04 Noyabr 2025 09:25
528
Səhiyyə
A- A+
Sağlamlığı təhdid edən texnoloji asılılıq

Sağlamlığı təhdid edən texnoloji asılılıq


Müasir dövrdə həyatımızın böyük hissəsi ekran qarşısında keçir. Günümüz telefona baxmaqla başlayır, gün ərzində kompüterdə işləyir, axşam isə televizor qarşısında dincəlirik. İstər iş, ünsiyyət, istərsə də əyləncə vasitəsi kimi texnoloji cihazlardan, demək olar ki, böyükdən-kiçiyə hər kəs istifadə edir.

Texnoloji yeniliklərin bu qədər asanlıqla qəbul edilməsinin səbəbi onların insanların işini yüngülləşdirməsi və həyat səviyyəsini yüksəltməsidir. Lakin narahatedici məqam odur ki, bu cihazlar işimizi asanlaşdırmaqla yanaşı, həm də asılılıq yaradır, fiziki və psixoloji sağlamlığa mənfi təsir göstərir.

Özünənəzarətin itirilməsi, dəyişən prioritetlər və məmnunluq hissinin zəifləməsi telefon, televizor və kompüterlərdən asılılığın əsas əlamətləridir. London Kral Kollecinin Psixiatriya, Psixologiya və Neyrologiya İnstitutunun mütəxəssisləri bildirirlər ki, böyüklər üçün gündə 2-3 saatdan çox olmayan əyləncə məqsədli ekran vaxtı məsləhət görülür. İş və təhsil məqsədli istifadə bu hesaba daxil edilmir. Uşaqlar və yeniyetmələr üçün bu müddət 1-2 saatı keçməməlidir, iki yaşdan kiçik uşaqlara isə, ümumiyyətlə, ekranla təmas məhdudlaşdırılmalıdır.


Televizorun gizli təsirləri


Demək olar ki, bütün evlərdə televizor var. İnsanlar çox vaxt fərqinə varmadan ekran qarşısında saatlarla vaxt keçirirlər. Bu məşğuliyyətin sağlamlığa zərərləri isə saymaqla bitmir. Bunlardan biri də demans xəstəliyidir.

Demans idrak qabiliyyətinin azalması, yaddaş problemləri, davranış dəyişiklikləri və hərəkət çətinliyi ilə müşayiət olunan ciddi xəstəlikdir. Daha çox yaşlı insanlarda rast gəlinən bu xəstəliyin inkişafına bir sıra amillər təsir göstərir. Araşdırmalar sübut edib ki, uzun müddət televizora baxmaq bu amillərdən biridir.

Çinin Tianjin Tibb Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, gündə beş saatdan çox televizora baxmaq demans riskini 44 faiz, insult riskini 12 faiz və Parkinson xəstəliyinə tutulma ehtimalını isə 28 faiz artırıb. Tədqiqatda yaşı 37-73 olan 40 minə yaxın insan iştirak edib. 13 illik araşdırma müddətində iştirakçılardan 5227 nəfərə demans, 6822 nəfərə insult, 2308 nəfərə isə Parkinson xəstəliyi diaqnozu qoyulub.

Ekrana uzun müddət baxmaq həmçinin göz sağlamlığı üçün də zərərlidir. Rəqəmsal ekranlı televizorlar insan gözü üçün təhlükəli olan mavi işıq yayır. Bu işığa uzun müddət məruzqalma görmə problemlərinə, baş, boyun və çiyin ağrılarına səbəb olur. Mütəxəssislər mavi işıqdan qorunmaq üçün qoruyucu eynək və linzalardan istifadə etməyi, televizora 2-3 metr məsafədə, yaxşı işıqlandırma şəraitində baxmağı tövsiyə edirlər.


Telefon - cibimizdəki asılılıq mənbəyi


Telefonlar təkcə ünsiyyət vasitəsi deyil, həm də diqqət, vaxt və duyğularımızı idarə edən alətlərə çevrilib. "Telefon asılılığı" termini son illərdə psixoloqlar və nevroloqlar tərəfindən ən çox müzakirə olunan mövzulardan biridir. Bu asılılığın kökündə, sadəcə, maraq deyil, beyindəki kimyəvi proseslər dayanır. Sosial şəbəkələrdəki paylaşımlar, mesajlar və "bəyənmə"lər dopamin adlı "xoşbəxtlik hormonu"nun ifrazını artırır, bu da insanı həmin hissi yenidən yaşamaq üçün telefona təkrar-təkrar baxmağa sövq edir. Buna görə də insan telefonunu məqsədsiz yerə açır, heç bir vacib səbəb olmadan ekranı yoxlayır. Çox vaxt beşdəqiqəlik baxış planlaşdırsa da, bir də baxır ki, saatlar keçib.

