17 Yanvar

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2

16:46
17 Yanvar

Fövqəladə hallar naziri Xızıda vətəndaşların müraciətini dinləyib

16:43
17 Yanvar

Moskvada Rusiya və İran prezidentləri arasında danışıqlar aparılır  

16:41
17 Yanvar

Türkiyə XİN: Türkiyə və Azərbaycan regional sabitlik, sülh və rifaha töhfə verməkdədir  

16:32
17 Yanvar

Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarların 26 faizdən çoxu Bakıda qeydiyyata alınıb  

16:26
17 Yanvar

Multikulturalizm Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

16:25
17 Yanvar

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

16:23
17 Yanvar

Əhalinin banklarda əmanətlərinin 66 faizi milli valyutadadır

16:23
17 Yanvar

Kür çayına balıq körpələri buraxılıb

16:22
17 Yanvar

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ağcabədidə vətəndaşların müraciətini dinləyib

16:21
17 Yanvar

Zəngilanda əhali üçün səyyar tibbi müayinələr təşkil edilib

16:01
17 Yanvar

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qubada vətəndaşlarla görüşüb

15:37
17 Yanvar

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib  

15:32
17 Yanvar

Qəzzada ilk girovlar yanvarın 19-da azad edə bilər

15:18
17 Yanvar

İşə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş olub

15:17
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!