26 Dekabr 2025 08:50
822
Mədəniyyət
A- A+
Qərbi Azərbaycanın geosiyasi tədqiqinə dair dəyərli elmi əsər 

Qərbi Azərbaycanın geosiyasi tədqiqinə dair dəyərli elmi əsər 


Qərbi Azərbaycan məsələsi Azərbaycan tarixinin (və taleyinin) ən ağrılı, eyni zamanda uzun illər ərzində müxtəlif məqsədlərlə ən çox saxtalaşdırılmış, siyasi manipulyasiyalara məruz qalmış mövzularındandır. XIX əsrdən başlayaraq Cənubi Qafqazda gedən geosiyasi proseslər, imperiyaların toqquşması və etnik-siyasi mühəndislik siyasəti nəticəsində bölgənin tarixi-demoqrafik tərkibi məqsədyönlü şəkildə dəyişdirilmiş, azərbaycanlı əhali ardıcıl şəkildə terror, soyqırımı və deportasiyalara məruz qalmışdır. Tarixi ədalətin bərpası, bu hadisələrin obyektiv, sənədlərə əsaslanan elmi təhlili və beynəlxalq hüquq müstəvisində dəyərləndirilməsi bu gün milli (və dövlətçilik) baxımından strateji əhəmiyyət daşıyır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunu uğurla davam etdirərək Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirən, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə nail olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifliyi ilə regionda yeni tarixi reallıqların yarandığı çağlarda Qərbi Azərbaycan məsələsi də son dərəcə aktualdır. Azərbaycanın və ümumilikdə Cənubi Qafqaz regionunun parlaq gələcəyi, bu torpaqlarda əbədi sülhün, dayanıqlı inkişafın, rifah və xoşbəxtliyin təmin olunması bütün digər amillərlə yanaşı, həm də Qərbi Azərbaycan məsələsinə düzgün münasibətin formalaşmasından, bu məsələnin ədalətli (və strateji planda) həllindən asılıdır. Belə həllərin təqdim edilməsindən ötrü isə bu mövzuda mümkün qədər geniş tədqiqatlar aparılmalı, tarixi həqiqətlər qaranlıq arxiv qəfəslərindəki sənədlərdən gün işığına çıxarılmalı, kitablarda, məqalələrdə, filmlərdə və digər faktoloji materiallarda öz əksini taparaq müasir oxucuda, tamaşaçıda, dinləyicidə aydın, obyektiv qənaətin formalaşdırılmasına xidmət etməlidir.

Ümummilli Lider Heydər Əliyev bu xüsusda demişdir: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir".

Tariximizlə, o cümlədən Qərbi Azərbaycan tarixi ilə bağlı əhatəli tədqiqatların aparılması, gerçəklərin dünya ictimaiyyətinə düzgün çatdırılması Prezident İlham Əliyevin də elm adamları qarşısında qoyduğu əsas vəzifələrdəndir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi, ordumuzun gücü sayəsində Azərbaycan xalqı olaraq biz sadəcə torpaqlarımızın azadlığına, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə tam nail olmamışıq, eyni zamanda bir neçə əsrin problemini yoluna qoymuşuq. Böyük imperiyaların hər dəfə zərurət yarandıqda ermənilərdən istifadə edərək regionu qan çanağına döndərib öz maraqlarını təmin etməkdən ötrü bu bölgənin bağrında açdıqları xərçəng kimi dəhşətli bir yaranı birdəfəlik kəsib atmağa, inkişafımızı əngəlləyən, xalqlar arasında düşmənçilik salan əngəli yolumuzdan kənarlaşdırmağa nail olmuşuq. Bunun nə qədər böyük tarixi nailiyyət olduğunu anlamaqdan ötrü aydın mənzərə region həqiqətlərini nəql edən fundamental kitablarda, sanballı əsərlərdədir. Unutmayaq ki, eyni müşkülün gələcəkdə də yaranmaması, qarşısının vaxtında alınması üçün ən təsirli həllər onun düzgün dərkindən, təfsilatlı şəkildə başa düşülməsindən, yayğın bir ifadəni yada salsaq, tarixin ibrət dərslərindən düzgün nəticə çıxarmaqdan başlanır.

Kamal Adıgözəlovun çox böyük tədqiqatçı zəhməti bahasına qələmə aldığı "Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı" kitabı bu məqsədə xidmət edir. Müəllif Qərbi Azərbaycan məsələsini tarixi, siyasi, demoqrafik, hüquqi və geosiyasi aspektlərdə kompleks şəkildə araşdırır, iki əsrdən artıq bir dövrü əhatə edən faciəli prosesləri ardıcıllıq (və sistemlilik) prinsipi əsasında tədqiq edir. Tədqiqatda yalnız hadisələrin xronologiyası deyil, həm də onların mahiyyətini müəyyən edən struktur amillər – imperiya siyasəti, ideoloji təbliğat, beynəlxalq münasibətlərdəki ikili standartlar, milli kimlik üzərində aparılan manipulyasiyalar və sairə dərin elmi təhlilə cəlb olunur.

