10 Aprel 2024 08:55
1376
Mədəniyyət
A- A+
Ramazan insanların həmrəyliyini nümayiş etdirir

Ramazan insanların həmrəyliyini nümayiş etdirir

 

Ramazan bayramı müsəlmanların ən əziz, ən müqəddəs bayramlarından biridir. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli ay hesab edilir. Ona görə də onu "on bir ayın sultanı" da adlandırırlar. Çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan "Qurani-Kərim" nazil olub. Həmin gecəyə "qədr" və ya "əhya" gecəsi deyirlər.
Müsəlmanlar bu ayda böyük mənəvi zəfər bayramının sevincini bir-biri ilə bölüşür və birlikdə namaz qılaraq Uca Yaradana şükürlərini bildirirlər. Pak qəlbləri ilə əllərini Tanrıya açıb Ondan istəklərini diləyirlər. Bayram namazı Ramazan ayı boyunca mənəvi olaraq ilahi zirvəyə çatmışların Allahla birbaşa ünsiyyətidir. Namaz qıldıqca insan ürəyindəki bütün saf diləklərini dilə gətirir, səmimi-qəlbdən Allaha dua edir. Sonra ailə üzvləri ilə birlikdə açılan bayram süfrəsi arxasında oturub bu müqəddəs günü qeyd edirlər...
Ramazan ayı insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə, mənəvi təmizliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha pərvaz etməsidir. Ramazan ayında fani varlıqlar sanki savaş meydanına atılırlar. İmanla nəfs bu meydanda çarpışır. Nəfs bütün imanlı işləri üstələməyə çalışır, onun davamlı olmasını istəyir. İnanclar isə mətanətlə, dəyanətlə buna qarşı çıxır. Zaman keçdikcə dil yalandan, göz və könül haramdan uzaqlaşır. Orucluq insanlara iradələrini, dözümlüklərini yoxlamağa şərait yaradır, addım-addım onları paklığa, mənəvi təmizliyə dəvət edir.
Təəssüflər ki, keçmiş sovet hakimiyyəti illərində islamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan olunmuşdu. Lakin imanlı adamlar gizli də olsa, dini rituallarını icra edirdilər. Oruc tutmaqlarından, namaz qılmaqlarından, uca Tanrıya ibadətlərindən qalmırdılar.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu. İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət kökündən dəyişdi. Artıq insanlar azad şəkildə müqəddəs bayramlarını qeyd etməyə başladılar, namaz qıldılar, oruc tutdular. "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Ramazan bayramı da, başqa bayramlar kimi, ölkəmizdə dövlət səviyyəsində qeyd olunmağa başladı.
Tədqiqatçıların fikrincə, "Ramazan" yay aylarının sonunda və payızın əvvəlində yağan və yerdəki tozları təmizləyən yağış mənasını da verir. Yəni bu yağış Yer üzünü necə yuyub təmizləyirsə, Ramazan ayı da möminləri günahlardan eləcə təmizləyir. Ramazan ayı - mənəvi tərbiyə ayıdır. Ramazanın başqa bir mənası isə yanmaqdır. Buna görə Ramazan ayı oruclunun günahlarını yandıraraq yox edir. Hər iki mənanın birləşdiyi nöqtə oruclunun bu ayda günahlardan təmizlənməsidir. 
Ramazan bütün müsəlmanlar üçün əzizdir, müqəddəsdir. Bu bayramı islam dininə qəlbən bağlı olan Azərbaycan xalqı neçə əsrdir ki, yüksək inam və ruh yüksəkliyi ilə qeyd edir. İslam dininə görə, oruc tutanlar axirətdə və dünyada Allahın sevgisini qazanırlar. Bir sözlə, Ramazan ayı Allahı dərk etmək, mənəvi təmizlənmə və Uca Yaradana yaxınlaşma ayıdır. On bir ayın sultanı olan Ramazanda həm də müsəlmanlara həmrəyliklərini nümayiş etdirməyə fürsət verilir. 
Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini vurğulayaq demişdir: "Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır... Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir". 
Prezident İlham Əliyev hər il Ramazan bayramında xalqımızı təbrik edir. Dövlət başçımız bu il də Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlamışdı: "Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız "Qurani-Kərim"in nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar. Xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuzillik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır".
Ramazan bayramı həm də insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir. Məhz bu birlik, həmrəylik dövlətimizin daha da güclənməsini, düşmən tapdağındakı torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Təəssüflə qeyd olunmalıdır ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər ermənilər tərəfindən nəinki dağıdılmış, hətta bir çox halda təyinatına uyğun olmayan şəkildə istifadə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş bu ərazilərdə olması, həmin dini obyektlərin yenidən qurulması ilə bağlı tapşırıqları hamımızı ürəkdən sevindirir. Bu, ölkəmizdə həm dini dəyərlərimizə, həmçinin hər bir müsəlmana göstərilən ən böyük diqqət və qayğıdır.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyada məktəblərdə mobil telefon qadağası qanuniləşdirilir

23:30
20 Aprel

Fransada ənənəvi çörək istehlakı azalır

21:33
20 Aprel

D vitamini niyə vacibdir?

21:24
20 Aprel

Bəzi insanlar rəngləri “eşidir”, sözləri “dadır”

21:13
20 Aprel

Yeni Zelandiyanın paytaxtında fövqəladə vəziyyət

21:03
20 Aprel

BƏƏ-də məktəblərdə yeni təhlükəsizlik qaydaları tətbiq olunur

20:52
20 Aprel

“Threads” yenilənir

20:46
20 Aprel

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

20:41
20 Aprel

Tramp danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İran liderləri ilə görüşməyə hazır olduğunu bildirib

20:40
20 Aprel

İnsanabənzər robot rekord qırıb

20:36
20 Aprel

Kanada ABŞ-dən iqtisadi asılılığını azaltmaq istəyir

20:23
20 Aprel

“iPhone 18” bu rənglərdə ola bilər

20:17
20 Aprel

Dünya yeni bir başlanğıca ehtiyac duyur

20:11
20 Aprel

Neft qiymətləri artdı

20:04
20 Aprel

"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

20:02
20 Aprel

Rumen Radevin koalisiyası Bolqarıstan seçkilərində qalib olub

19:58
20 Aprel

Azərbaycanın Suriya ilə təbii qaz ticarəti 53,9 milyon dolları ötüb

19:46
20 Aprel

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq sessiyası keçirilib

19:39
20 Aprel

Gürcüstan-Azərbaycan arasındakı ticarət dövriyyəsi birinci rübdə 322,2 milyon dollar olub  

19:31
20 Aprel

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

19:26
20 Aprel

Azərbaycanda xalça istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb

19:23
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!