22 İyul 2024 16:52
459
İQTİSADİYYAT
A- A+
Reklam sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub

Reklam sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub

 

Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin məqsədinin reklam sahəsində biznes mühitini, burada olan mövcud imkanları və perspektivləri müzakirə etmək, sektorun problemlərini dövlət-sahibkar əməkdaşlığı platformasında birgə nəzərdən keçirmək olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov qeyd edib ki, qurum tərəfindən göstərilən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək, vətəndaş məmnunluğuna nail olmaq əsas hədəflər sırasındadır. Bildirilib ki, sahibkarlar açıq məkanda reklamların yerləşdirilməsi zamanı müvafiq qaydalara əməl etməlidirlər. Reklam qurğularının müasir tipli yeni daşıyıcılarla əvəzlənməsi onların yerləşdirildikləri ərazilərin və binaların estetik görünüşünə xüsusi rəng qatmaqla yanaşı, şəhər və qəsəbələrin unikal tarixi simasını, milli koloritin qorunub saxlanılmasını təmin etməlidir. Müvafiq sahədə kibertəhlükəsizliyin təmin olunması məqsədilə ölkədəki monitor tipli reklam qurğularında yayımlanan reklamların məzmunlarının vahid mərkəzdən idarə olunması məsələsi də aktualdır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ötən illərdə reklam qanunvericiliyi barədə məlumatsızlıq bir çox hallarda cərimələrin tətbiq edilməsi ilə nəticələnirdi ki, bu da sahibkarların narazılığına səbəb olurdu. Lakin son dövrlər aparılan müşahidələrə əsasən artıq sahibkarlar reklam ödənişləri, qayda və prosedurlar barədə daha çox məlumatlıdırlar. Bu səbəbdən qurumlararası əməkdaşlıq və maarifləndirmə tədbirlərinin davamlı olması vacibdir. KOBİA sədri reklam yerləşdirilməsi ilə bağlı KOB-lara münasibətdə imtiyaz və güzəştlərin tətbiqinin bu sahədə fəaliyyət göstərən və ya biznesə yeni başlayanlara stimul verə biləcəyini də qeyd edib.

Tədbirdə reklam bazarındakı mövcud vəziyyət, açıq məkanda reklamın yerləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər müzakirə edilib, onların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Müzakirələrdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də biznes assosiasiyaların və reklam şirkətlərinin 80-ə yaxın təmsilçisi iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb  

10:42
24 Aprel

Hərbi vəzifəlilərin təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir  

10:42
24 Aprel

Ötən gün vətəndaşların bank kartlarından 20 min 332 manat oğurlanıb  

10:41
24 Aprel

Kiyev raketlərlə vurulub, ölənlər və xəsarət alanlar var

10:40
24 Aprel

Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb  

10:39
24 Aprel

Ceyms Şarp: Azərbaycanın Trans-Xəzər bağlantısındakı rolu regionun inkişafında mühüm istiqamətverici amildir  

10:38
24 Aprel

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

09:48
24 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətləri müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli faktordur  

09:34
24 Aprel

“Azərbaycan və Çin əməkdaşlığında yeni mərhələ başlayır”  

09:27
24 Aprel

Roma Papasının dəfni özünün sevimli kilsəsində keçiriləcək

09:20
24 Aprel

Yaz allergiyaları

09:15
24 Aprel

AZAL Qurban bayramı münasibətilə özəl uçuşların sayını artırır

09:10
24 Aprel

Cıdır düzündə dalğalanan Zəfər bayrağı

09:05
24 Aprel

Uşaq evinin nağıl dünyası

09:00
24 Aprel

Tariximizi dünyaya tanıdan alim

08:55
24 Aprel

Bu günün hədəfi sabahın "yaşıl işığ"ıdır

08:50
24 Aprel

"Azərbaycan Çinlə əksər sahələrdə sıx əlaqələrə malikdir"

08:45
24 Aprel

Erməni kilsəsi başqa xalqlara qarşı daim nifrət və dözümsüzlük formalaşdırmağa çalışıb

08:40
24 Aprel

Avropa İttifaqının məkrli "missiyası"

08:35
24 Aprel

Azərbaycan Qərbin ikili standartları ilə üzləşən ölkələrdəndir

08:30
24 Aprel

Paşinyan çətin sınaq qarşısındadır

08:25
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!