16 May 2024 09:05
3035
Oxucu məktubları
A- A+

Sanki yenidən doğulmuşuq

 

Yurd  həsrəti 30 il çəkdi. Bu illər ərzində doğma ocaqlarımıza qayıtmaq həsrətiylə alışıb yanmışıq. Bu həsrəti ifadə etmək üçün günlər, aylar lazımdır. 
Allah bizim səsimizi eşitdi, dualarımız qəbul oldu. Çox şükürlər olsun bu günə. Sanki dünyaya yenidən göz açmışam. Geri dönən kimi doğmalarımızın, əzizlərimizin məzarlarını ziyarət etdik, ruhlarına dualar oxuduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı ordumuza minnətdarlıq hissi ilə bir ildən çoxdur ki, qoynunda dünyaya göz açdığım vətənə qayıtmışıq. Əkdiyimiz ağaclar artıq bu il bar gətirəcək. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Şükürlər olsun ki, əzab-əziyyətlərlə dolu qaçqınlıq həyatı arxada qaldı. İndi ömrümüzün ən gözəl günlərini yaşayırıq. Sanki dünyaya yenidən doğulmuşuq. 
 
Meylağa Quliyev,
Zəngilan rayonunun Ağalı kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video