23 May 2026 08:50
68
DÜNYA
A- A+
Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir

Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir


Havana isə ittihamları rədd edir


Dövlət katibi Marko Rubio Kubanın ABŞ üçün "milli təhlükəsizlik təhdidi" yaratdığını və onunla sülh müqaviləsi bağlamaq ehtimalının "aşağı" olduğunu bildirib. Onun bu sözləri Vaşinqtonun 1996-cı ildə ABŞ vətəndaşlarının ölümünə səbəb olan iki təyyarənin vurulması ilə əlaqədar keçmiş Kuba Prezidenti Raul Kastronu ittiham etməsindən bir gün sonra səslənib.

Rubio Vaşinqtonun "diplomatik həll yoluna" üstünlük verdiyini bildirib, lakin Prezident Donald Trampın ölkəsini hər hansı bir təhdiddən qorumaq hüququ və məsuliyyəti olduğunu vurğulayıb.

Öz növbəsində Kubanın xarici işlər naziri Bruno Rodriges Rubionu "yalan danışmaqda" günahlandırıb və adanın heç vaxt ABŞ üçün təhlükə yaratmadığını bildirib.

Cümə günü jurnalistlərə açıqlamasında Rubio bildirib ki, Kuba ilə münasibətlərdə diplomatiya üstünlük verilən həll yolu olaraq qalır, lakin o bunu əlavə edib: "Düzünü desəm, hazırda kimdən şöhbət getdiyini nəzərə alsaq, bunun ehtimalı azdır".

O, həmçinin Kubanı "bütün regionda terrorizmin aparıcı sponsorlarından biri" olmaqda ittiham edib. Rodriges isə bu ittihamı "X" paylaşımında cəfəngiyyat adlandırıb.

Kubanın xarici işlər naziri Rubionu "hərbi təcavüzə təhrik" cəhdinə görə tənqid edib və ABŞ hökumətini ölkəsinə qarşı "amansız və sistematik" hücumlarda günahlandırıb.

Kuba ABŞ-nin neft blokadası ilə daha da şiddətlənən yanacaq böhranından əziyyət çəkir və Tramp administrasiyasının razılaşma əldə etməsi tələbinə görə təzyiq altındadır. Son bir neçə aydır ki, vətəndaşlar uzunmüddətli elektrik kəsintiləri və qida çatışmazlığı yaşayırlar.

Tramp dəfələrlə Kubaya təzyiq göstərməyə çalışıb və onun kommunist rejimini devirmək barədə açıq şəkildə müzakirə aparıb.

ABŞ dövlət katibi həmçinin Kuba maliyyə konqlomeratı GAESA-nın rəhbərinin bacısı Adis Lastres Moreranın həbs olunduğunu elan edib. Rubio "X"də yazıb: "Morera daşınmaz əmlak idarə edir və eyni zamanda Havanadakı kommunist rejiminə kömək edə-edə Floridada yaşayırdı - mən onun daimi yaşayış statusunu ləğv edənə qədər… Məmnuniyyətlə elan edirəm ki, o, artıq həbs olunub və hazırda ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin nəzarətindədir".

O qeyd edib ki, GAESA Kuba ordusu tərəfindən idarə olunan maliyyə konqlomeratıdır. Onun icraçı prezidenti Ania Guilhermina Lastres Morera  briqada generalı rütbəsinə malikdir və Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvüdür.

Hələ 2020-ci ildə ABŞ Maliyyə Nazirliyi Kubanın keçmiş lideri Raul Kastronun kürəkəni və GAESA-nın rəhbəri olan  general Luis Alberto Rodriges Lopes-Kallejaya sanksiyalar tətbiq edib.

Konsorsiuma təxminən 50 hotel, şəbəkə mağazası və tikinti şirkəti daxildir. GAESA həmçinin Havananın qərbində yerləşən iri Mariel limanına nəzarət edir.

Daha əvvəl Oval Ofisdə jurnalistlərə verdiyi açıqlamada Tramp Kubanın "uğursuz bir ölkə" olduğunu və administrasiyasının onlara "humanitar əsasda" kömək etməyə çalışdığını söyləyib. O, kubaəsilli amerikalıların "öz ölkələrinə qayıtmaq" və Kubanın uğur qazanmasına kömək etmək istədiklərini qeyd edib və deyib: "Digər prezidentlər 50 və ya 60 ildir ki, bu məsələni araşdırıblar və bununla bağlı nəsə etmək istəyiblər, görünür, bunu edən mən olacağam, ona görə də bunu məmnunluqla edəcəyəm".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir

08:50
23 May

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

08:48
23 May

"Azərenerji" ASC-nin sədri ilə Xorvatiya səfirinin görüşü olub

08:45
23 May

Bilmək istəyirəm

08:40
23 May

Bakı-Brüssel tərəfdaşlığının yeni prioritetləri

08:35
23 May

Günnütdən Zəfərə doğru

08:33
23 May

Qətiyyətin zəfəri

08:30
23 May

BŞİH-də xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib 

08:25
23 May

Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 

08:20
23 May

Azərbaycanın töhfələri D-8-i daha çevik struktura çevirir

08:15
23 May

Ənənələrin, dəyərlərin və təcrübələrin qovuşduğu platforma

08:10
23 May

Azərbaycanın beynəlxalq əlaqələri yüksək qiymətləndirilir

08:05
23 May

176 ölkə, 58 mindən çox iştirakçı

08:00
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

03:08
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019 cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:07
23 May

“Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

03:06
23 May

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir

03:03
23 May

Everestdə yeni dünya rekorduna imza atılıb  

22:34
22 May

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub 

22:26
22 May

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

22:25
22 May

ABŞ-də daşqın və fırtına səbəbindən 10 mindən çox insan işıqsız qalıb  

22:01
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!