22 Mart 2026 14:31
159
DÜNYA
A- A+
Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi Avropa üçün çıxış yoludur

Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi Avropa üçün çıxış yoludur


İran ilə ABŞ arasında davam edən müharibə Avropanın enerji təminatı sisteminin o qədər də dayanıqlı olmadığını göstərdi. Körfəzdəki hərbi əməliyyatlarla əlaqədar olaraq dünya bazarında neft və təbii qazın qiymətinin artması bütövlükdə Avropanın iqtisadi vəziyyətini çətinləşdirdi. Qitə dövlətlərində baş verən inflyasiya, ümumi daxili məhsul (ÜDM) istehsalının aşağı düşməsi, iri şirkətlərin işçiləri ixtisar etməsi və işsizlik problemləri Avropa İttifaqını (Aİ) enerji təminatına daha ciddi yanaşmaq zərurətini meydan çıxartdı.

Azərbaycan ilə Aİ arasında enerji sahəsində əməkdaşlıq əlaqələri davam edir. Azərbaycan artıq Avropanın 16 ölkəsinə təbii qaz ixrac edir.

AZƏRTAC xəbər verir ki, Cənub Qaz Dəhlizi vasitəsilə bu gün Azərbaycan Avropaya 13 milyard kubmetr təbii qaz ixrac edərək üzərinə götürdüyü öhdəliyi dəqiq yerinə yetirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rolu daha da artıra bilər. Söhbət Xəzər ilə Qara dənizi birləşdirəcək yaşıl enerji dəhlizindən gedir. Azərbaycanın yaşıl enerji istehsal etməklə yanaşı, Mərkəzi Asiya respublikalarında istehsal olunan yaşıl enerjini də Avropaya tranzit olaraq nəql etmək potensialı var.

Xatırladaq ki, martın 4-də Bakıda “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə birinci inkişaf mərhələsinin Texniki-İqtisadi Əsaslandırma sənədinin müzakirəsinə həsr olunmuş ilk seminar keçirilib.

Seminarda Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov ölkəsinin 2030-cu ilədək ümumi enerji istehsal gücünü 26 QVt-a qədər artırmağı hədəflədiyini və bunun 30-35 faizinin isə bərpaolunan enerji mənbələrinin payına düşəcəyini bildirib. O vurğulayıb ki, Qazaxıstan zəngin enerji ehtiyatlarına malikdir və bu dəhliz vasitəsilə təmiz enerjini Avropa bazarlarına ixrac etmək niyyətindədir.

Özbəkistan Energetika Nazirliyinin məlumatına əsasən bu ölkə 2030-cu ilə qədər 20 GVt-dan çox bərpaolunan enerji potensialı yaratmağı və enerji balansında payını 40 faizə çatdırmağı planlaşdırır. Bu istiqamətdə ölkədə 28 layihə üzrə işlər davam etdirilir.

Azərbaycanın Energetika Nazirliyinin məlumatına əsasən isə ölkəmizdə yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. 2027-ci ilədək ümumi gücü 2 giqavatdan çox olan yaşıl enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu layihələr arasında yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən külək və günəş stansiyaları xüsusi əhəmiyyət daşıyır.

Göründüyü kimi, hər 3 ölkənin olduqca böyük alternativ enerji istehsalı potensialı var və bu enerjinin ixracı üçün “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi həyata keçirilir.

Aİ bu layihədə maraqlı olduğunu bildirib və əgər bu gün olduğu kimi, gələcəkdə də yarana biləcək geosiyasi gərginliklər fonunda Aİ yenə də enerji böhranı yaşamaq istəmirsə, onda bu layihəyə iri həcmdə sərmayə yatırmalıdır.

Bu gün Azərbaycan əməkdaşlıq üçün getdikcə daha cəlbedici ölkəyə çevrilir. Xəritəyə nəzər salsaq, görərik ki, Avropanın Asiya, Çin və Mərkəzi Asiya ilə əlaqəsi Azərbaycandan keçir. Ölkəmizdə enerji ixracı və tranziti üçün infrastruktur fəal şəkildə inkişaf etdirilir. Söhbət gələcəkdə Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan, daha sonra isə Sloveniya və İtaliya ilə birləşdirəcək elektrik kabeli layihəsindən gedir. Xatırladaq ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında anlaşma memorandumu 2023-cü il iyulun 25-də Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.

Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu suyun altında 1155, quruda isə 40 kilometrdir. Gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.

Beləliklə, müasir dünyamızdakı geosiyasi mübarizənin hərbi toqquşmalara gətirib çıxarması dövlətlərin enerji təhlükəsizliyinə böyük təhdid yaradır. Heç kimi təminat verə bilməz ki, bu kimi müharibələr 10, 20, 30 ildən sonra bir də təkrarlanmayacaq. Nə qədər ki dövlətlər var, onların milli maraqları və geosiyasi ambisiyaları da olacaq ki, bunlar da hərbi toqquşmanı qaçılmaz edir. Bu baxımdan enerji problemləri ilə qarşılaşan Avropa üçün “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi çıxış yolu ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak edib

19:26
22 Mart

Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib

18:00
22 Mart

İstanbul valisi: Dağıntılar altında qalan doqquz nəfərdən yeddisi xilas edilib  

15:39
22 Mart

Qətərdə helikopter qəzası: ölənlər arasında üç nəfər Türkiyə vətəndaşı var

15:17
22 Mart

Moskva-Bakı reysi ilə uçan təyyarə geri qayıdıb

15:09
22 Mart

İstanbulda çökən binaların altından dörd nəfər xilas edilib

14:54
22 Mart

Bəhreyn indiyədək İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirib

14:41
22 Mart

Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi Avropa üçün çıxış yoludur

14:31
22 Mart

İstanbulda iki bina çöküb, dağıntılar altında qalanlar var

14:01
22 Mart

Nazir: Ankara Zəngəzur dəhlizinin açılması üçün ondan asılı olan tədbirləri tam şəkildə yerinə yetirir  

13:47
22 Mart

Milli Məclisin nümayəndə heyəti II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisidədir

12:57
22 Mart

Azərbaycanın rayonlarında bəzi yerlərdə hava yağıntılı olacaq - sabahın hava proqnozu

12:39
22 Mart

Ötən gün 24 cinayətin açılması təmin edilib

12:13
22 Mart

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq reytinqdə liderliyini bir daha təsdiqlədi  

11:56
22 Mart

Çinin ÜDM-i 2030-cu ilə qədər 25,39 trilyon dollara çata bilər

11:43
22 Mart

Britaniyanın nüvə sualtı qayığı Ərəb dənizindədir  

11:26
22 Mart

ABŞ Prezidenti İranla razılaşmada maraqlı olmadığını açıqlayıb

11:19
22 Mart

Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb

11:05
22 Mart

Media: ABŞ İranla mümkün sülh danışıqlarını müzakirə edir

10:41
22 Mart

Tramp: Hörmüz boğazı 48 saat ərzində açılmasa, ABŞ İranın enerji obyektlərinə zərbə endirəcək

10:23
22 Mart

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirib

10:04
22 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!