Hər bir tədqiqat əsərinin uğurunda onun düzgün strukturlaşdırılmasının, məzmunun ardıcıllıqla çatdırılmasının çox mühüm payı var. Bu baxımdan Kamal Adıgözəlov da əsərini son dərəcə mükəmməl şəkildə strukturlaşdırmış və əsərin dəqiq sistemliliyi onun öz elmi məqsədinə çatmasına kömək göstərmişdir.

Kitab 8 fəsildən ibarətdir. Birinci fəsil Qərbi Azərbaycanın XIX əsrin sonlarından etibarən demoqrafik ekspansiya və erməni terror siyasətinin əsas hədəfinə çevrilməsini tarixi-siyasi aspektdə araşdırır. Burada "Armenakan", "Hnçak" və "Daşnaksütyun" kimi təşkilatların terror fəaliyyəti, demoqrafik dəyişikliklər və toponimlərin etnosidə məruz qalması faktlar və mənbələr əsasında təhlil edilir. Bu fəsil Qərbi Azərbaycan məsələsini tarix (və siyasət) müstəvisində ayna kimi göstərir, XIX əsrin ikinci yarısı: türk faktorunun necə imperiyaların caynağına keçdiyi, "Armenakan", "Hnçak" və "Daşnaksütyun" kimi terror təşkilatlarının bu fonda törətdikləri cinayətlər əks olunur. Bu fəsildə azərbaycanlılara qarşı həyata keçirilən demoqrafik ekspansiya və toponimlərə qarşı etnosid siyasəti, bölgədə demoqrafik tərkibin dəyişdirilməsi, xalqımıza məxsus tarixi-mədəni irsin saxtalaşdırılması ilə bağlı danılmaz faktlar var.

Fəsil XX əsrin əvvəllərində "Böyük Ermənistan" iddiaları və azərbaycanlılara qarşı soyqırımı siyasəti, 1905-1906-cı illərdə həyata keçirilən qanlı cinayətlər və 1918-1920-ci illərdə kütləvi qırğınların daha da genişləndirilməsi, 1919-cu ilə aid erməni terror vəhşətləri, o cümlədən "Nemezis" əməliyyatı – "Daşnaksütyun" partiyasının soyqırımı və terror siyasətinin tərkib hissəsi kimi istiqamətlərə yönəlməklə dövrün aydın mənzərəsini yaradır. Bu fəsildə azərbaycanlılara qarşı soyqırımı siyasətinin nəticələri də ümumiləşdirilmiş, Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsi ilə bağlı elmi müddəalar irəli sürülmüşdür.

İkinci fəsil 1920-1953-cü illəri – sovet dövrünün ilk onilliklərində anti-Azərbaycan siyasətinin yeni mərhələsini əhatə edir. Bu fəsildə sovet totalitarizminin milli siyasət mexanizmləri, repressiyalar və deportasiyalar kontekstində Qərbi Azərbaycan məsələsinə təsiri araşdırılır. Burada müəllif qanlı 1920-ci ili yeni fəlakətlərin başlanğıcı kimi nəzərdən keçirmiş, Qərbi Azərbaycan məsələsini 1920-1936-cı illərin repressiv idarəçiliyi, daha sonra İkinci Dünya müharibəsi fonunda izləmiş, onun elmi müşahidələri anti-Azərbaycan siyasətinin növbəti fəlakət dalğasını – 1948-1953-cü illərin planlı (və kütləvi) deportasiyasını da əhatə etmişdir.

Üçüncü fəsil "Deportasiya və geosiyasət" adlanır və məcburi köçürmələr yalnız etnik təmizləmə deyil, həm də qlobal geosiyasi oyunların tərkib hissəsi kimi təhlil olunur. Burada deportasiyanın anlayışı, onun mənəvi-psixoloji nəticələri və beynəlxalq hüquqi sənədlərlə müqayisəli təhlili diqqət mərkəzindədir.

