14 İyun 2024 08:00
2354
SİYASƏT
A- A+
Qurtuluşun XOCALI ünvanı

Qurtuluşun XOCALI ünvanı

 

İlham Əliyevin yenidən qurduğu şəhər indi daha əzəmətli və möhtəşəm görünür

 

Bir gecədə yandırılaraq məhv edilən şəhər...
Taleyin acı sınağından çıxan Xocalı... 
32 il öncə burada puç olan arzular indi Zəfər çiçəyi açıb... 
Tarixin ən dəhşətli soyqırımı acısını yaşayan şəhər tam başqa libasa bürünüb. İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Xocalı da əzəmətli tikinti meydançasını xatırladır.
Şəhərin asfalt küçələrini gəzib dolaşdıqca yeni mənzillər, salınmış yaşıllıqlar və davam edən inşaat işləri insanın ürəyini dağa döndərir. Böyük Zəfərin yaratdığı reallığı məhz belə yerdə daha çox hiss edirsən. 
32 ildən sonra diqqətlər yenidən Xocalı şəhərinə yönəlib. Ancaq bu dəfə şəhid Xocalı yox, qəhrəman Xocalı kimi...
Başımızın üstündə dalğalanan üçrəngli bayrağımız, möhtəşəm tikinti-quruculuq və Xocalıya yenidən dönənlərin sevinci insanda fəxarət, qürur hissi yaradır. 

 

140 fərdi yaşayış evi, 48 kottec tipli ev və 9 bina

 

Bir zamanlar tarixin ən dəhşətli faciəsini yaşayan Xocalı sakinləri indi yurda dönüb, söndürülmüş çıraqlarını yenidən yandırırlar. Cəmi 8 ayda Xocalıda möhtəşəm quruculuq işləri həyata keçirilib.
Xatırladaq ki, Müzəffər Ali Baş Komandan 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağını qaldırdıqdan sonra burada böyük abadlıq işlərinə də start verilib. Bu qısa zamanda Azərbaycan yalnız öz iqtisadi qüdrəti hesabına Xocalıda yeni və müasir şəhər salıb. 
Bu gün isə vaxtilə soyqırımından sağ çıxmış və uzun illər məcburi köçkün həyatı yaşamış sakinlərin Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən bərpa edilən və tikilən doğma şəhərə qayıdışı davam edir. 
Xankəndi şəhərində, Ağdərə və Xocali rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin Xocalı rayonu üzrə əhalinin məskunlaşma şöbəsinin əməkdaşı Elşən Mehrəliyevlə birgə şəhəri gəzib görülən işlərlə tanış oluruq. Elşən Mehrəliyev deyir ki, Xocalıya ilk köç mayın 28-də, Müstəqillik Günündə reallaşıb. 
Prezident İlham Əliyev Xocalıya səfəri zamanı yerli sakinlərlə görüş keçirib, onlara mənzillərinin açarlarını təqdim edib. Mayın 28-də Xocalı şəhərinə 20 ailə (81 nəfər) pənah gətirib. Mayın 29-da isə ikinci köç karvanı ilə daha 24 ailə (88 nəfər) Xocalı şəhərinə çatıb. Hazırda Xocalı şəhərinə ümumilikdə 44 ailə (169 nəfər) köçürülüb və proses davam etdiriləcək.
Şəhərdə görülən və nəzərdə tutulan işlərlə bağlı məlumatı "Bakı Abadlıq Xidməti"nin memarı Ahmet Eren Patatoğlundan alırıq. Memar deyir ki, Xocalı şəhəri 1-ci mərhələ üzrə 167 ha və 18 ha ərazi olmaq üzrə 2 hissədən ibarətdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin verdiyi icazəyə əsasən, 167 ha ərazidə 140 fərdi yaşayış evi, 48 kottec tipli ev və 9 binadan ibarət 110 mənzildə tikinti, təmir-bərpa və abadlıq işləri aparılır.
Bütün kommunikasiya xətləri (qaz, su, işıq, rabitə) yer altına salınıb. İlk 50 ev birləşmələri tamamlanıb. Ümumi şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. 18 ha ərazidə yerləşən 92 ədəd "FİN" tipli evlərdə tikinti, təmir-bərpa və abadlıq işləri aparılır.
Memarın sözlərinə görə, bunlardan əlavə, Xocalı şəhərinin giriş hissəsində yerləşən çay kənarında bulvar ərazisinin salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə bazar yeri qurulur. Xocalı şəhərinin giriş hissəsində iaşə obyektləri (market, çörək sexi, aptek, coffeeshop və s. ) tikilir.
Təhsil Nazirliyi tərəfindən Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası tikilib. Məktəbin qarşısında Xocalı sakinləri üçün park salınıb. Parkın yanında Sənətkarlar məhəlləsi (taxta sexi, duluzçuluq, tikiş sexi, peşə inkişaf mərkəzi, Gilabi ceramic, metal misgərlik və s. ) yaradılıb.
Bununla yanaşı, Xocalı sakinləri üçün idman kompleksində (şahmat, cudo, güləş, gimnastika, stolüstü tennis, basketbol, mini-futbol, fitnes, badminton) tamamlanma işləri aparılır.
Xocalı şəhərində daha 15 çoxmənzilli binada təmir və yenidənqurma işləri aparılıb. Prezident 
İlham Əliyev mayın 28-də Xocalıya səfəri zamanı burada yaradılan şəraitlə tanış olub. Bura Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksidir. Şəhərçik demək olar ki, yenidən əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 180 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb. Hər tərəf asfaltlanıb və kompleks yeni sakinlərinin yolunu gözləyir.