Harvard Universitetinin psixoloqları bildirirlər ki, tez-tez telefon yoxlamaq diqqət dağınıqlığına səbəb olur. İnsan beyni bir işi tamamlamaq üçün 20 dəqiqə fasiləsiz fokuslanmaya ehtiyac duyur, lakin hər dəfə telefon titrəyəndə bu proses sıfırlanır. Nəticədə həm məhsuldarlıq azalır, həm də yaddaş zəifləyir.

Sosial əlaqələr də bu vərdişdən zərər görür. Yemək zamanı, dostlarla söhbətdə və ailə görüşlərində insanların əllərində telefon olması artıq adi haldır. Bu davranış "phubbing", yəni qarşısındakı insanı telefona görə görməməzliyə vurmaq adlanır. Bu hal münasibətlərdə emosional uzaqlıq və dəyərsizlik hissi yaradır. Telefon istehsalçıları və sosial media platformaları isə rəng seçimi, bildiriş səsləri və tətbiq dizaynları ilə bu asılılığı sanki bilərəkdən gücləndirirlər.


Kompüter qarşısında keçən saatlar


Həddindən artıq kompüter istifadəsi "kompüterlə bağlı göz yorğunluğu sindromu" kimi yeni bir problemin yaranmasına səbəb olub. Gündə 2 saatdan çox kompüter qarşısında olan hər kəs bu riski daşıyır.

Kompüterdən istifadə zamanı göz qırpmaq sayı normaldan (dəqiqədə 12-18) üçdəbirə (dəqiqədə 4-6) qədər azalır. Bu isə gözquruluğu, yanma, ağrı, bulanıq görmə və başağrısı kimi şikayətlərə yol açır. Xüsusilə kondisionerli mühitlərdə rütubət azaldığı üçün bu problemlər daha da artır.

Mütəxəssislər tövsiyə edirlər ki, kompüterdən istifadə edərkən xüsusi gözlüklər taxılsa, daha yaxşı olar. Eynəklərin üzərindəki əksetdirici örtüklər ultrabənövşəyi dalğa uzunluqlarının gözlərə nüfuzunu azaltmaqla rahatlıq verir. Kompüterin qarşısında dik və rahat oturmaq lazımdır. Bu zaman ayaqlar yerə perpendikulyar, dirsəklər isə paralel olmalıdır. Kreslonun arxa dəstəkli və tənzimlənən olması da tövsiyəolunandır. Gözlə ekran arasındakı məsafə isə 60 santimetrdən çox olmamalıdır.

Mütəxəssislər ekran qarşısında keçirilən vaxtı məhdudlaşdırmağın və fəal həyat tərzi keçirməyin vacibliyini vurğulayırlar. Yatmazdan bir saat əvvəl və oyandıqdan bir saat sonra rəqəmsal cihazlardan istifadə etməmək, sosial şəbəkə bildirişlərini söndürmək tövsiyə olunur. 

Hazırda bir çox ölkədə restoran və ictimai yerlərdə "mobil telefondan istifadə qadağandır" və "sakit zona" kimi qaydalar tətbiq edilir. Bu, insanlara real ünsiyyət və diqqət balansını bərpa etməyə kömək edir. Mütəxəssislər gün ərzində "ekransız saatlar" təyin etməyi və vaxtaşırı "digital detox", yəni texnologiyadan müvəqqəti uzaqqalma təcrübəsini sınamağı məsləhət görürlər. Beləliklə, ekranlar həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, onlara nəzarət etmək sağlamlığımız və sosial münasibətlərimiz üçün həyati əhəmiyyət daşıyır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

16:28
08 Noyabr

Şərəf, qürur və inam günü

16:26
08 Noyabr

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb

16:03
08 Noyabr

ABŞ Suriya liderinin adını qlobal terrorçular siyahısından çıxardı

15:41
08 Noyabr

Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb 

15:21
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

15:17
08 Noyabr

Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılıb  

14:49
08 Noyabr

Müdafiə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər  

14:48
08 Noyabr

Məhəmməd Şahbaz Şərif: Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi oldu  

14:47
08 Noyabr

Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

14:46
08 Noyabr

Pakistanın Baş naziri: Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm  

14:46
08 Noyabr

Ərdoğan: Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük qürur mənbəyidir 

14:45
08 Noyabr

Türkiyə Prezidenti: Zəfərimiz mübarək olsun

14:44
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!