28 Noyabr 2025 08:15
301
SİYASƏT
A- A+
Regionun yeni ticarət yolları açılır

Regionun yeni ticarət yolları açılır


Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı etimadın formalaşması üçün mühüm zəmin yaranıb


"Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması üçün atılan addımlar Azərbaycan diplomatiyasının ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir. 2020-ci ildən sonra yaranan reallıqlar ölkəmizin yalnız hərbi üstünlüyünü deyil, həm də siyasi gücünün ifadəsidir. Prezident İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illər davam edən hərbi münaqişəni dayandırması ilə yanaşı, qarşılıqlı etimadın da əsasını qoydu". 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, postmüharibə dövründə Azərbaycan qalib tərəf olmasına rəğmən, heç bir ilkin şərt irəli sürmədən, sırf beynəlxalq prinsiplərdən çıxış etməklə sülh təşəbbüsünü irəli sürüb və daim sülh gündəliyinə dəyişməz sadiqlik nümayiş etdirib: "Avqustun 8-də isə Vaşinqtonda möhtəşəm tarix yazıldı. Ağ Evdə aparılan müzakirələr, imzalanan sənədlər, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən dövlətimizin başçısına göstərilən xüsusi ehtiram Azərbaycan diplomatiyasının növbəti uğuru oldu. Baş verənlər ölkəmizin necə düzgün, uğurlu yol keçdiyini, üzləşdiyi çətinliklərə, haqsızlıqlara, ikili standartlara baxmayaraq, ümummilli hədəflərinə, sülh istəyinə doğru inamlı addımlar atdığını sübut etdi".

Deputat bildirib ki, Azərbaycan dövləti və xalqı müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmindədir. Məlumdur ki, Ermənistandakı revanşist əhvali-ruhiyyəli qüvvələr, bu ölkənin yaxın-uzaq coğrafiyalardakı havadarları dünya birliyinin 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrini tanımamasına nail olmağa çalışırdılar, bəzi ölkələrin parlamentlərində qərəzli, ədalətsiz, heç bir əsası olmayan bəyanatlar, qətnamələr qəbul olunurdu. Ancaq haqq yolu tutan, beynəlxalq hüquq çərçivəsində davranan, ədalətli müharibənin qalibi olan Azərbaycan təzyiqlər qarşısında geri çəkilməyərək, öz həqiqətlərini müdafiə etməyi bacardı. "Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyanatı, iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması bir daha göstərdi ki, dünya Azərbaycanın başladığı, irəli apararaq məntiqi sonluğa yaxınlaşdırdığı sülh gündəliyini qəbul edir. Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk qrupunun və ona bağlı olan əlaqəli qurumların de-yure ləğvi də keçmiş Qarabağ münaqişəsinin beynəlxalq gündəmdən tamamilə çıxarılması deməkdir. Bu, Azərbaycan üçün tarixi uğurdur. Artıq revanşistlərin, onilliklər ərzində işğalçılıq siyasətini dəstəkləmiş qüvvələrin, erməni lobbisinin istinad edəcəyi heç nə qalmayıb", - deyə o əlavə edib.

Sevinc Fətəliyeva qeyd edib ki, Vaşinqton razılaşmasından sonra qarşılıqlı etimad mühitinin formalaşması üçün praktiki addımlar atılır. Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məhz bunun göstəricisidir. Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. 

Deputatın fikrincə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun göstəricisidir: "Rusiyadan da yüklərin Ermənistana Azərbaycan ərazisi vasitəsilə daşınması həyata keçirilir. Bu, o deməkdir ki, regionda yeni ticarət yolları açılır, qarşılıqlı etimadın formalaşması üçün mühüm zəmin yaranır. Bu yaxınlarda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin qarşılıqlı səfərləri də sülh yolunda önəmli addımlardır".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Cənubi Qafqaz hərbi toqquşmalar məkanından əməkdaşlıq platformasına çevrilməkdədir. Azərbaycanın sülh təşəbbüsləri bu gün həm beynəlxalq aləmdə, həm də region müstəvisində etimad qazanıb. Dövlətimiz bu gün bölgədə dayanıqlı sülhün təmin olunması üçün zəruri addımlarını atır. "Yekun sülh müqaviləsini imzalamaq üçün isə rəsmi İrəvan üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu da ondan ibarətdir ki, Ermənistan konstitusiyasından və digər qanunvericilik aktlarından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Qarşı tərəf bu məsələni həll etdikdən sonra yekun sülh sazişinin imzalanması üçün heç bir əngəl qalmayacaq", - deyə Sevinc Fətəliyeva bildirib.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həftəsonu Alp dağlarında qar uçqunlarında 6 nəfər ölüb  

22:19
11 Yanvar

Ukrayna Rusiyanın strateji neft və hərbi obyektlərinə hava zərbələri endirib

19:03
11 Yanvar

Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır VİDEO  

18:17
11 Yanvar

Almaniya Kansleri Hindistana səfər edib  

18:02
11 Yanvar

Sabah bəzi meteohəssas insanlarda narahatlıq hissi yarana bilər  

17:58
11 Yanvar

Məsud Pezeşkian: İran hökuməti bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır  

17:48
11 Yanvar

Ekokönüllülər Zəngəzur Milli Parkına ekskursiya edib  

17:17
11 Yanvar

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub  

16:39
11 Yanvar

Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb 

15:29
11 Yanvar

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

14:57
11 Yanvar

Almaniyada sol ekstremistlərə və radikal iqlim fəallarına qarşı tədbirlər sərtləşdiriləcək  

14:30
11 Yanvar

Volodimir Zelenski: Rusiyanın kritik infrastrukturlara zərbələrindən sonra Ukraynada vəziyyət ağır olaraq qalır  

14:02
11 Yanvar

“Qalatasaray” üzərində qələbəyə görə “Fənərbağça”nın futbolçularına 1,5 milyon avro mükafat verilib

13:53
11 Yanvar

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:23
11 Yanvar

IRENA-nın Baş direktoru: Ölkələrin bərpaolunan enerji strategiyalarını gücləndirməsinin vaxtı çatıb  

12:54
11 Yanvar

Stokholmda Qarabağ Həftəsonu Məktəbində yeni tədris ilinə start verilib 

12:43
11 Yanvar

Zaqatalada 27, Qaxda 15 santimetrədək qar yağıb – FAKTİKİ HAVA

11:31
11 Yanvar

Azərbaycan Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 16-cı Assambleyasında təmsil olunur  

11:05
11 Yanvar

Xarici işlər nazirinin müavini Somali ilə bağlı fövqəladə iclasda iştirak edib  

10:48
11 Yanvar

Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür  

10:11
11 Yanvar

ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı hücumla bağlı açıqlama yayıb- YENİLƏNİB  

09:09
11 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!