 

Xocalıda nələr olacaq?!

 

Bu il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərinə səfəri zamanı Xocalı Soyqırımı Memorialının təməlini qoyub. 
Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədini daşıyır. Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar, Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.
Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, düşmənlə üz-üzə qalan xocalılıların mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyasını, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq. 
Memorialda həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq. Maarifləndirici materiallar, rəqəmsal məzmun vasitəsilə soyqırımı kimi faciələrin səbəbləri, nəticələri, qarşısının alınmasının zərurəti, cəmiyyətin insan haqlarına hörmət etməsinin vacibliyi diqqətə çatdırılacaq.
Bundan başqa, Xocalının Baş planına uyğun olaraq, şəhərdə müxtəlif infrastrukturlar inşa ediləcək. 
Xocalı yerləşdiyi coğrafi mövqeyinə görə, Qarabağda bir qovşaq rolunu da oynayır. Ağdam, Əsgəran, Xankəndi və Şuşaya yaxın olan Xocalı regional mərkəz kimi davamlı surətdə inkişaf edəcək. 
Belə ki, Xocalını Əsgəranla 5 kilometr, Ağdam şəhərindən isə 10 kilometr ayırır. Xankəndiyə 11 kilometr, Şuşaya isə 7 kilometrdir. Bununla artıq Xocalının gələcəyi özü təbii olaraq şərtləndirilir. Bura regional "hab"a, tranzit nöqtəsinə çevriləcək. Bu, iqtisadiyyatın, iqtisadi fəaliyyətin həm cəmləşdiyi, həm də kənara inkişaf edəcəyi bir məkandır.
Burada həm zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq. Ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər tikiləcək. 
Burada çox zəngin kənd təsərrüfatı torpaqları olduğunu nəzərə alaraq, şəhər daxilində kiçik aqropark yaradılması təklif olunur. Müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye, qida sənayesi obyektləri yaradılacaq, nəqliyyat və logistika ənənəvi əsas sektor olaraq inkişaf etdiriləcək.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin memarı olduğu Şanlı Qurtuluşun və Zəfərin yeni ünvanı olan Xocalıda görülən işlər hər kəsdə qürur hissi yaradır. Tezliklə xocalılıların hamısı doğma yurda qayıdaraq yenidən xoşbəxt həyat sürməyə başlayacaqlar, Xocalıda həyat yenidən qaynayacaq. 
Elə bu qürurverici xoş ovqatla reportajımızı yekunlaşdırıb, tezliklə Xocalıya yenidən qayıtmaq arzusu ilə Bakıya dönürük.   

Rəşad BAXŞƏLİYEV,
Elçin CƏFƏROV,
"Azərbaycan"  

Bakı-Xocalı-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!