17 Avqust 2025 08:50
1859
Mədəniyyət
A- A+
Rənglərin dünyası

Rənglərin dünyası


Dünyamızın özü kimi rəngləri də bənzərsizdir. Bu rənglərə nə qədər diqqətlə baxsan da, bir-birlərinə oxşamırlar. Biri o birindən gözəl, o biri bu birindən gözəldir. Bir-ikisi də var ki, onlar daha çox göz oxşayır. Yəqin elə buna görə də görənlər tərəfindən elə ilk andaca sevilirlər, onlardan gözlərini çəkməyib duyğulanırlar. 

Heç bilmirsən ki, gözəlliyi, bənzərsizliyi ilə diqqət çəkən rənglərin içindən hansını seçəsən, hansına üstünlük verəsən, hansına könül bağlayasan. Ruhuna dinclik ələyən rənglərdən hansının qoluna girib yola çıxasan. Rənglər dünyasına daxil olub bütün rəngləri sevdikcə sevəsən. 

Rənglərin də öz söz dünyası, göz dünyası var. Ətrafında dayanıb maraqla rənglərə baxırsan, sanki bu şirin baxışınla onları həzin-həzin oxşayırsan. Elə bil baxdıqca onların səsini də eşidirsən, nəfəsini də duyursan. Deyəsən rənglər hərdən gah bizimlə, gah da öz aralarında danışırlar. Danışdıqca da yavaş-yavaş bir-birlərinə alışırlar. Sanki həvəsə gəlib bir-biri ilə yarışırlar. Bəzən də doğmalaşıb,  mehribanlaşıb bir-birlərinə sarılırlar. 

Gəlin baxaq görək rənglər öz dünyalarında nəyə oxşayırlar, nəyə bənzəyirlər. Başlayaq çoxumuzun sevdiyi, xoşbəxtlik rəmzi sayılan ağ rəngdən. Ağ rəng gözəl bir ahəng, qara rəng hamıyla həmahəng, qırmızı rəng gözəl bir çələng, yaşıl rəng  hamısından qəşəng, göy rəng xoş bir dilək, sarı rəng yumşaq bir ipək, çəhrayı rəng dil açıb deyir: gəl şəklimi çək, boz rəng bir ruzigar, bənövşəyi rəng sevimli, təravətli gözəl bir çiçək...   

Əgər dünyamızdakı rənglərin hamısı eyni olsaydı, yəqin ki, bu qədər gözəl, bənzərsiz görünməzdi. İnsanlar onlara baxıb bu qədər sevinməzdi, əhvali-ruhiyyəsi yüksəlməzdi. Nə yaxşı ki dünyamızın rəngləri fərqlidir, bənzərsizdir, sərhədsizdir, ümmansızdır.

Dünyamızın rənglərini çox sevdiyimizə görə bəzən gecələr gördüyümüz yuxular da rəngli olur. Sanki dünyamızın bütün rəngləri axşamlar bulaq suyu kimi axıb yuxumuza süzülür. Onda yuxularımız da rənglərə bürünür. Belə anlarda sanki yuxularımız daha rəngarəng görünür. 

Dünyamız rənglərini fəsillərə uyğunlaşdırır, seçir, seçilir. Qışda ağappaq olur, yazda yaşıl, yayda çəhrayı, payızda isə sarı. Fəsillər dəyişdikcə rənglərini dəyişən dünyamız da yenilənir, güclənir.   

Rənglər bir yerə yığılanda bənzərsiz bir çələng yaranır. Sanki bu anlarda dünyamızın gözəl rəngə bürünmüş saçı asta-asta daranır. Bir-birinə bənzəməyən rəngləri gördükcə qəlbimizdə də elə rənglər kimi bənzərsiz fikirlər oyanır. Dünyamız bütün gözəlliyi ilə gəlib qarşımızda dayanır. Bu anlarda arzularımız, duyğularımız özünü sanki bəxtəvər sanır. Gözlərimiz, sözlərimiz sevinə-sevinə rəngdən- rəngə boyanır, fərəhlə, ürəklə Günəşə, Aya, ulduzlara boylanır. 

Ruhumuza qida verən, duyğularımıza sığal çəkən, fikir və düşüncələrimizə işıq saçan, üzümüzə nur çiləyən rənglər rəssamların fırçasında birləşəndə möcüzələr yaradır, baxanlarda heyranlıq doğurur. Rəssamlar anamız təbiətin bir-birinə bənzəməyən mənzərələrini kətan üzərinə köçürür. Çəkdiyi gözəl mənzərələri muzeylərə qoyub gələcək nəsillərə ötürür. 

Zövqümüzü oxşayan rənglər dünyasında hər kəsin özünün sevdiyi, seçdiyi, bəyəndiyi rəng var. Bu rənglər daim onun ruhunu oxşayır, qəlbini duyğulandırır.  Bəzən ürəyindəki kədəri, qəmi çıxarıb sevincə, fərəhə, xoşbəxtliyə qovuşdurur.

Qoy dünyamızın rəngləri həmişə təravətli, yaraşıqlı olsın, hələ bir az da çoxalsın. Nə solsun, nə də saralsın, yaşadıqca yaşasın. Yeni rənglər, bu rənglərə uyğun ahənglər dünyamızı daha da yaraşıqlı etsin, ovqatımıza ovqat qatsın. Rəssamlar da ilhama gəlib bu rənglərdən möcüzələrlə dolu mənzərələr yaratsın. 

Yaradıcı düşüncələrimiz dünyamızın bənzərsiz rənglərindən güc alıb həmişə uğurlara, zəfərlərə yol açsın. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!