14 Noyabr 2024 10:52
188
CƏMİYYƏT
A- A+
ICESCO-nun Baş direktoru: Karbon emissiyalarını azaltmaq, ilk növbədə, ətraf mühit üçün vacibdir  

ICESCO-nun Baş direktoru: Karbon emissiyalarını azaltmaq, ilk növbədə, ətraf mühit üçün vacibdir  

Karbon emissiyalarını azaltmaq və əsas təbii ehtiyatların qorunması, ilk növbədə, ətraf mühitin davamlılığını təmin etmək üçün vacibdir. Bu, təbii resurslardan məsuliyyətlə istifadəni təşviq edir, bərpaolunan enerjidən istifadə edilməsinə dəstək verir.

AZƏRTAC xəbər verir ki, bunu “ASAN xidmət”in təşkilatçılığı ilə Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

“Bununla yanaşı, təmiz istehsal texnologiyalarının inkişafı da gündəmdədir. Təəssüf ki, vaxtımız məhduddur. Ancaq ətraf mühitin qorunmasına yönəlmiş qanunların tətbiqi, zərərli təcrübələrin qarşısının alınması və beynəlxalq razılaşmalara riayət etmək üçün səylər göstərməliyik”, - deyə Baş direktor bildirib.

O deyib ki, ICESCO, həmçinin üzv ölkələrlə əməkdaşlıq edərək beynəlxalq razılaşmalara əməl edir və üzv ölkələrdə su təhlükəsizliyinin təmin olunması üçün proqramlar hazırlayır. “Yaşıl şəhərlər” proqramının həyata keçirilməsi və ictimaiyyətin ətraf mühitin təsirləri ilə bağlı məlumatlandırılması da əsas prioritetlərdən biridir.

“Müstəqil monitorinq və tədqiqatlar vasitəsilə bu prosesə nəzarət edirik. Bu istiqamətdə tədbirlər, araşdırmalar və idarəetmə mexanizmləri tətbiq olunur.

Eyni zamanda, İslam ölkələri üçün iqtisadi və ekoloji liderlik yolunda yaşıl iqtisadiyyat modelini inkişaf etdirmək üçün birgə işləməyin vacibliyini başa düşürük. Gələcək nəsillərin rifahı üçün bu istiqamətdə əməkdaşlıq etməliyik”, - deyə Salim bin Məhəmməd əl-Malik fikirlərinə yekun vurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29-da rəqəmsallaşma və nəqliyyatla bağlı tədbirlər planı açıqlanıb  

13:18
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

13:06
14 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb YENİLƏNİB  

13:04
14 Noyabr

Bolqarıstanın birinci xanımı Şamaxıya səfər edib  

13:00
14 Noyabr

Sabah hava əsasən yağmursuz olacaq  

12:55
14 Noyabr

Yalçın Rəfiyev: İqlim maliyyəsi qlobal enerji keçidinin, az karbon emissiyalı və iqlimədavamlı gələcəyi təmin etmək üçün olduqca zəruridir  

12:51
14 Noyabr

Yeni Dehlidə tüstü səbəbindən 200-dən çox aviareys təxirə salınıb  

12:45
14 Noyabr

Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb YENİLƏNİB  

12:40
14 Noyabr

Palau Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gəlib  

12:33
14 Noyabr

Bakıda “Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası” mövzusunda tədbir keçirilib  

12:28
14 Noyabr

Boris Titov: COP29 qlobal istiləşmə ilə mübarizə üzrə yeni iqtisadi ittifaqların əsasını qoymaq şansı verir  

12:24
14 Noyabr

COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib  

12:16
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb YENİLƏNƏCƏK  

12:12
14 Noyabr

BVF: İqlim dəyişikliyi iqtisadi və maliyyə sabitliyi üçün böyük riskə çevrilib  

12:03
14 Noyabr

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək  

11:58
14 Noyabr

Avropaya qaz ixracının artım tempinə görə lider ölkələrin adları açıqlanıb  

11:54
14 Noyabr

Manjeev Sinq Puri: Uzun illərdir ki, COP-larda oluram, COP29 digərlərindən yüksəksəviyyəli təşkilatçılığı ilə fərqlənir  

11:42
14 Noyabr

Dövlət Agentliyinin sədri: "ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq  

11:37
14 Noyabr

Azərbaycanın iki rəqəmsal sosial layihəsi Avstraliyada mükafata layiq görülüb  

11:32
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

11:27
14 Noyabr

Heydər Abdikərimov: Orta Dəhlizin regional və beynəlxalq səviyyədə əhəmiyyəti böyükdür  

11:22
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!