14 Noyabr 2024 09:02
117
SİYASƏT
A- A+
Rumıniya, Yunanıstan, Bolqarıstan və Xorvatiya mediası COP29 barədə xəbərləri yaymağa davam edir  

Rumıniya, Yunanıstan, Bolqarıstan və Xorvatiya mediası COP29 barədə xəbərləri yaymağa davam edir  

Rumıniya, Bolqarıstan, Xorvatiya və Yunanıstanın aparıcı mətbu orqanları Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) diqqət mərkəzində saxlamaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın AGERPRES milli xəbər agentliyi, DİGİ24 televiziyası və xəbər portalı, Bursa qəzeti, Mediafax xəbər agentliyi, Bolqarıstanın BTA milli xəbər agentliyi, “Dariknews” xəbər portalı, BTV televiziya kanalı, Dir.bg xəbər portalı, Yunanıstanın “Capital”, “Eretikos”, “İmidones”, “Sofokleous” xəbər portalı, Xorvatiyanın “Jutarni List”, “Vecerniy”, “Dnevnik” xəbər portalları və digər televiziya kanalları, radio və qəzetlər yaydığı materiallarda COP29 tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Tədbirin özəlliyi və ölkəmiz barədə geniş məlumatlar verib. COP29 çərçivəsində mühüm qərarların qəbul olunacağını qeyd ediblər. Rumıniyanın energetika naziri Sebastian Burduja, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Bolqarıstanın Prezidenti Rumen Radev və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin konfrans zamanları çıxışlarına və müsahibələrinə xüsusi yer ayrılıb və diqqətlə araşdırılıb.

Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanması barədə bildirilib. Mətbu orqanlarının çoxu Azərbaycan Prezidenti İlham Əliyevin COP29-da çıxışını geniş yayıb. Xüsusilə Prezident İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimindəki çıxışında COP29-a ev sahibliyi edən ölkəmizə ünvanlanan tənqidlərə sərt cavab verdiyi vurğulanır. Dövlətimizin başçısının təbii sərvətlərin Tanrının bəxş etdiyi hədiyyə olduğunu vurğuladığı bildirilir.

Prezident İlham Əliyevin 2022-ci il enerji böhranından sonra məhz Avropa İttifaqının Azərbaycandan daha çox təbii qaz tədarük etməsini xahiş etdiyini xatırlatdığı qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Abdikərimov: Orta Dəhlizin regional və beynəlxalq səviyyədə əhəmiyyəti böyükdür  

11:22
14 Noyabr

COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub

11:17
14 Noyabr

Azərbaycanın idman gimnastları Daşkənddə bürünc medal qazanıblar  

11:12
14 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

11:07
14 Noyabr

İsveçin iqlim fondlarına töhfəsi tənqidlə qarşılanıb  

11:02
14 Noyabr

Mərkəzi Bankın sədri: Biz yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq  

10:57
14 Noyabr

ICESCO-nun Baş direktoru: Karbon emissiyalarını azaltmaq, ilk növbədə, ətraf mühit üçün vacibdir  

10:52
14 Noyabr

Nabrandan payız ətirli 

10:47
14 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:42
14 Noyabr

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib  

10:37
14 Noyabr

Azərbaycan neftinin bahalaşması davam edir  

10:32
14 Noyabr

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

10:27
14 Noyabr

AZPROMO-nun rəhbəri: Məqsədimiz qlobal keçidi sürətləndirməklə maliyyənin vacib rolunu gücləndirməkdir  

10:22
14 Noyabr

Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb YENİLƏNƏCƏK  

10:17
14 Noyabr

“ASAN xidmət” hamı üçün təhlükəsiz mühit təmin etmək məqsədilə yaşıl enerji ambisiyaları ilə nümunə olur  

10:12
14 Noyabr

Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu” keçirilir  

10:07
14 Noyabr

COP29 çərçivəsində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb  

10:02
14 Noyabr

Metyu Brayza: COP29 Azərbaycan tarixində böyük hadisədir  

09:57
14 Noyabr

Malayziya Enerji Komissiyasının baş icraçı direktoru: COP platformasını yüksək qiymətləndiririk  

09:52
14 Noyabr

İtaliyanın Valtellina vadisində 280 milyon illik fosil ekosistemi tapılıb  

09:47
14 Noyabr

Görmə zəifliyinin müalicəsində istifadə edilən süni kök hüceyrələr uğurlu nəticələr verib  

09:42
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!