Bu fəsildə müəllif "deportasiya" anlayışının izahını verir, deportasiyanın "geosiyasi polifoniyası"na, mədəni (və mənəvi-psixoloji) soyqırımına diqqət yönəldir, Qərbi Azərbaycanda azərbaycanlı kadrların soyqırımı mahiyyətli "yenilənməsi" siyasətini diqqətə çatdırır. Burada SSRİ rəhbərliyinin kütləvi və zorakı deportasiyaya "yenidənqurma, aşkarlıq və demokratiya" kontekstində baxışı da öz əksini tapmış, SSRİ rəhbərliyinin azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi milli ayrı-seçkilik siyasi ənənənin davamı kimi dəyərləndirilmiş, 1954-1956-cı illərin deportasiya siyasəti, beynəlxalq birliyin gücsüzlüyü, SSRİ-nin beynəlxalq sənədlərə laqeydliyi barədə siyasi və geosiyasi kontekstdə faktlar əsasında ətraflı söhbət açılmışdır.

Dördüncü fəsil beynəlxalq təşkilatların – Millətlər Liqası və BMT-nin bu məsələyə münasibətini elmi-hüquqi baxımdan öyrənir. Tədqiqat göstərir ki, bu qurumların sənədlərində "sülh" və "insan haqları" kimi anlayışlar çox vaxt geosiyasi maraqlarla toqquşmuş, azərbaycanlıların hüquqları isə beynəlxalq hüququn faktiki laqeydliyinə qurban getmişdir.

Beşinci fəsil Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan məsələsinə yanaşmasının mahiyyətini açır. Bu yanaşma təkcə tarixi ədalətin bərpası məqsədi daşımamış, həm də müasir Azərbaycan dövlətçiliyinin ideya və siyasi sütunlarından birinə çevrilmişdir. Heydər Əliyevin strateji baxışı Qərbi Azərbaycan probleminin milli və beynəlxalq səviyyədə konseptual şəkildə təqdiminə zəmin yaratmışdır.

Bu fəsildə Qərbi Azərbaycan məsələsinə Heydər Əliyevin qətiyyətli siyasi yanaşması fonunda Azərbaycanın ərazi bütövlüyü məsələsi nəzərdən keçirilmiş, Ümummilli Liderin bu məsələyə mühüm töhfələri diqqətə çatdırılmış, tarixi ədalət müstəvisində, akademik baxış bucağında, yeni fəaliyyət istiqamətləri kontekstində və hüquqi aspektdə bu məsələ ilə bağlı elmi təhlillər aparılmışdır.

Altıncı fəsil "Böyük Qayıdışın ayaq səsləri" adlanır və bu anlayışın mahiyyətini – yəni tarixi ədalətin bərpası ilə insan hüquqlarının sintezini təhlil edir. Bu bölmədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hüquqi, tarixi və mənəvi əsasları elmi müstəvidə izah olunur.

Yeddinci fəsil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni dövr dövlətçilik siyasəti kontekstində Qərbi Azərbaycan məsələsinə yanaşmasını işıqlandırır. Burada ədalət, sülh, hüquq və beynəlxalq legitimlik prinsiplərinə əsaslanan müasir konseptual baxış təqdim olunur. Fəsildə dövlət başçısının bu istiqamətdə formalaşdırdığı strateji xətt sülhün alternativsizliyi və tarixi ədalətin bərpası ideyası əsasında elmi-siyasi cəhətdən əsaslandırılır.

Səkkizinci fəsil Qərbi Azərbaycan İcmasının formalaşması, onun beynəlxalq platformalarda fəaliyyəti və diplomatik səviyyədə apardığı işlərin sistemli təhlilinə həsr olunmuşdur. Bu fəsil, həmçinin, Qərbi Azərbaycan məsələsinin artıq yalnız tarixi deyil, həm də müasir siyasi və hüquqi reallıq kimi qlobal miqyasda qəbul olunmağa başladığını nümayiş etdirir.

Kitabın əsas dəyəri onun kompleks tədqiqat xarakterində, sənədli və faktoloji bazaya söykənən elmi sistemliyində və ən əsası – Qərbi Azərbaycan məsələsinə milli emosiyadan kənar, obyektiv və elmi baxışla yanaşmasındadır. Əsər həm tarixçilər, siyasi tədqiqatçılar və hüquqşünaslar, həm də beynəlxalq münasibətlər və regional siyasət sahəsində çalışan mütəxəssislər üçün dəyərli mənbə rolunu oynayır.

Bu kitab bir daha göstərir ki, Qərbi Azərbaycan məsələsi təkcə bir xalqın məsələsi (və tarixi faciəsi) deyil, eyni zamanda beynəlxalq hüququn, humanist dəyərlərin və qlobal ədalətin sınağıdır. Tarixi faktların elmi işıqlandırılması, hüquqi və mənəvi reallıqların bərpası isə bu sınaqdan ədalətlə çıxmağın yeganə yoludur.


Nizami CƏFƏROV,

akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!