09 İyul 2026 12:23
272
CƏMİYYƏT
A- A+
Rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrindəki islahatlara dair ictimai dinləmə təşkil edilib

Rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrindəki islahatlara dair ictimai dinləmə təşkil edilib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən islahatlara həsr olunan ictimai dinləmə təşkil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə startap, investisiya fondları, yerli və xarici şirkətlərin nümayəndələri, texnopark rezidentləri və ekspertlər iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində görülən işlər, əldə olunan nəticələr və qarşıdakı hədəflər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin fevral ayında keçirilən müşavirədə rəqəmsal inkişaf üçün yol xəritəsi rolunu oynayan mühüm qərarlar qəbul edilib. Həmin qərarlara uyğun olaraq, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin vahid yanaşma əsasında həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Nazir müavini qeyd edib ki, Şuranın fəaliyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, rəqəmsal transformasiyanın sürətləndirilməsinə və innovasiya əsaslı iqtisadi modelə keçidin təmin olunmasına mühüm töhfə verəcək. Bu il iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları istiqamətində görülən işlər müzakirə olunub. Sənəd ölkənin növbəti üç il üzrə rəqəmsal transformasiya və texnoloji inkişaf prioritetlərini müəyyən edir. Onun icrası üzrə bir sıra tədbirlər görülüb və proses davam etdirilir.

Məlumat verilib ki, dövlət xidmətlərinin vətəndaşlar və biznes subyektləri üçün daha əlçatan olması məqsədilə “mygov” və “mygov biznes” platformaları üzərində iş aparılır. Dövlət qurumlarının xidmətləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya edilir, rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proaktiv xidmətlərin payının artırılması istiqamətində addımlar atılır.

İnnovasiya ekosisteminin inkişafı, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi də prioritetlər arasındadır. Bu məqsədlə texnoloji inkişafı dəstəkləyən və qanunvericilik bazasının təkmilləşdirilməsini nəzərdə tutan geniş islahat paketi hazırlanıb. Süni intellektin dövlət idarəçiliyinə və ictimai xidmətlərə tətbiqi Fəaliyyət Planının əsas istiqamətlərindəndir. Bu sahədə yüksəksəviyyəli hesablama infrastrukturunun yaradılması və dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi nəzərdə tutulur.

Rəqəmsal transformasiyanın etibarlı şəkildə davam etdirilməsi üçün kibertəhlükəsizliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə hüquqi və institusional islahatlar həyata keçirilir. Qarşıya qoyulan strateji hədəflərin uğurlu icrası ölkəmizin texnoloji potensialının gücləndirilməsinə, rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına mühüm töhfə verəcək.

İctimai dinləmədə Fəaliyyət Planında innovasiya ekosisteminin inkişafı ilə bağlı nəzərdə tutulan qanunvericilik təşəbbüslərinin təqdimatı olub. Tədbirdə iştirakçıların təklif və rəyləri dinlənilib, rəqəmsal inkişaf gündəliyinin əsas istiqamətləri, həyata keçirilən islahatlar və qarşıda duran prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşadan ünvanlanan mesajlar

17:35
13 İyul

Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

16:53
13 İyul

Azərbaycanın Avropa İttifaqı ölkələrindən məhsul idxalının dəyəri 17 faiz azalıb

16:51
13 İyul

Elizabeth Mutuku: Prezident İlham Əliyev media nümayəndələrini qərəzsiz olmağa çağırdı

16:34
13 İyul

Qazaxıstanda Azərbaycan telekanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb

16:28
13 İyul

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb

16:23
13 İyul

Milli və beynəlxalq jurnalistika doktrinasının inkişafında keyfiyyətcə yeni mərhələ

16:21
13 İyul

“Yay Fest 2026”ya start verilib

16:19
13 İyul

Konqolu iştirakçı: Forumun geniş miqyası və böyük potensialı var

16:14
13 İyul

Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər Panel müzakirə

16:12
13 İyul

Azərbaycanın təbii qaz tədarükü Aİ-nin enerji təhlükəsizliyinə töhfə verir

15:59
13 İyul

Botsvanalı iştirakçı: Biz Şuşa Qlobal Media Forumu kimi platformalarda çox şey öyrənirik

15:47
13 İyul

LENA-nın direktoru: Şuşa Forumu jurnalistlər üçün mühüm əməkdaşlıq platformasıdır

15:34
13 İyul

“Panjab TV”nin müxbiri: IV Şuşa Qlobal Media Forumu mühüm əhəmiyyət daşıyır

15:11
13 İyul

Karen Sutherland: Prezident İlham Əliyevin hər kəsi dostluğa səsləməsi diqqətəlayiq məqamdır

14:39
13 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb VİDEO

14:36
13 İyul

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

14:16
13 İyul

Qarabağda yazılan tarix Azərbaycanın gücünün və milli iradəsinin ən parlaq təcəssümüdür

14:09
13 İyul

Prezident İlham Əliyevin diplomatiya uğurları, Zəngəzur mesajları və həqiqət platforması

13:56
13 İyul

Sello Lentsoane: Prezident İlham Əliyev olduqca maraqlı və dərinməzmunlu çıxış etdi

13:49
13 İyul

Jan-Mişel Brun: Prezident İlham Əliyevin jurnalistlərlə davranışı bir nümunədir

13:47
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!