28 Aprel 2024 08:25
329
CƏMİYYƏT
A- A+

Qızılhacılılı şəhid ailələrinin sevinci ikiqatdır

 

Kəndlərinin azad olunması ilə övladlarının ruhu şaddır

 

32 illik erməni işğalından sonra dinc yolla Azərbaycana qaytarılmasına qərar verilən Qızılhacılı kənd sakinlərinin də sevinci hədsizdir. Bu müddət ərzində yurd həsrəti ilə döyünən ürəkləri rahatlıq tapıb. Baxmayaraq ki, 1992-ci il mayın 11-də öz dədə-baba yurdlarından çıxmağa məcbur olan kənd sakinləri köçkünlüyə bir gün son qoyulacağına inanırdılar.
Qızılhacılılılar kəndi tərk etdikdən sonra ermənilər bütün evləri yandıraraq viran etmişlər. İşğal etdikləri digər yerlərdə olduğu kimi, bu kənddə də daşı daş üstə qoymamışlar. Oğurladıqlarını oğurlamış, talan etdiklərini talan etmiş, qalanlarını isə yandırmışlar. Sanki bilirlərmiş gec-tez bu yerləri tərk edəcəklərini.
Bütün çətinliklər arxada qalsa da , kənd sakinləri ermənilərin onlara etdikləri bu vəhşilikləri unuda bilmirlər. Belə sakinlərdən biri də Eldar Quliyevdir. Kənd ağsaqqalı deyir ki, Qarabağ müharibəsi başlayandan ailəsinə böyük zərbələr dəyib. Oğlu Babək Quliyev Birinci Qarabağ müharibəsində şəhid olub. 44 günlük Vətən müharibəsində isə nəvəsi Tural Məmmədov düşmən gülləsinə tuş gəlib: "Var olsun ordumuzu. Oğlumun və nəvəmin qanı yerdə qalmadı. Ermənilərə ağır zərbələr endirdi, torpaqlarımızı işğaldan azad etdi. İndi doğma kəndimizə qayıdacağım günü gözləyirəm. Bilirəm ki, Prezident kəndimizi yenidən tikəcək. Bax, onda ağrı-acılarımız bir xeyli azalacaq".
Kənd sakini Qəndab Hüseynovanın da oğlu Sərdar Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. Sərdar 1993-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə haqq dünyasına qovuşmuşdur. Qəndab Hüseynova deyir ki, oğul Vətən sipəridir: "Vətənin dar günündə əlinə silah alaraq düşmənə qarşı vuruşan və bu yolda şəhid olan hər bir oğul xalqın qürurudur. Mənim oğlum Sərdar da qədirbilən xalqımız tərəfindən unudulmur. Tez-tez yad edilərək döyüş yolundan söhbət açılır. Belə bir oğul böyütdüyümə görə bir ana kimi fəxr edirəm. Bu gün isə keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. 32 illik ayrılıqdan sonra kəndimizə dönəcəyik. Bundan böyük bəxtəvərlik olarmı?! Bilirəm ki, bu günlər bütün şəhidlərimizin, o cümlədən oğlum Sərdarın ruhu şaddır. Axı, qanları yerdə qalmayıb, Vətənimizin hər qarışı işğaldan azad olunub".

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video