23 May 2026 08:33
86
SİYASƏT
A- A+
Günnütdən Zəfərə doğru

Günnütdən Zəfərə doğru


2020-ci ilin payızında Azərbaycan Ordusunun yazdığı Zəfər salnaməsi bir günün, bir ayın və ya bir ilin işi deyildi. Bu möhtəşəm qələbəyə aparan yol uzun illər davam edən siyasi iradənin, məqsədli ordu quruculuğunun, xalq-iqtidar birliyinin və Azərbaycan əsgərinin sarsılmaz döyüş ruhunun nəticəsi idi. 

Tarix bu dəfə də sübut etdi ki, böyük zəfərlərin bir başlanğıcı olur. Azərbaycan Ordusunun yaratdığı dönüş nöqtələrindən biri də Günnüt əməliyyatı idi. Məhz bu əməliyyat ordumuzun gücünü, peşəkarlığını və gələcək böyük Zəfərə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Təxminən 30 ilə yaxın müddətdə Ermənistan və onu dəstəkləyən dairələr Azərbaycan haqqında yanlış təsəvvür formalaşdırmağa çalışır, ordumuzun gücünü və döyüş imkanlarını kiçiltməyə cəhd edirdilər. Onlar Azərbaycan Ordusunu 1990-cı illərin ağır vəziyyətində olduğu kimi təsəvvür edir, keçmişin zəif və pərakəndə silahlı qüvvələrinin hələ də dəyişmədiyini düşünürdülər. Lakin Günnüt əməliyyatı bu düşüncəni darmadağın etdi. Azərbaycan əsgəri sübut etdi ki, artıq düşmən qarşısında yüksək döyüş hazırlığına malik, müasir silah və texnika ilə təchiz edilmiş, güclü logistik imkanları olan, peşəkar və qətiyyətli ordu dayanır. Bu əməliyyatın hərb tariximizdə  həm hərbi-strateji, həm də mənəvi-psixoloji baxımdan son dərəcə mühüm əhəmiyyəti var.

Bəzən cəmi bir neçə gün davam edən hərbi əməliyyat gələcək onilliklərin taleyini müəyyənləşdirir. Günnüt əməliyyatı da məhz belə hadisələrdən biri oldu. Bu uğur yalnız bir neçə strateji yüksəkliyin və yaşayış məntəqəsinin nəzarətə götürülməsi ilə yadda qalmadı. Həmin əməliyyat, əslində, 2020-ci ilin sentyabrında başlayan və Azərbaycan xalqının tarixi Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsində qələbəyə gedən yolun mühüm mərhələlərindən birinə çevrildi. Günnüt əməliyyatının əhəmiyyətindən danışarkən qeyd etməliyik ki, o gün Naxçıvan istiqamətində əldə olunan uğur həm ordumuzun döyüş ruhunu yüksəltdi, həm də düşmən tərəfə açıq mesaj verdi: Azərbaycan öz torpaqlarını azad etməyə hazırdır!

2018-ci ilin 20-27 mayında həyata keçirilən əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca mühüm strateji mövqelər ordumuzun nəzarəti altına keçdi. Əlahiddə Ümumqoşun Ordusunun müdafiə xətti daha əlverişli istiqamətlərə doğru irəli çəkildi və qarşıya qoyulan bütün tapşırıqlar qısa müddətdə icra edildi. Əldə olunan yüksəkliklər və nəzarət altına götü-rülən mövqelər yalnız taktiki üstünlük deyildi, eyni zamanda Ermənistan ordusuna və onun siyasi rəhbərliyinə vurulan mənəvi-psixoloji zərbə idi.

Əməliyyat zamanı Qızılqaya, Qaraqaya, Ağbulaq yüksəklikləri və Dərələyəz istiqamətində mühüm strateji nöqtələr nəzarətə götürüldü. Bu məqamda dəniz səviyyəsindən 1683 metr yüksəklikdə yerləşən Qızılqaya mövqeyinin strateji əhəmiyyətini xüsusi qeyd etməliyik. Çünki bu yüksəklik İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi magistral yolunun mühüm hissəsini vizual və taktiki nəzarətdə saxlamağa imkan verirdi. Bu isə Ermənistan üçün həm hərbi, həm də psixoloji baxımdan son dərəcə ciddi siqnal idi. Bununla da Azərbaycan Ordusu ilk dəfə  düşmənin uzun illər toxunulmaz hesab etdiyi kommunikasiya xətlərinə birbaşa nəzarət imkanı qazanmış oldu. 

