29 Iyun 2024 09:25
163
İDMAN
A- A+

Rekord vərəqə

 

"Avro-2024"ün qrup mərhələsinin 3-cü turunun Çexiya- Türkiyə matçında 18 sarı vərəqə, 2 qırmızı vərəqə göstərilib. Görüşün referisi rumıniyalı İstvan Kovaçs olub. O, Türkiyə millisindən 11 futbolçuya sarı vərəqə göstərib. 
Bunlar Salih Özcan, Kenan Yıldız, İsmail Yüksek, Mert Günok, Hakan Çalhanoğlu, Uğurcan Çakır, Mert Müldür, Samet Akaydın, Kaan Ayhan, Orkun Kökçü və Arda Gülerdir. 
Çexiya yığmasından isə 5 futbolçuya sarı vərəqə göstərilib. Çexiya millisinin üzvü Antonin Barak 20-ci dəqiqədə 2-ci sarı vərəqə ilə cəzalandırıldığı üçün qırmızı vərəqə alaraq meydandan qovulub. Həmçinin onun komanda yoldaşı Tomas Çori 90+8-ci dəqiqədə qırmızı kart görüb. Digər sarı vərəqə alanlar isə Patrik Şik, Vitezslav Yaroş, Lukas Çerv, Ladislav Kreyçi və Tomas Souçekdir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video