22 Oktyabr 2024 17:00
479
DÜNYA
A- A+
Qlobal istiləşmənin qarşısını almaz tozu ilə almaq olar

Qlobal istiləşmənin qarşısını almaz tozu ilə almaq olar

Qlobal istiləşmə dünyanı təhdid edən əsas problemlərdəndir. Mütəxəssislər bu ekoloji problemlə mübarizədə bir çox təkliflər irəli sürürlər. Onlardan biri də almaz tozlarından istifadədir.

Tədqiqata görə, hər il stratosferə 5 milyon ton almaz tozunun inyeksiya edilməsi planetin temperaturunu 1.6 dərəcə azaldıla bilər. Planetin temperaturunu 1.6 dərəcə soyutmaq qlobal istiləşmənin ən pis nəticələrinin qarşısını almaq üçün kifayət edər. Lakin bu layihənin, təxminən, 200 trilyon dollarlıq dəyərinin ənənəvi kükürd hissəciklərinə əsaslanan metodlardan çox daha baha başa gələcəyini qeyd edirlər. Bu tədqiqat stratosferik aerozol inyeksiya adlanan bir geomühəndislik texnikasına yönəlir. Bu yanaşma vulkanizmin təbii prosesinə əsaslanır.

Tarix boyu vulkan püskürmələri stratosferə milyonlarla ton kükürd dioksid buraxaraq Günəş işığını geri əks etdirən sulfat aerozollarının yaranmasına səbəb olub. Məsələn, 1991-ci ildəki Mount Pinatubo püskürməsi planetin temperaturunu bir neçə il ərzində 0.5 dərəcə azaltmışdı. Lakin süni kükürd inyeksiya etmənin də bir çox iqlim riski daşıdığı vurğulanır. Sulfat aerozolları turşu yağışlarının əsas tərkib hissələrindən biri olan kükürd turşusu damcılarını ehtiva edir və ozon qatını incəldə bilər. Həmçinin stratosferin qızmasına səbəb olaraq atmosferin aşağı qatlarındakı iqlim və hava şərtlərini poza bilər. Yəni planeti soyudarkən geri dönməz digər zərərlərə də yol aça bilər.

Tədqiqatın əsas müəllifi Sandro Vattioni və komandası daha az riskli alternativ hissəcikləri araşdırmaq üçün 3D iqlim modeli hazırlayıblar. Bu model aerozol kimyasını, atmosferdə necə hərəkət etdiklərini və istiliyi necə qəbul edib, əks etdirdiyini təhlil edir. Tədqiqatda kükürd dioksid, almaz, alüminium və kalsit kimi 7 birləşmənin təsirləri araşdırılıb. Alimlər hər bir hissəciyin təsirlərini 45 il boyunca modelləşdirərək, real zaman rejimində hər sınağın bir superkompüterdə 1 həftədən çox davam etdiyini modeldə qiymətləndiriblər. Təhlillərin nəticəsində almaz hissəcikləri həm istiliyi ən yaxşı şəkildə əks etdirmə qabiliyyətinə, həm də atmosferdə uzun müddət qala bilmə xüsusiyyətlərinə görə, digər hissəciklərdən üstün olub. Bununla belə, almaz tozunun istifadəsi də bəzi çətinliklərlə üzləşir. Mütəxəssislər almaz tozunun tonunun təxminən 500.000 dollara başa gələcəyini və bu halda inyeksiya prosesinin 2035-ci ildən 2100-cü ilə qədər istifadə edilməsi halında ümumilikdə 175 trilyon dollara başa gələcəyini proqnozlaşdırırlar. Həmçinin, almaz kimi bərk hissəciklərin stratosferə yayılması, kükürd dioksid kimi qazların sürətlə və böyük miqdarda buraxılmasına nisbətən daha mürəkkəb və vaxt aparan bir prosesdir. Bəzi alimlər geomühəndislik tədqiqatlarının potensial mənfi təsirləri səbəbindən bu sahədə işlərin aparılmasına qarşı çıxırlar. Lakin Vattioni bu cür tədqiqatların edilməməsinin iqlim böhranının ciddiliyinin gözardı edilməsi mənasına gələcəyini müdafiə edir. Mütəxəssislər bu sahədə aparılacaq tədqiqatların iqlim dəyişikliyi ilə mübarizədəki rolunun əhəmiyyətinə diqqət çəkirlər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!