20 Yanvar 2026 09:25
651
İQTİSADİYYAT
A- A+
Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb


Dünyada baş verən gərgin geosiyasi proseslər qlobal iqtisadiyyata mənfi təsir göstərməkdə davam edir. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatına inteqrasiya olduğu üçün bu prosesdən kənarda qalmır. Xüsusən enerji resurslarının qiymətlərinin qlobal bazardakı qeyri-sabitliyinin təsirləri ölkəmizdən yan keçmir. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il neft-qaz sektorunda məhsul istehsalı 2, həmin sektorda əlavə dəyər isə 1,6 faiz azalıb. Belə tendensiya ilk növbədə dünya bazarında qeyd etdiyimiz proseslərlə bağlıdır. Bununla yanaşı, istehsalın həcminin azalmasını da unutmaq olmaz. Prezident İlham Əliyevin neftin hasilatının sabitləşdirilməsi üçün müvafiq qurumlara göstəriş verməsi təsadüfi deyil.  

Əvəzində qeyri-neft sektorumuz  bu boşluğu doldurmaq imkanındadır. Biz bunu ötən ilin yekununa aid statistik rəqəmlərdən aydın görürük. 2024-cü illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektorunda artım müşahidə olunub. Belə ki, ötən il qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5, əlavə dəyər isə 2,7 faiz artıb. 

ÜDM-dən söz düşmüşkən, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2025-ci ildə ölkə üzrə 129,1 milyard manatlıq və ya keçən illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunub. ÜDM istehsalının 33 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə, 21,7 faizi digər sahələrin hesabına formalaşıb. Bu müddətdə məhsul və idxal üzrə xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə isə 12602,2 manat əlavə dəyər düşüb.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ildə 63,1 milyard manatlıq məhsul istehsal edilib. Sənaye məhsullarının 59,6 faizi mədənçıxarma, 33,9 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,7 faiz artıb. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 86,3, ağacın emalı və ağacdan məmulatların istehsalı 57, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 31,1, toxuculuq sənayesi məhsullarının istehsalı 24,5, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,1, tütün məmulatlarının istehsalı 14,4, neft məhsullarının istehsalı 13,7, qida məhsullarının istehsalı 9,1, kimya sənayesi məhsullarının istehsalı 5,2, kompüter, elektron və optik məhsulların istehsalı 2,8, içkilərin istehsalı 0,5 faiz artıb. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınıb - müvafiq olaraq 0,3 və 2,5 faiz.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın xarici siyasət modeli  

15:57
05 Oktyabr

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

15:50
05 Oktyabr

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir  

15:49
05 Oktyabr

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

15:47
05 Oktyabr

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

15:37
05 Oktyabr

Böyük qayıdış daha da sürətlənəcək  

15:34
05 Oktyabr

Güclü dövlət, müstəqil siyasət, sarsılmaz iradə  

15:26
05 Oktyabr

Keçmişə verilən yüksək siyasi qiymət, gələcəyə yönəlmiş yeni fəaliyyət proqramı  

15:17
05 Oktyabr

Yeni geosiyasi reallıqlar və Azərbaycanın xarici siyasət strategiyası  

15:01
05 Oktyabr

Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir  

14:54
05 Oktyabr

Azərbaycan öz taleyinin sahibidir  

14:46
05 Oktyabr

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

14:40
05 Oktyabr

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib  

14:39
05 Oktyabr

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

14:37
05 Oktyabr

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

14:36
05 Oktyabr

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB

14:33
05 Oktyabr

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur  

13:26
05 Oktyabr

Sabah yağış yağacaq

13:24
05 Oktyabr

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

13:23
05 Oktyabr

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib  

12:33
05 Oktyabr

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb  

12:33
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!