23 Iyul 2024 17:09
112
DÜNYA
A- A+

Nadir qara dəlik kəşf edilib

Almaniyanın Köln Universitetinin tədqiqatçıları Süd Yolu qalaktikasının mərkəzində “Sagittarius A” adlı superkütləli qara dəliyin yaxınlığındakı ulduz klasterini müşahidə edərkən qara dəlik aşkar ediblər. O, kainatdakı ən nadir qara dəlik növlərindən biri olan yeni ara kütləli qara dəlikdir.

İlk orta kütləli qara dəlik 2020-ci ildə Hubble Kosmik Teleskopundan istifadə edilərək kəşf edilib. “IRS 13” olaraq adlandırılan bu ulduz çoxluğu isə təsadüfi sıraya düzülmək əvəzinə, nizamlı şəkildə hərəkət edib. Bu gözlənilməz hərəkətlə bağlı Köln Universitetindən verilən açıqlamada, ulduz çoxluğunun superkütləli qara dəliklə qarşılıqlı əlaqədə olması və müşahidə edilən yığcam formanı saxlamaq üçün çoxluğun içində bir şey olması lazım olduğu bildirilib.

Bu qara dəliklə bağlı tədqiqatlar davam edir. Tədqiqatlar zamanı hazırda James Webb Kosmik Teleskopundan və Çilidə tikilməkdə olan Son Dərəcə Böyük Teleskopdan istifadə ediləcək.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video