24 Aprel 2025 08:20
374
SİYASƏT
A- A+
Qondarma iddialar və əsl həqiqətlər

Qondarma iddialar və əsl həqiqətlər


Azərbaycan qətiyyəti ilə erməni saxtakarlığını da ifşa edir


Tarixi saxtalaşdıran erməni şovinistləri 1915-ci ildə özlərinin "soyqırımın"a məruz qalmaları ilə bağlı onilliklərdir qaldırdıqları hay-küylə dünyanı təngə gətiriblər. Ancaq hay həyasızlığı ilə saxta soyqırımı barədə hay-şüvən salan faşist idelogiyalılar nədənsə həmin tarixlə bağlı arxivlərin açılmasını qətiyyən istəmirlər. Türkiyə dəfələrlə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırsa da, qarşı tərəf həmin təklifə bu günə qədər də cavab verməyib. 

Çünki xain və hiyləgər erməni toplumu yaxşı bilir ki, 1915-ci il arxivləri açılsa, törətdikləri qanlı əməllər faktlarla ortaya qoyulacaq, iyrənc simaları üzə çıxacaq. Bütün dünya biləcək ki, əslində, 1915-ci ildə soyqırımına məruz qalanlar ermənilər yox, türklər olub. Tarixi faktlar göstərir ki, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insan kütləvi şəkildə qətlə yetirilib.


Xəstə ideologiya


Xəstə düşüncə ilə "böyük Ermənistan" xülyasına qapılaraq əsrlər boyu türk xalqlarına qarşı soyqırımı siyasəti həyata keçirən erməni şovinistləri XIX əsrin ikinci yarısından başlayaraq, Türkiyədə qırğınlar törədərək saysız insanı qətlə yetiriblər. XX əsrin əvvəllərindən etibarən Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və başqa yerlərdə də on minlərlə azəri türklərini kütləvi şəkildə öldürüblər. Eləcə də 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə Azərbaycan xalqını ard-arda soyqırımına məruz qoyublar. 

Türk millətinə qarşı törətdikləri kütləvi qətliamları, soyqırımları həyasızlıqla özlərinin uğradıqları soyqırımlar, faciələr kimi təqdim etmək də xəstə erməni təfəkkürünün bir başqa təzahürüdür. 

İki paralel aparaq. 1915-ci ilin aprelində indiki Türkiyədə türk millətindən olan əhalini qırğına verən ermənilər bunu hayların "soyqırımı" kimi dünyaya sırıyırlar. 

Həmçinin 1988-ci ildə Sumqayıtda erməni millətçiləri Azərbaycana qarşı həyata keçirdikləri təxribatlara görə ölkəmizi günahkar göstərməyə çalışırlar.  

Ancaq saxta erməni təbliğatı gerçəkləri dəyişdirmək gücündə deyil. 1915-ci ildə baş verənlərlə bağlı tarixi faktlar erməni uydurmalarının üzərindən qırmızı xətt çəkir. Hayların bir əsr əvvəl əcdadlarının "soyqırımı"na məruz qalmaları ilə bağlı qondarma iddialarını rədd edir. 

1993-cü il iyulun 23-də Ermənistanın faşist ideologiyalı rəhbərlərindən  biri Levon Ter-Petrosyan "Yerkrapa" könüllülər birliyinin toplantısında erməni şovinistlərinin əsrlərdir həyata keçirdikləri planlarını, xalqımızı deportasiya, işğal, soyqırımı, terror və  təxribatlarla necə üz-üzə qoymalarını açıq şəkildə etiraf edib. Videoyazıya alınan həmin çıxışında Petrosyan deyib: "Bizim hərəkat hesabına Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemin öhdəsindən gələ biliblər - Ermənistan və "Artsax" digər xalqlardan tamamilə təmizlənib.

...Təsəvvür edirsinizmi, bu gün 1988-ci ilədək burada yaşayan 170 min nəfər digər millətlərin nümayəndələri olsaydı, indi bizim dövlətçiliyimiz yox idi".

Faşist Levon Ter-Petrosyanın 32 il əvvəl, Ağdamın işğalından sonra  etdiyi çıxışı da ortaya qoyur ki, Sumqayıt hadisələri də erməni şovinistləri tərəfindən həyata keçirilib.

Eləcə də 2023-cü ildə Qarabağda yaşayan ermənilərin könüllü şəkildə ölkəmizi tərk etmələri erməni məkrinin növbəti təzahürüdür. Revanşistlər, erməni kilsəsi, hakimiyyətə yaxın dairələr bu məsələ ətrafında manipulyasiyalar edərək hadisəni fərqli və qərəzli şəkildə təqdim edir, Qarabağı tərk edən ermənilərin sayını əslində olduğundan dəfələrlə çox şişirdirlər. Hələ zaman keçdikcə bu hadisəyə xeyli qara yaxacaqları da şübhəsizdir. 


Erməni faşizminin çirkin siması


Azərbaycan xalqına qarşı saysız cinayət əməlləri törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəməsində də ermənilərin hərbi cinayətləri faktlarla ortaya qoyulur. Məhkəmədə təcavüzkar müharibə gedişində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, habelə soyqırımı əlamətləri olmadan əhalinin bütövlükdə və ya qismən məhv edilməsi faktları açıqlanıb.

