23 Iyul 2024 15:05
105
CƏMİYYƏT
A- A+

Qoşqar Təhməzli: Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını artırmaqda maraqlıdır

 

Azərbaycan tərəfi Rusiyaya meyvə-tərəvəz - alma, şaftalı, pomidor, xurma və sairə məhsulların ixracını artırmaqda maraqlıdır. Qonşu ölkədə şaxtalı havalar fonunda yaranmış çatışmazlığı doldurmaq üçün Rusiya Federasiyasına bütün lazımi həcmləri tədarük etməyə hazırıq. Bununla bağlı heç bir problem yoxdur.

"Azərbaycan" qəzeti xəbər verir ki, bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Agroexpert”ə eksklüziv müsahibəsində deyib.

Son bir ildə iki ölkə arasında ticarət balansının dəyişməsi tendensiyasından danışan agentliyin rəhbəri qeyd edib ki, hazırda ərzaq malları ticarətinin həcmi artır. RF Federal Gömrük Xidmətinin məlumatına görə, 2024-cü ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı məhsulları və ərzaq mallarının ticarəti ötən ilin eyni dövrü ilə müqayisədə 678,8 milyon dollardan 705,9 milyon dollara çatıb. Ölkəmizə gətirilən məhsullar arasında yumşaq buğda, qarğıdalı, şəkər, bitki yağı və heyvanlar üçün hazır yem məhsulları üstünlük təşkil edib. Azərbaycan isə Rusiyaya pomidor, kartof, xurma, alma və yumurta ixrac edir.

Qoşqar Təhməzli əlavə edib ki, konkret mal partiyasının keyfiyyəti ilə bağlı suallar yaranarsa, tərəflər onları operativ şəkildə həll edirlər.

Sədrin sözlərinə görə, Azərbaycanda yüksək riskli məhsulları olan müəssisələrin qeydiyyatının daha fəal aparılması planlaşdırılır. Bu, yumurta və yağ kimi məhsulların ixracını artırmağa kömək edəcək.

Qoşqar Təhməzli Rusiyanın bu yaxınlarda yumurtanın rüsumsuz idxalını ləğv etməsi ilə bağlı sualı cavablandırarkən vurğulayıb ki, Azərbaycan Respublikası yumurta və quş əti istehsalı üçün əhəmiyyətli potensial yaradıb və ölkədə epizootik vəziyyət sabitdir. Hazırda süfrə yumurtası ilə özünütəminetmə səviyyəsi 100,5 faiz təşkil edir ki, bu da həmin məhsulun müntəzəm ixracına imkan verir.

Agentlik rəhbəri onu da bildirib ki, Bakı və Moskva Rusiyanın baytarlıq preparatlarının Azərbaycanda istehsalının təşkili imkanlarını nəzərdən keçirə bilər. “Hazırda xüsusi ekspert qrupu təhlillər aparır və ilk növbədə, Azərbaycana hansı baytarlıq preparatlarının lazım olduğu və onların həcmi ilə bağlı yekun rəy təqdim etməlidir. O əlavə edib: “Əgər bu həcm rusiyalı tərəfdaşları maraqlandırarsa, o zaman biz Azərbaycanda istehsalın təşkili imkanlarını nəzərdən keçirəcəyik. Bu, bizə yeni iş yerləri açmağa və son məhsulların maya dəyərini aşağı salmağa imkan verəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video