12 Fevral 2024 18:00
8451
Səhiyyə
A- A+
Qızılca ilə səhv salınan xəstəlik – skarlatina

Qızılca ilə səhv salınan xəstəlik – skarlatina

 

Daha çox uşaqlar arasında yayılan və adına az rast gəlinən infeksion xəstəliklərdən biri skarlatinadır. İnfeksion xəstəlik səbəbindən xırda səpkilər üzdən başlayaraq bütün bədənə - boğaza, qollara, qarın nahiyəsinə, ayaqlara yayılır. Ağız və burun ətrafı istisna olmaqla bütün bədəndə qırmızı səpkilər yaranır.

AZƏRTAC xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 39 nömrəli Şəhər Poliklinikasının həkim-infeksionisti İlhamə Şirinovanın sözlərinə görə, skarlatina ən çox 3-7 yaşlı uşaqlar arasında rast gəlinən A qrup hemolitik streptakok (boğaz, burun və dəridə yaşayan bakteriyalar) tərəfindən törədilən yoluxucu xəstəlikdir: “Xəstəliyin əsas əlamətləri bədən hərarətinin kəskin artması (temperatur 38-39 dərəcəyədək yüksəlir), halsızlıq, boğaz və baş ağrısı, boyunda olan limfa düyünlərinin böyüməsi və ağrılı olması, mütəmadi qusmalardır. Skarlatina xəstəliyinin başladığı ilk və ikinci gündən etibarən dəridə parlaq qırmızı səpkilər müşahidə olunur. Xəstəliyi keçirən şəxslərdə davamlı immunitet formalaşır”.

İ. Şirinova qeyd edir ki, çox zaman insanlar oxşar əlamətlərinə görə, skarlatina və qızılca xəstəliyini səhv salırlar:

“Çünki hər iki infeksion xəstəlik məhz yoluxmuş şəxslərin asqırması, öskürməsi zamanı yayılan damcı ilə və xəstə insanla təmasda olmaqla yayılır. Qızılca xəstəliyi zamanı səpkilər xəstəliyin 4-5-ci günündə üzdən başlayır və mərhələli şəkildə bədən səthinə yayılır. Skarlatina xəstəliyi zamanı isə səpkilər xəstəliyin 1-2-ci günlərindən etibarən döş qəfəsindən başlayaraq dəriyə yayılır. Səpkilər 2-5 gün davam etdikdən sonra solmağa başlayır. Qızılcadan fərqli olaraq skarlatinada xəstəliyin 4-cü günündə parlaq qırmızı moruğa bənzər dil əmələ gəlir. Xəstəliyin sonunda əl və ayaq dərisində dəri soyulması müşahidə olunur”.

Həkim-infeksionist vurğulayıb ki, skarlatinanın müalicəsi isə mütləq şəkildə həkim təyinatına uyğun aparılmalıdır. O qeyd edib ki, əks halda, özbaşına edilən hər müalicə üsulu faydasız və hətta zərərli ola bilər:

“Skarlatina xəstəliyinin müalicəsi antibiotiklər, hərarətsalıcı preparatlar, boğaz məhlulları ilə aparılır. Boğaz məhlulları ilə mütəmadi olaraq qarqara etmək, bol maye və vitaminli qidaların qəbulu xəstəliyin müalicəsi və profilaktikası üçün vacib amildir. Bunlarla yanaşı, mütləq şəkildə gigiyena qaydalarına əməl olunmalı, yeməkdən əvvəl əllər yaxşı yuyulmalıdır. Asqırma və öskürmə zamanı ağzı əllə və ya salfet / dəsmalla tutmaq lazımdır”.

Həkim-infeksionist xüsusi olaraq vurğulayır ki, antibiotik və digər dərman preparatlarının istifadəsi mütləq şəkildə həkim təyinatı ilə aparılmalıdır. Çünki yanaşı xəstəliyi olan şəxslər üçün antibiotiklərin qəbulu sonrakı mərhələdə ciddi fəsadlar törədə bilir.

Özünüzün və ya övladlarının səhhətində yaranan bu və ya digər xəstəliklərlə bağlı ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-infeksionistlərə müraciət edilməlidir. Əks halda, gecikmiş müalicə effektsiz ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib

00:16
15 İyun

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib  

23:14
14 İyun

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

21:37
14 İyun

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

21:29
14 İyun

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:26
14 İyun

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

19:24
14 İyun

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

18:59
14 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

18:47
14 İyun

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

18:29
14 İyun

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil

18:23
14 İyun

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

18:09
14 İyun

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib

18:01
14 İyun

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

17:43
14 İyun

Bu gün Bakının 550 küçəsi yuyulub

17:37
14 İyun

DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

17:28
14 İyun

Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

16:57
14 İyun

Papa Leo Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib

16:45
14 İyun

2000 illik nəhəng ölçülü çəkmə  

16:00
14 İyun

İtaliyada dünyanın ən böyük asma körpüsü inşa ediləcək

15:59
14 İyun

AZAL bir sıra aviareysləri ləğv edib

15:54
14 İyun

Xankəndidə 37 il əvvəlin məzunları yarımçıq qalan “Son zəng”i qeyd ediblər  

15:47
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!