1988-2024-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 3493 nəfər mülki, 15 min 357 nəfər hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb, 4435 nəfər mülki, 51 min 803 nəfər hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.

1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə 1698 azərbaycanlı girov götürülüb.

Əsir və girov götürülən 1284 dinc sakindən 122-si mülki sakin, əsir götürülmüş 414 nəfər hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb.

Xalqımıza qarşı törədilən bütün bu qanlı əməlləri təqsirləndirilən erməniəsilli şəxslər özləri də etiraf edirlər. 

Məhkəmənin aprelin 18-də davam etdirilən baxış iclasında Xocalı soyqırımında iştirakı müəyyən edilmiş təqsirləndirilən şəxs Madat Babayan dindirilmə zamanı Xocalıda silahsız insanların qətlində iştirakını etiraf edib. O, Xocalıda bütün əmrləri "Xolostoy" ləqəbli Arkadi Şirinyanın verdiyini deyib və əlavə edib: "Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər".


Erməni saxtakarlığı tarixi dəyişdirə bilməz 


Erməni vandalları 44 günlük müharibə dövründə də terrorçu xislətlərini nümayiş etdirmişdilər. Onlar Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından intensiv atəşə tuturdular. Faşist xislətlilər həm də dinc əhaliyə qarşı bu qəddar hücumlarında qadağan olunmuş silahlardan istifadə edirdilər.

Həmin vaxt Gəncədə törətdikləri soyqırımı, Bərdədə, Tərtərdə mülki əhalini hədəf alaraq terror törətmələri, bütöv ailələri yer üzündən silmələri, körpələrin, uşaqların, qocaların öldürülməsi ermənilərin qatil mahiyyətlərini bir daha ortaya qoyur. 

Təqsirləndirilən keçmiş quldur və separatçı rejimin başçısı Arayik Harutyunyan Bakıda keçirilən məhkəmə prosesində verdiyi sərbəst ifadədə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətini, milli düşmənçilik zəminində törətdiyi cinayətkar əməlləri ifşa edib, Azərbaycana qarşı törədilən hərbi cinayətlərin əmrinin məhz  Ermənistandan verildiyini deyib. 

O da reallıqdır ki, qərəzli Qərb dairələrinin timsalında erməni yalanlarına, onların faşizm əməllərinə göz yumanlar bu gün də tapılır.

Ermənistanda saxta soyqırımı abidəsinin önündə timsah göz yaşları tökən məkrli xarici siyasətçiləri də çox görmüşük. Ancaq bütün bu riya və şoular tarixi faktları dəyişdirmək gücündə deyil. Faktlar isə 1915-ci ildə, eləcə də həmin tarixdən əvvəlki və sonrakı zamanlarda da ermənilərin türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata kerçirdiklərini təkzibedilməz şəkildə sübuta yetirir.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Gürcüstan Media Forumunda media ekosisteminin gücləndirilməsi yolları müzakirə edilib 

14:17
05 Dekabr

Amerikalı professor: Ermənistan kontekstində azərbaycanlılara aid toponimlər ciddi dəyişikliklərə məruz qalıb  

14:16
05 Dekabr

Dekabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb  

14:15
05 Dekabr

İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti: Qərbi Azərbaycana qayıdış yalnız fiziki əşyaların bərpası ilə məhdudlaşmamalıdır  

14:15
05 Dekabr

Carlo Marino: Beynəlxalq ictimaiyyətin dəstəyi Qərbi azərbaycanlıların geri qayıdışını sürətləndirəcək  

14:14
05 Dekabr

TDT-nin Baş katibi: Təşkilata üzv olan ölkələr böyük iqtisadi potensiala malikdirlər  

14:13
05 Dekabr

İşçi hüquqlarının gücləndirilməsi üçün Əmək Məcəlləsinə yeni anlayışlar əlavə olunur  

14:12
05 Dekabr

“Qurani-Kərim” Rusiyada ən çox oxunan kitablardan biridir  

14:09
05 Dekabr

Nazir müavini: Azərbaycanda son dörd ildə 12 milyondan çox ağac əkilib  

13:58
05 Dekabr

ABŞ immiqrasiya qadağasına məruz qalan ölkələrin siyahısını genişləndirəcək  

13:47
05 Dekabr

          Göygöldə Rumıniyanın Milli Günü qeyd edilmişdir  

13:23
05 Dekabr

TDT-yə üzv ölkələrin nazirləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər  

12:47
05 Dekabr

Horovluya qayıdış davam edir, bu gün 18 ailə kəndə yola salınıb  

12:46
05 Dekabr

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” ölkəmizin beynəlxalq mədəniyyət platformasında artan rolunu bir daha nümayiş etdirəcək  

12:17
05 Dekabr

Şuşada Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir  

12:16
05 Dekabr

Baş nazir Əli Əsədov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb  

12:15
05 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir  

12:14
05 Dekabr

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!