Günnüt əməliyyatı nəticəsində Naxçıvan ölkəmizin ən güclü müdafiə qalalarından birinə çevrilib. Son illər muxtar respublikada yeni hərbi hissələrin yaradılması, müdafiə infrastrukturunun müasirləşdirilməsi, müasir silah və texnikaların alınması ordumuzun döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində Naxçıvan istiqamətində güclü və etibarlı müdafiə sistemi formalaşıb.

Ali Baş Komandan hələ 2018-ci ilin mayında Naxçıvana səfəri zamanı bildirmişdir ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa və uğurlu əks-hücum əməliyyatı həyata keçirməyə qadirdir. Çox keçmədən Günnüt əməliyyatı da göstərdi ki, bu fikirlər sadəcə siyasi bəyanat deyil, real hərbi gücə söykənən qətiyyətli dövlət mövqeyi imiş.

Günnüt əməliyyatı Ermənistan cəmiyyətində də ciddi təşviş yaratdı. Çünki illərlə "məğlubedilməz ordu" mifinin arxasında gizlənən Ermənistan rəhbərliyi anladı ki, Azərbaycan əsgəri istənilən anda strateji təşəbbüsü qazanmaq gücünə malikdir. Ermənistan tərəfi əməliyyatın nəticələrini gizlətməyə çalışsa da, sərhəd kəndlərində yaşayan erməni əhalisi artıq ordumuzun nəzarətə götürdüyü yüksəklikləri görürdülər. Bu isə birmənalı olaraq düşmən ordusunda və cəmiyyətində ciddi mənəvi-psixoloji sarsıntı yaradırdı.

Bizdə isə əksinə, Günnüt əməliyyatı xalqımızın öz ordusuna olan inamını daha da gücləndirdi. Dövlət-ordu-xalq birliyinin real nəticəsi olan bu əməliyyat göstərdi ki, Azərbaycan öz torpaqlarını azad etməyə qadir olan güclü dövlətdir. Məhz buna görə də Günnüt əməliyyatı gələcək Zəfərin həm mənəvi, həm də hərbi başlanğıcı kimi tarixə həkk olundu.

İki il sonra başlayan Vətən müharibəsi zamanı həm də Günnütdə formalaşan döyüş təcrübəsi, peşəkar koordinasiya və qalibiyyət ruhu bütün cəbhəboyu özünü açıq  göstərdi. 44 gün ərzində Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edərək dünya hərb tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Zəfər qazandı. Füzulidən Şuşaya, Cəbrayıldan Kəlbəcərə qədər bütün istiqamətlərdə qazanılan hərbi uğurların təməlində  aparılan məqsədyönlü hazırlıq, qətiyyətli siyasət və Günnüt kimi əməliyyatların yaratdığı inam dayanırdı.

Bu gün Günnüt əməliyyatından 8 il ötür. Lakin bu əməliyyatın yaratdığı qürur hissi və tarixi əhəmiyyəti dəyişmir. Çünki Günnüt yalnız hərbi uğur deyil, həm də Azərbaycan əsgərinin iradəsinin, dövlətin qüdrətinin və xalqın yenilməz ruhunun təcəssümüdür. O gün Naxçıvan dağlarında dalğalanan bayrağımız 2020-ci ilin möhtəşəm Zəfərinin ilk müjdələrindən biri idi.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir

08:50
23 May

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

08:48
23 May

"Azərenerji" ASC-nin sədri ilə Xorvatiya səfirinin görüşü olub

08:45
23 May

Bilmək istəyirəm

08:40
23 May

Bakı-Brüssel tərəfdaşlığının yeni prioritetləri

08:35
23 May

Günnütdən Zəfərə doğru

08:33
23 May

Qətiyyətin zəfəri

08:30
23 May

BŞİH-də xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib 

08:25
23 May

Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 

08:20
23 May

Azərbaycanın töhfələri D-8-i daha çevik struktura çevirir

08:15
23 May

Ənənələrin, dəyərlərin və təcrübələrin qovuşduğu platforma

08:10
23 May

Azərbaycanın beynəlxalq əlaqələri yüksək qiymətləndirilir

08:05
23 May

176 ölkə, 58 mindən çox iştirakçı

08:00
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

03:08
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019 cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:07
23 May

“Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

03:06
23 May

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir

03:03
23 May

Everestdə yeni dünya rekorduna imza atılıb  

22:34
22 May

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub 

22:26
22 May

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

22:25
22 May

ABŞ-də daşqın və fırtına səbəbindən 10 mindən çox insan işıqsız qalıb  

22:01
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!