28 Noyabr 2023 09:05
10653
SİYASƏT
A- A+
Qlobal lider, yüksələn nüfuz

Qlobal lider, yüksələn nüfuz

 

İlham Əliyevin müstəqil siyasəti ilə Azərbaycan yeni çağırışlara cavab verən ölkə statusuna sahiblənib

 

Əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşməsi, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti olan Azərbaycan həm də dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bunun da yeganə səbəbi son 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir.
Məhz İlham Əliyevin sözünə və vədinə sadiqliyi, irəli sürdüyü qlobal təşəbbüsləri Azərbaycanın nüfuzunu və siyasi çəkisini gündən-günə artırmaqdadır. Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan Cənubi Qafqazdakı hər hansı regional məsələni müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.
Bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud problemlərinin həlli yolları barədə fikirlər səsləndirməsin. İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna tək bir misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü qlobal təşəbbüsləri, mühüm təklifləri göstərmək olar. 
Bütün bunlarla yanaşı, Azərbaycan həm də əhəmiyyətli qlobal konfransların, forumların, toplantıların, idman yarışlarının keçirildiyi məkan kimi də tanınmaqdadır. Elə ay yoxdur ki, ölkəmizdə, xüsusən də Bakıda hər hansısa mötəbər tədbir keçirilməsin. Bütün toplantılara ən yüksək səviyyədə evsahibliyi etmək isə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə böyük töhfə verir. 
Ötən həftə Azərbaycanın BMT-nin Xüsusi Proqramı - SPECA həftəsinə evsahibliyi etməsini, ardınca proqramın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsini də bu prosesin tərkib hissəsi adlandırmaq olar. 
Ümumiyyətlə, çoxəsrlik tarixi və mədəni əlaqələr Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə iqtisadi layihələrin reallaşmasına geniş imkanlar yaradıb. Qədim İpək yolu üzrə uzanan ənənəvi Şərq-Qərb dəhlizi Mərkəzi Asiyadan gələn yüklərin daşınması üçün ideal platformadır. Dünya iqtisadiyyatının nəhənglərindən olan Çin də Avropa bazarlarına çıxış üçün bu marşrutdan əbəs yerə istifadə etmir. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Bu baxımdan, SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının ilk Zirvə görüşünün paytaxtımızda keçirilməsi olduqca xüsusi əhəmiyyət kəsb edirdi.
Onu da qeyd edək ki, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində üzv ölkələri arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib və bu gün də yüksələn xətlə davam etməkdədir. 
İlk Zirvə görüşündə çıxış edən İlham Əliyev də bunun əhəmiyyətini yüksək dəyərləndirməklə yanaşı, dost və qardaş ölkələrlə münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini vurğuladı. Əminliklə bildirdi ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.
Zirvə görüşündə aparılan danışıqlar isə onu deməyə əsas yaratdı ki, SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum dost ölkələr arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. 
 Bakıda keçirilən "SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" sərgisi ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsinə zəmin yaratmaqla yanaşı, üzv dövlətlər arasında yeni əməkdaşlıq imkanlarının yaranması deməkdir. Bu, bir daha təsdiq edir ki, proqrama üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi, bu istiqamətə yeni sərmayə qoyuluşlarının həyata keçirilməsi, davamlı şəkildə iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsi prioritetdir. 
Azərbaycan SPECA ölkələri ilə əlaqələrini genişləndirir. Son illər Azərbaycanla bu ölkələr arasında, həmçinin həmin dövlətlərin öz aralarında kifayət qədər ciddi iqtisadi münasibətlərin formalaşması müşahidə olunur. Bu da ondan xəbər verir ki, SPECA-ya üzv olan ölkələrlə münasibətlərin genişləndirilməsi prioritetdir.  
Hazırda Azərbaycan tərəqqi və inkişaf yolu ilə inamla irəliləyir, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Azərbaycan dövləti qarşıya yeni inkişaf zirvələrini fəth etmək məqsədini qoyaraq, xalqın rifahının yüksəldilməsində və dövlətin təhlükəsizliyinin möhkəmlənməsində sanballı nəticələr əldə edib. 
Həm sərgi, həm də Zirvə görüşü Azərbaycanın beynəlxalq aktora çevrildiyini, ölkəmizin söz sahibi kimi qəbul olunduğunu  təsdiqləyən reallıqdır. Bütün bunlar isə 
İlham Əliyevin Azərbaycanı inkişaf və yüksəlişə aparan mükəmməl siyasətinin nəticəsidir. 
Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkəmiz sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutub. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir.
Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin də beynəlxalq aləmdə şəxsi nüfuzunun artmasını şərtləndirib. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!